Gimnastika xarakteri formalaşdırır
İdman həqiqətən sağlamlıqdır, sağlamlıq isə ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı, özünün və ailəsinin sağlamlığını hifs etməlidir. Bu istiqamətdə dövlətimiz böyük layihələr həyata keçirir. Rayonumuzda fəaliyyət göstərən Tərtər Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir.
Uşaqların sağlamlığının qorunmasında valideynlərin üzərinə ciddi məsuliyyət dü-şür, mən də bu məsuliyyəti dərk edərək, nəvəm Ayanı Kompleksə gimnastika məşğələlərinə aparıram. Çünki həqiqətən də gimnastika uşağın bütün fiziki xüsusiyyətlərini inkişaf etdirir, güc, dözümlülük, çeviklik, elastiklik yaradır. Həmçinin gimnastika xarakteri formalaşdırır, uşaqlara məqsədyönlü və çalışqan olmağa öyrədir. Gimnastika müəllimi Dilbər Xəlilovanın uşaqlara idmanın bu növünü sevdir-məyini xüsusi vurğulamaq istəyirəm. Müəllim o qədər sağlam pedaqoji mühit yaradır ki, nəticədə uşaqlar həvəslə məşqlərə qoşulurlar. Valideynlərlə birlikdə söhbətimiz zamanı ancaq razılıqlar eşidirəm. Xədicə Qəhrəmanlının valideyni Gülnarə, Çiçək Hüseynlinin valideyni Elvin, Nəzrin Bağırzadənin anası Aysel, Səbinə Hüseynovanın anası Rəna və başqaları deyirlər ki, Tərtər rayonunda belə gözəl Olimpiya İdman Kompleksinin olmasını alqışlayırıq. Övladlarımız üçün bu şəraiti yaratdıqlarına görə möhtərəm Prezidentimiz İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.
Ziyafət Rüstəmova,
şəhər 1 saylı tam orta
məktəbin direktor müavini