Hansı peşə sahibi olursan ol, kənddə yaşadınsa, təsərrüfat işləri ilə məşğul olmalısan. Mən təqaüdə çıxmış ali təhsilli müəlliməm.
Hazırda qapımızda 40 başdan çox qoyun-quzumuz var. Qoyunçuluğu inkişaf etdirmək məqsədilə hər cür müasir tipli tövlələrimiz də var.
Yaxşı qulluq göstərdiyimizə görə hər il ana qoyunlardan 30-35 baş bala götürürük. Kənd şəraitində yaşadığımıza görə ailəmizin bütün dolanışıq xərcləri bu sahədən çıxır. Ailə üzvlərimizin hamısı bu işdə mənə yaxından köməklik göstərir.
Pay torpaqlarımızda ən çox yonca becəririk. Davarların ilin qış fəslində normal yemləndirilməsi üçün yaz-yay fəslində bol yem tədarük edirik.
Bu sahənin bir cəhətini də deyim ki, kənddə qoyun-quzu saxlamaq, iribuynuzlu mal-qara bəsləməkdən qat-qat çətindi. Ona görə ki, mal-qa-ranı oxura bağlayıb qabağını otla doldurursan. Yeyib yatır. Amma qoyun-quzunu daim çöldə otarmaq la-zımdı. Ona görə də kənddə az adam var ki, heyvandarlığın bu sahəsi ilə məşğul olur.
Qoyunçuluğun çətinliyi ilə bərabər bir üstün cəhəti ondan ibarətdir ki, qoyunun həm südündən, həm yunundan, həm tez-tez kəsib yediyimiz ətindən istifadə edir, satırıq.
Azərbaycanın xalq tapmacaların-da əbəs yerə demirlər: “O nədir ki, altı bulaq içərlər, üstü zəmi biçərlər”. Bax, elə buna görə də qoyunçuluğun inkişafını daim diqqət məkəzində sax-layırıq.
-
01May
Müəllif: Redaktor, 07:59
Teqlər: İqtisadiyyat