Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr
    İdman Bədən tərbiyəsi və İdman Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    TƏRTƏRLİ GƏNCLƏRİN İDMAN NAİLİYYƏTLƏRİ

    05-24.12.15-1Müasir gənclərin milli ruhda və sağlam böyüməsi ilə yanaşı, kiçik yaşlarından uşaqların idmana həvəsləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu məqsədlə rayon gənclər və idman idarəsi də bir sıra tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, idmançılarımız nəinki rayon miqyasında, eləcə də respublika üzrə keçirilən idman yarışlarında Tərtəri layiqincə təmsil edir və qələbə qazanırlar.
    Belə ki, cari ildə idmançılarımız Gənclər Günü münasibəti ilə Mədəniyyət Mərkəzində keçirilən yarışlarda, fevral ayında Bakı İdman Sarayında kikboksinq üzrə XXIII ölkə çempionatında, həmin ay Bakı şəhə-rində boks idman növü üzrə Azərbaycan birinciliyində, yeniyetmələr arasında kikboksinq və boks üzrə ölkə birinciliklərində, “Şahinlər” hərbi idman oyununun rayon mərhələsində yüksək nailiyyətlər əldə etmişlər. Daha ətraflı »

    Teqlər: ,

  • 25Yan
    İdman “QARABAĞ MÜBARİZLƏRİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ŞAHMAT YARIŞI üçün şərhlər bağlıdır

    2(1)Изображение 158Bu günlərdə Tərtər Rayon Uşaq-Gənclər Şahmat məktəbində Tərtər Rayon İcra Hakimiyyəti və “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib.
    Tədbirin açılışında çıxış edən Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov il ərzində idman sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, yarışda iştirak edən gənclərə uğurlar arzulayıb.
    “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, iştirakçılara layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.
    Yarışda hər bir komandanın tərkibində 10 nəfər olmaqla 5 komanda iştirak edib. 50 şahmatçının mübarizə apardığı yarışın sonunda qalib komandaya kubok və diplomlar təqdim olunub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Sen
    İdman İDMAN SAĞLAMLIQ VƏ GÖZƏLLİKDİR üçün şərhlər bağlıdır

    sabirİdman sağlamlıq və gözəllik yaradan mühüm amildir. Onun möcüzəsi xəstəni sağlam, qocanı cavan edir.
    Respublikamızda tanınmış veteran idmançılar çoxdur. Onlardan biri də sərbəst güləş üzrə SSRİ idman ustası , məşqçi-müəllim Sabir Zeynalovdur. O, təqaüddə olsa da, şəhər 2 nömrəli məktəb-liseydə Təhsil Şöbəsinin və UGİM – nin dəstəyi ilə sərbəst güləş bölməsi açmış, rayon məktəblilərini və gəncləri ətrafına yığaraq layiqli idmançılar yetişdirir. Bu yaxınlarda onun güləşçiləri Qazax şəhərində sərbəst güləş üzrə “Məhsul” idman məktəbinin Respublika turnirində iştirak etmişlər . Güləşçilərdən üçü– Kənan Nəzərov, Əziz Məhərrəmov, Tüncay Hüseynli qalib olaraq, rayonumuzun adını yüksəltmişlər. Sabir müəllim rayonumuzda idmanın bu günü haqqında belə deyir:
    –Güləş idmanın ən qədim növlərindəndir. Bu növ ox atmaq, at çapmaq kimi idman növləri ilə bərabər inkişaf etmişdir. Qədim dövrdə hərbi döyüşçülər hazırlamaq üçün “Sparta”, “Qladiator” olimpiada məktəblərini açaraq güləşi əsas yarış idman növü götürmüşlər. Bu növlə dünyanın tanınmış insanları məşğul olmuşlar.
    Azərbaycan müstəqil dövlət olduqdan sonra, Ulu Öndərimiz Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmz Avropa, Dünya və Olimpiya oyunlarına evsahibliyi edir. İdmançılarımız idmanın bütün növlərində qələbələr qazanırlar.
    Rayon rəhbərliyinin dəstəyi ilə 2015 – ci il Avropa oyunlarının ildönümünə həsr edilmiş turnir keçirildi. Üç komandada 110 güləşçi iştirak edərək, müxtəlif yaş qruplarında layiqli yerlər tutdular. Qaliblərə kubok, medal və diplomlar verildi.

