Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15May

    Tərtərdə   möhtəşəm  MƏŞƏL  bayramı

    Изображение 098Mayın 12-də I Avropa Oyunlarının məşəli Zərdab rayonundan sonra Tərtərə gətirildi.

    Bərdə istiqamətindəki Tərtərin giriş qapısından başlanan Dövlət Bayrağı Meydanında I Avropa Oyunları məşəlinin təntənəli qarşılanma mərasimi keçirildi.
    Buraya toplaşan minlərlə tərtərli yürüş iştirakçılarını böyük sevinc hissi ilə qarşıladı.. Gur alqış sədaları altında məşəl Rasif Abbasova təhvil verildi.
    Sonra 10 məşəldar 4 kilometr məsafədə məşəli alov festivalı keçiriləcəyi məkana aparmağa başladılar. Heydər Əliyev prospekti boyu düzülən məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri idmançıları sürəkli alqışlarla qarşılayır, “Yaşasın Azər­­­­­baycan!”, “Sevimli Prezidentimizə eşq olsun!” şüarlarını səsləndirirdilər. Изображение 109
    YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahova yaxınlaşıb, qəzetimizə müsahibə verməsini xahiş edirik. O deyir
    – I Avropa Oyunlarına ev sahibliyi etdiyimiz üçün hər bir Azərbaycan vətəndaşı kimi mən də sonsuz qürur hissi keçirirəm. Biz fəxr edirik ki, Avropanın hər yerindən gələn 6000-dən çox idmançı Azərbaycanı olduğu kimi görəcək, tanıyacaq və mən əminəm ki, sevəcəkdir. Bu gün doğma Tərtərimiz də qonaqları yüksək səviyyədə qarşılayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı, tərtərlilərin birgə zəhməti ilə rayonumuz son vaxtlar çox abadlaşmış, füsunkar diyara çevrilmişdir. Hər yanda səliqə-sahman yaradılmışdır.
    Emin Pənahovdan ayrılıb rayon ziyalılarının əhatəsində dayanan rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyevdən müsahibə alırıq:
    Изображение 177 Изображение 114Bu bir həqiqətdir ki, Azərbaycanı ilk dəfə dünyaya tanıdan Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur. Lakin təəssüf ki, hələ də gözəl adət-ənənələrimiz, nailiyyətlərimiz barədə dünya xalqları yetərincə məlumatlı deyil. I Avropa Oyunları Azərbaycanın milli-mənəvi dəyərlərinə sədaqətini, milli adət-ənənələrini, özünəməxsus yaşam tərzini və eyni zamanda ümumbəşəri dəyərlə rə hörmətlə yanaşmasını dünyaya nümayiş etdirəcəkdir. Mən rayonun ağsaqqalları adından yarışda iştirak edəcək bütün idmançılara qələbələr arzulayıram.
    Изображение 091Изображение 041Məşəl alqışların müşaiyəti ilə prospekt boyunca aramla irəliləyir. Məşəl daşıyanlar bir-birini əvəz edir. Rəşad Ələkbərov, Nurlan Əlizadə, Səlim Kərimov, Emin Məmmədov, Səlim Zeynalov, Sevinc Əliyeva, Nigar Ağa­­­­malızadə, Karina Nəsirova və başqaları əvvəllcədən müəyyən edilmiş yerlərdə estafeti bir-birlərinə ötürərək məşəli tərtərlilərin çox sevdikləri və fəxr etdikləri bir məkana-Ulu Öndərin adını daşıyan şəhərimizin Mərkəzi meydanına gətirirlər. Burada, rayon icra hakimiyyətinin qarşısında nəhəng səhnə quraşdırılmışdır. Gətirilən odla piyalə formasındakı məşəli alışdırmaq boks üzrə Azərbaycan çempionu Faiq Məmmədova nəsib olur.
    Изображение 069Изображение 085Yaranmış ani fürsətdən istifadə edərək rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudovdan təəssüratlarını bölüşməsini xahiş edirik:
    –Hesab edirəm ki, I Avropa Oyunları Azərbaycanda idmanın daha da inkişaf etməsinə təsir göstərəcək, öl-kəmizi, onun mədəniyyətini dünya miqyasında tanıdacaqdır. Bu cür möhtəşəm idman yarışlarının məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, ilk növbədə ölkəmizin surətli sosial-iqtisadi inkişafı ilə bağlıdır.
    I Avropa Oyunlarının bütün iştirakçılarına, ən çox isə ölkəmizi təmsil edəcək idmançılara qələbə sevincləri arzulayırıq.
    Изображение 018Изображение 062 (1296 x 1936)I Avropa Oyunlarının məşəlindən od alan çırağı 2 saylı məktəb-liseyin X sinif şagirdi, kikboksinq üzrə idmançı Məhəmməd Əlizadə şəhər sakini Turanə Məmmədzadəyə verir. Yarışlar başa çatanadək həmin çıraq rayon mədəniyyət evində saxlanılacaq.
    Tərtərlilər I Avropa Oyunları məşəlinin Atəşgah Məbədində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yandırılmasına həsr olunmuş videoçarxı meydanda quraşdırılmış nəhəng monitorda izlədilər.
    Mərasim yeni mərhələyə keçir. Alov festivalı başlayır. Tanınmış incəsənət ustalarınınn çıxışları alqışlarla qarşılanır.
    Bu unudulmaz hadisə cəbhə bölgəsi olan Tərtərimizin tarixində əlamətdar iz qoyacaq. I Avropa Oyunları məşəlinin alovlanmasını müşaiyət edən yüzlərlə gənc tərtərlinin qəlbində idmana maraq oyanacaq, Azərbaycan adlı qüdrətli bir ölkənin adını dünyaya tanıtdımaq, onun möhtəşəm himnini ən mötəbər idman yarışlarında səsləndirmək arzusu baş qaldıracaq.
    Hər bir rayon sakini fəxr edir ki, müxtəlif ölkələrdən gələn qonaqlar baharın bu gözəl çağında rayonumuzu, onun nailiyyətlərini, insanların qonaqpərvərliyini gördülər.
    Xalqımız Azərbaycan idmançılarından qələbələr gözləyir. İnanırıq ki, I Avropa Oyunları həm də dostluq, birlik bayramına çevriləcək, yer kürəsində sülhün möhkəmlənməsinə kömək edəcəkdir.

    Müəllif: Redaktor, 16:07

    Teqlər:

İsmarıclar bağlıdır.