Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbul edib. Qəbulda çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.
Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal.
Qeyd olunub ki, Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.
Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Daha ətraflı »


İdmanın kinqboksinq növü ilə məşğul olan Banuçiçək Vəlizadənin adı nəinki rayonumuzda, ondan kənarda da çoxlarına tanışdır. Dəfələrlə regionlararası və respublika yarışlarında iştirak edərək qalib olub, hətta 2022-ci ildə yeniyetmələr arasında keçirilən yarışda Azərbaycan çempionu adını qazanıb. Bu il isə Bakıda keçirilən və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalıya ədalət!” adlı turnirdə I yerə çıxıb.

Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq idman növü üzrə açıq Tərtər birinciliyi keçirilib
Avropa çempionatından qızıl medalla qayıdan Murad Qurbanovun Tərtərdə təntənəli qarşılanma mərasimi olub. Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, idmançılar, Murad Qurbanovun ailə üzvləri, müəllimləri, sinif yoldaşları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Avropa çempionu ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, abidələrin önünə gül-çiçək dəstələri düzüb, onların xatirələrini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 6 qat Azərbaycan çempionu, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu, Avropa oyunlarının bürünc mükafatçısı olmuş, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan idman ustası Murad Allahverdiyevi qəbul edib.
İdman həqiqətən sağlamlıqdır, sağlamlıq isə ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı, özünün və ailəsinin sağlamlığını hifs etməlidir. Bu istiqamətdə dövlətimiz böyük layihələr həyata keçirir. Rayonumuzda fəaliyyət göstərən Tərtər Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir.
26 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 29 illiyi münasibəti ilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Tərtər Olimpiya İdman Kompleksi ilə birlikdə təşkilatçılığı əsasında Tərtər OİK-da üzgüçülük idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Yarışda ümumilikdə 19 yeniyetmə iştirak etmişdir.
Həmyerlimiz, gənc idmançı Murad Allahverdiyevin Polşada keçirilən III Avropa Oyunlarında qazandığı parlaq qələbə haqqında xəbəri tərtərlilər böyük sevinc hissi ilə qarşılayıblar. Belə ki, Murad dörddə bir final mərhələsində Ermənistandan olan boksçu Ambarsum Okopyana qalib gələrək, həm bürünc medal qazanıb, həm də “Paris-2024” Yay Olimpiadasına vəsiqə alıb.
Həmyerlimiz Murad Qurbanovun cəmi 14 yaşı var. Ancaq onu nəinki rayonumuzda, Azərbaycanda, elə dünyada da tanıyanlar və sevənlər çoxdur. Xüsusən də idmansevərlər arasında.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 18-21 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda 48 kiloqram çəki dərəcəsində “Fulkontakt” versiyasında 2 döyüş keçərək ikinci yer tutan gənc idmançı Qurbanov Murad Bəhruz oğlunu qəbul edib.
Yeni ismarıclar