    Adil Əhmədov,
    1-ci dərəcəli şahmatçı

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat, İdman LƏTİFƏLƏR üçün şərhlər bağlıdır

    lətifəBir əsgər əsgərlikdə sevgilisinə o qədər məktub yollayır ki, axırda qız poçtalyonla evlənir..)
    ***
    Qız – Əzizim, şəklini mənə göndərərsən?
    Oğlan – Caaaaaan, ürəyim, darıxmısan?
    Qız -Yox canım, qəzetdən Öküz şəkli
    tapmışam, aranızdakı 7 fərqi axtaracam.
    Qız: Bəs sənin çoxlu pulun, maşının,
    villan varıydı. Nə oldu bəs?
    Mamed: İmkan verdinmi ki, deyim
    zarafat eliyirəm Daha ətraflı »

    Teqlər:

  • 19Noy
    İdman TƏRTƏR İDMANÇILARININ QƏLƏBƏSİ üçün şərhlər bağlıdır

    Sabir mAğdam rayonunda idmanın güləş növü üzrə 2000-2005-ci il təvəllüdlü gənc idmançılar arasında keçirilən turnirdə Ağdam, Tərtər, Beyləqan, Bərdə, Yevlax rayonlarından 90 güləşçi iştirak etmişdir. Adıçəkilən turnirdə Tərtər uşaq idman məktəbinin güləşçiləri 12 nəfər heyətlə təmsil olunublar. Daha ətraflı »

    Teqlər:

  • 19Noy
    İdman AZƏRBAYCAN ÇEMPİONATINDAN DÜNYA BİRİNCİLİYİNƏ DOĞRU üçün şərhlər bağlıdır

     

    Изображение 026İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

    Heydər Əliyev

    Daha ətraflı »

    Teqlər:

  • 15Okt
    İdman RAYON BİRİNCİLİYİ üçün şərhlər bağlıdır

    DSC_8385Orta və ümumtəhsil məktəblərinin 1999-2000-ci il təvəllüdlü şagirdləri (oğlanlar) arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışın məqsədi voleybol idman növünün daha da inkişafına nail olmaq və orta məktəb şagirdlərində idman oyunlarına geniş maraq yaratmaq olub. Tədbirin açılışında Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Yarışda rayonun 16 orta və ümumtəhsil məktəblərinin komandaları, ümumilikdə isə 128 gənc idmançı iştirak edib. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    İdman 10 yaşlı tərtərlinin parlaq qələbəsi üçün şərhlər bağlıdır

    DSC_8063Həmyerlimiz, 10 yaşlı Fərid Qəhrəmanov Gürcüstanın Batumi şəhərində kikboksinq üzrə keçirilən beynəlxalq turnirdə iki erməni rəqibinə qalib gələrək, parlaq qələbə qazanıb. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    İdman Açıq zona birinciliyi üçün şərhlər bağlıdır

    новый-1Heydər Parkında Tərtər Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Kik-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirilib.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edib, sonra yarış iştirakçılarına uğurlar arzulayıb. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    İdman TƏRTƏRİN ADINI UCALDANLAR üçün şərhlər bağlıdır

    IMG_20150527_153236İsmayıllı rayonunda kikboksinq idman növü üzrə XXI Azərbaycan çempionatı keçirilib.
    Gənclər və yeniyetmələr arasında təşkil olunan bu yarışda Azərbaycanın bütün bölgələrindən 300-dən çox idmançı iştirak edib. Adıçəkilən yarışda Tərtərin kikboksinq klubu 10 idmançı ilə təmsil olunub. Bu barədə bi-zə məlumat verən məşqçi müəllim, kikboksinq üzrə idman ustası Əhməd İsmayılov bildirdi ki, həmin on idman-çıdan 3-ü birinci yeri tutub. Ağabəy Vəlizadə 60 kq, İsmayıl Həsənov 67 kq, Süleyman Mehdiyev isə 86 kq çəki dərəcəsində mübarizə aparıblar. İdmançılardan Nurlan Nəcəfli 42 kq və Elnur İlqaroglu 75 kq çəki dərəcəsində ikinci yeri tutublar. Daha ətraflı »

    Teqlər: