Tərtərli oğulların şücaəti
Birinci Qarabağ müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlu 1968-ci il yanvar ayının 17-də Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbində orta təhsil almışdır. 1986- 1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 18 №-li Yol İstismarı İdarəsində qaynaqçı işləyirdi. Qarabağ uğrunda müharibə şiddətlənən vaxt Tərtər bölgəsində özünümü-dafiə batalyonu yaradılarkən, erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşililklərə qarşı əldə silah mübarizə aparmaq məqsədilə bu batalyonun tərkibinə yazılmışdır. 1992-ci il iyun ayının 3-də keçmiş Ağdərə rayonunun Qırmızıkənd kəndi yaxınlığında Tərtər Batalyonu döyüşə hazırlaşarkən keçid yollarına düzülmüş mina partlayışı nəticəsində şəhid olmuşdur.
Ailəli idi. İlqar adında bir oğlu var. Əskipara kənd qəbiristanlığında dəfn edilib.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Əskipara kəndində Vüqar Cəfərovun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Daha ətraflı »








Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Ədalət Veysəl oğlu 18 sentyabr 1973-cü ildə Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. Ailədə 9 uşaq olublar, 5 bacı, 4 qardaş. Ədalət 4-cü övlad, həm də qardaşların böyüyü idi.





1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürü-cüsü ixtisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyoru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisasları üzrə bitirib.
Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonumuzda bir çox işlər görülür – küçələrə, məktəblərə, sinif otaqlarına onların adları verilir, şəhid bulaqları tikilir.
Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2016-cı ilin Aprel hadisələrində Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Nicat Bəhruz oğlu İsgəndərovun şəhadətə yüksəlməsinin 8-ci ildönümüdür.
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu mümkün olmadı və nəhayət həqiqət anı yetişdi.
Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib.
Yeni ismarıclar