Bu münasibətlə təntənəli mərasim keçirildi. Mərasimi giriş sözü ilə Evoğlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elçin Mahmudov açaraq kənddə 2160 nəfər əhalinin yaşadığını, 467 nəfər abonentin mənzilinə mavi yanacağın verildiyini, ərazidə 59000 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 467 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.
Sonra kənd ağsaqqalı Eldəniz Əliyev, sakinlərdən Nü-bar Kərimova, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi İbrahim Kərbəliyev, Evoğlu kənd tam orta məktəbinin şagirdi Nurlan Məhərrəmli çıxış edərək təbii qazın verilişi ilə əlaqədar sakinləri təbrik etdilər və sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Tərtər Rayon İcra Haki-miyyətinin Başçısı Müstəqim Məmmədov uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etdi, “mavi alov”un bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı.
Sonra rayon rəhbəri Müs-təqim Məmmədov və kənd ağsaqqalı Eldəniz Əliyev təbii qazın açılışını bildirən məşəli alovlandırdılar.
-
12İyn
Müəllif: Redaktor, 09:17
Teqlər: Açılışlar