Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01May

    DSC_1718(1)Birinci rübün yekunlarına həsr olunmuş hesabat yığıncağının iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini böyük məhəbbətlə yad etmişlər.
    Sonra yığıncaq Gənclər Mərkəzində davam etdirilmişdir.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr və cari ilin birinci rübündə rayonda görül-müş işlər barədə” məruzə söyləmişdir. Məruzədə göstərilmişdir ki, Nazirlər Kabinetinin bu il aprelin 10-da keçirilmiş iclasın-da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, ilin birinci rübündə Azərbaycan dinamik inkişaf tempini saxlaya bilmişdir. Cari ilin birinci rübü də ölkəmizin hərtərəfli inki-şafı və tərəqqisi ilə yaddaqalan olmuşdur. Rayonumuz da ölkə-mizdə gedən inkişafdan kənar-da qalmamışdır. Rüb ərzində rayonun sosial-iqtisadi inkişafı-nın sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində bir sıra uğurlu işlər görülmüşdür. Bunun nəticəsidir ki, cari ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 2,5 faiz artaraq 24,2 mil-yon manata, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2,8 faiz artaraq 4 milyon 757 min manata, informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artaraq 111,4 min manata, nəqliyyat sektorunda yükdaşımaların həcmi 3,5 faiz artaraq 121 min tona, sərnişin daşımalarının həcmi 5, 2 faiz artaraq 1 milyon 973 min nəfərə, pərakəndə ticarət dövriyyəsinin həcmi 5,3 faiz artaraq 32,6 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,7 faiz artaraq 5 milyon 281, 6 min manata çatmışdır.
    Dövr ərzində makroiqtisadi göstəricilərin yüksəlişi sakinlərin real gəlirlərinin artmasına, həyat səviyyəsinin yüksəlməsinə təsir göstərmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 1,2 faiz artaraq 231,1 manat təşkil etmişdir.
    Rüb ərzində rayon büdcəsi-nin gəlirləri 3 milyon 697,7 min manata qarşı 3 milyon 620,5 min manat və ya 97,9 faiz, dövlət büdcəsinin xərcləri 3 milyon 647,4 min manata qarşı 3 milyon 138,1 min manat və ya 86 faiz icra edilmişdir. Məruzədə əha-linin və iqtisadiyyatın enerji və içməli su ilə fasiləsiz təminatı sahəsində görülən işlər və qarşıda duran vəzifələr, rayonda təbii qaz təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər təhlil olunmuşdur. Qeyd olunmuşdur ki, yaxın günlərdə Kəngərli, Mamırlı, Poladlı və Dəmirçilər kəndlərinə də qaz xətti çəkilişinə başlanılacaqdır.
    Hesabat dövründə rayon ərazisindəki avtomobil yollarının saxlanılması üçün aparılan işlər, əhaliyə göstərilən poçt-rabitə xidmətinin vəziyyəti, mənzil təmir-istismar sahəsi tərəfindən həyata keçirilən işlər barədə geniş söhbət getmiş, bu sahələr üzrə müsbət nəticələr əldə olunması üçün konkret tapşırıqlar verilmişdir.
    Tərtər Şəhər Kommunal Təsər-rüfatı İdarəsinin işi təhlil olunmuş, bu sahədə şəhər əhalisinin də məsuliyyətinin artırılmasının vacibliyi diqqətə çatdırılmışdır.
    Rüb ərzində əhalinin içməli suya olan tələbatının yaxşılaş-dırılması istiqamətində həyata keçirilən tədbirlər də müsbət qiy-mətləndirilmişdir.
    Rayonumuzun iqtisadiyyatı-nın əsasını təşkil edən aqrar sektorun inkişafından bəhs edən rayon rəhbəri bildirmişdir ki, 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı ölkə başçısının son günlərdə imzaladığı digər mühüm sərəncamlar fermerlərin, ailə-kəndli təsərrüfatları üzvləri-nin işləməsi üçün daha əlverişli şərait yaratmaqla yanaşı, eyni zamanda aqrar sektorun daha yüksək, müasir səviyyədə inkişaf etməsinə zəmin yaradacaq.
    Hesabat yığıncağında həmçinin rayonumuzda aparılan ti-kinti-quruculuq, abadlıq və yaşıllaşdırma işlərinə geniş yer verilmiş, qeyd olunmuşdur ki, gələ-cəkdə bu işlər davam etdiriləcək və Tərtər şəhəri ölkəmizin ən nümunəvi, yaraşıqlı şəhərlərindən birinə çevriləcək.
    Respublika Prezidenti cənab İlham Əliyevin fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinə-dən keçirilməsi ilə bağlı tap- şırığına əsasən indiyədək rayon-da 41662 nəfər tibbi müayinə-dən keçirilmiş, 2711 nəfər am- bulator, 39 nəfər stasionar müa- licəyə cəlb olunmuş, 14 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmiş, 33 məntəqədə müa-yinə başa çatdırılmışdır. Tərtərlilər dövlət başçısının bu qayğısını böyük razılıq hissi ilə qarşıla-mışlar.
    Məruzədə göstərilmişdir ki, hesabat dövründə gənclərlə işin yaxşılaşdırılması, ordu sıralarına çağırışın mütəşəkkil həyata ke-çirilməsi, gənclərdə hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi və idmana marağın artırılması da diqqət mərkəzində sax-lanılmışdır.
    Yerlərdə rayon rəhbərinin ke-çirdiyi səyyar görüş-qəbullar vətəndaşlar tərəfindən qaldırılan mə- sələlərin operativ həllinə və problemlərin vaxtında aşkarlanmasına müsbət təsir göstərmişdir.
    Yığıncaqda rayon su-kanal idarəsinin rəisi Elnur Abbasov, mənzil təmir-istismar sahəsinin müdiri Hafiz Ələkbərov, mədə-niyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov başçılıq etdikləri kollektivlərin rüb ərzində gördükləri işlər barədə məlumat vermişlər.
    Gündüz Mürsəlovun çıxışına münasibətini bildirən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif demişdir:
    –Çıxışınızda göstərdiniz ki, hesabat dövründə şöbəniz tərə-findən ayrı-ayrı tanınmış adam-ların, şair və yazıçıların yubileyləri keçirilmiş, kitab təqdimatları təşkil edilmişdir. Əlbəttə, bunlar müsbət və lazımlı işlərdir. Lakin nədənsə siz tərtərli ziyalılarla görüşlər keçirilməsinə fikir vermirsiniz. Məgər Tərtər ra- yonunun özündə yaradıcılığı təbliğ olunmağa layiq işıqlı ziyalılarımız azdırmı? Onların yubileylərinin qeyd edilməsi, yeni kitablarının təqdimatının keçirilməsi həm rayon sakinlərinin ürəyincə olar, həm də elə özü-müzün – özümüzü tanımasına kömək edər. Rayon mədəniy-yət və turizm şöbəsinin rəhbərliyi bu məsələlərə fikir verməlidir. Respublikada, hətta xarici ölkə-lərdə tanınmış və təqdir olunan tərtərlilər çoxdur.
    Səslənən təkliflər və tənqidi fikirlər də əlavə olunmaqla yığıncağın qərarı qəbul olundu.

    Müəllif: Redaktor, 09:16

    Teqlər:

İsmarıclar bağlıdır.