Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Güləbatlı kəndində körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi.
Tədbiri giriş sözü ilə Buruc kənd İƏD üzrə nümayəndə İldırım Cəfərov açdı.
Sonra bağçanın müdiri Müş-ğünaz Orucova bildirdi ki, 35 yerlik bu müəssisədə iki qrupumuz var. Bina çox yararsız vəziyyətdə idi. Onu əsaslı təmir edib, gözəl görkəmə salan insanların hamı-sına dərin minnətdarlığımı bildirirəm.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini, valideynləri, uşaqları salamladı və təbrik etdi. Bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Körpələrə qayğı göstərilməsi və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiə Günü uzun illərdir ki, bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, onları müdafiə etməyi özünün müqəddəs vəzifəsi hesab edir.
“Uşaqlar bizim gələcəyimizdir”–deyən Ulu Öndər Heydər Əliyev onlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu gün bu diqqət və qayğı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
İcra başçısı rayonumuzun sa-kinləri adından Tərtərə və tərtərlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığını bildirdi. Sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən uşaqlara hədiyyələr paylandı.
Başçı açılışı bildirən rəmzi lenti kəsdi. Tədbir iştirakçıları hər cür yeni avadanlıqlarla təchiz edilmiş otaqlara baxdılar.
-
12İyn
Müəllif: Redaktor, 09:37
Teqlər: Açılışlar