Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,965
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12İyn
    Açılışlar Körpələr evi-uşaq bağçasının açılışı oldu üçün şərhlər bağlıdır

    DSC_4342Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Güləbatlı kəndində körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi.
    Tədbiri giriş sözü ilə Buruc kənd İƏD üzrə nümayəndə İldırım Cəfərov açdı.
    Sonra bağçanın müdiri Müş-ğünaz Orucova bildirdi ki, 35 yerlik bu müəssisədə iki qrupumuz var. Bina çox yararsız vəziyyətdə idi. Onu əsaslı təmir edib, gözəl görkəmə salan insanların hamı-sına dərin minnətdarlığımı bildirirəm.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini, valideynləri, uşaqları salamladı və təbrik etdi. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Açılışlar Evoğlu kəndinə “mavi yanacaq” verildi üçün şərhlər bağlıdır

    DSC_4518Bu münasibətlə təntənəli mərasim keçirildi. Mərasimi giriş sözü ilə Evoğlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elçin Mahmudov açaraq kənddə 2160 nəfər əhalinin yaşadığını, 467 nəfər abonentin mənzilinə mavi yanacağın verildiyini, ərazidə 59000 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 467 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.
    Sonra kənd ağsaqqalı Eldəniz Əliyev, sakinlərdən Nü-bar Kərimova, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi İbrahim Kərbəliyev, Evoğlu kənd tam orta məktəbinin şagirdi Nurlan Məhərrəmli çıxış edərək təbii qazın verilişi ilə əlaqədar sakinləri təbrik etdilər və sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Açılışlar Təməlqoyma mərasimi üçün şərhlər bağlıdır

    DSC_3285Tərtər şəhərinin və ona bitişik 11 kəndin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirildi. Tədbir iştirakçıları öncə layihə ilə ətraflı tanış oldular. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, bu gün ölkəmiz boyük bir tikinti meydançasını xatırladır. Biz bunu öz rayonumuzun timsalında da aydın görürük. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Açılışlar İsmayılbəyli kəndinə təbii qaz verildi üçün şərhlər bağlıdır

    Novruz bayramı ərəfəsində rayonun İsmayılbəyli kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirildi.

    Kənd sakinlərindən Lətif Məmmədov və Nigar Əli-yeva çıxış edərək onlara gös-tərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.DSC_0969

    Açılışda iştirak edən “Azəriqaz” İB-nin mətbuat şöbəsinin rəisi İbrahim Kərbəliyev təbii qazın çəkilişi ilə əlaqədar sakinləri təbrik etdi və xeyr-dua verdi. Daha ətraflı »

    Teqlər: ,