Tərtər şəhərinin və ona bitişik 11 kəndin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirildi. Tədbir iştirakçıları öncə layihə ilə ətraflı tanış oldular. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, bu gün ölkəmiz boyük bir tikinti meydançasını xatırladır. Biz bunu öz rayonumuzun timsalında da aydın görürük.
Rayon rəhbəri daha sonra bildirdi ki, bu gün ümumilikdə 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması tərtərlilərin böyük razılıq hissinə səbəb olmuşdur. Başçı cəbhə bölgəsində yerləşən rayonumuza göstərilən diqqət və qayğıya görə respublikamızın Prezidenti cənab İlham Əliyevə tərtərlilər adından səmimi minnətdarlıq ifadə etdi.
Təməlqoyma mərasimində çıxış edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov təmas xəttində, düşmənlə bir addımlıqda yerləşən Tərtər rayonunda su təchizatının və kanalizasiya siste- minin yenidən qurulmasına başlanılmasını bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini bildirdi.
Rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev ağsaqqallar adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
-
28May
Müəllif: Redaktor, 09:44
Teqlər: Açılışlar