“Peşə təhsilinin şəhid məzunları”

Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Peşə Məktəbinin təşkilatçılığı ilə məktəbdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri və peşə məktəbinin kollektivi ilə yanaşı şəhid ailələri, müharibə veteranları, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Regional şöbəsinin sədri Vidadi Məmmədzadə iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatı giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev kitab haqqında məlumat verib, gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. Zəfər tariximizi yazan igid oğullarımızın, eləcə də peşə məktəbinin məzunlarının döyüş yoluna həsr olunmuş bu kitabın gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində önəmli rol oynayacağını bildirib. Kitabda Tərtər Peşə Məktəbinin 34 nəfər şəhid məzunu haqqında da yazıldığı qeyd olunub. Daha ətraflı »



Valideynlər övladları arasında fərq qoymazlar. Eyni qayğı, eyni sevgi və əziyyətlə böyüdürlər onları. Ancaq gəlin etiraf edək ki, ailədə sonbeşik övladın yeri bambaşqadır.
Düşünəndə ki, torpaq uğrunda necə və neçə igidlər həlak olub, az qala o torpağı hər gün qucaqlamaq, öpüb gözünün üstünə qoymaq istəyirsən… Onların hər birinin qarşısında sayğı duruşunda durmaq istəyirsən, amma görürsən ki, yenə də azdır. Belə igidlərimizdən biri də Tərtərimizin fəxri, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovdur. Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1985–1988-ci illərdə Tərtər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988–1990-cı illərdə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov və aparatın məsul əməkdaşları ilə birlikdə rayonun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Müşviq İsmayılovun anası Rəqiyyə İsmayılovanın yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Bəzən zaman dayanır, bəzən gecə sonsuzadək uzanır… Fevralın 25-dən 26-na keçən o qaranlıq gecə də belə idi – sonsuz bir dəhşət, sönməyən bir alov. O gecə Xocalı yandı, külə döndü, fəryadını göylərə sovurdu. Lakin nə göy üsyan etdi, nə yer titrədi. Dünya susdu…
Xocalı faciəsi qan yaddaşımızdır. İndi Azərbaycan xalqı Xocalının işğal tarixini yox, azad olunduğu günü qeyd edir.
Güldanə ana maşından düşüb ayağını torpağa qoydu. Sanki diksindi. Tez ayağını götürüb bir addım geri çəkildi. Bu da kömək eləmədi. Bəli, bura torpaq idi. Amma eyni zamanda adi torpaq deyildi. Şəhid qanları ilə yoğrulan torpaq idi.
Vətənin o başı, bu başı olmadığı kimi, o torpaqda şəhid olan oğullarımızın da hansı rayondan olmasının fərqi yoxdur. Onların hamısı vətənin bütövlüyü uğrunda canlarından keçiblər. İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olan igidlərimizin heç birini unutmamışıq. Onların xatirəsi daim bizlər üçün əzizdir. Hər zaman yad edir, gənc nəsillərin də onları tanımasını istəyirik.
1962-ci il dekabr ayının 31-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Buruc kənd orta məktəbini bitirdikdən sonra 1980-1982-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət “Şəfəq” kolxozunda sıravi kolxozçu işləmiş, sonra isə Bakıya gedərək Binəqədi rayonunun 11 №-li ixtisaslaşdırılmış podrat təmir-tikinti sahəsində ixtisaslı fəhlə kimi fəaliyyət göstərmişdir. 11 noyabr 1991-ci il tarixdə həmin rayonun hərbi komissarlığı tərəfindən könüllü olaraq Milli Ordu sıralarına xidmətə göndərilib. Malıbəylidə erməni quldurlarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatı zamanı şəhid olub.
1958-ci il fevral ayının 1-də Tərtər şəhərində anadan olub. Orta təhsilini Tərtər şəhər 2 №-li orta məktəbində almış, 1977-ci ildə Gəncə Baza İnşaat Texnikumunu bitirmişdir. Həmin il Sovet ordusu sıralarına çağırılıb və Macarıstan respublikasında xidmət edib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra doğ-ma torpağa qayıtmışdı. Tərtər rayon 1 №-li tikinti-quraşdırma idarəsində usta işləyirdi. 1992-ci ilin yanvar ayından könüllü olaraq “Tərtər Özünümüfadiə Batalyonu”nda döyüşürdü. 1992-ci il fevral ayının 18-də Ağdərə uğrundakı əməliyyatlarda kəşfiyyat zamanı həlak olub. Ancaq, nəşi döyüş zonasında qalmış və mart ayının 1-də ermənilərdən alınaraq Tərtər şəhərinə gətirilib torpağa tapşırılmışdır. Tərtər şəhər qəbiristanlığında dəfn olunub.
Yeni ismarıclar