1965-ci il fevral ayının 17-də Tərtər rayonunun Balakəngərli kəndində anadan olmuşdur. 1971-ci ildə şəhər 1 saylı orta məktəbin rus bölməsinin 1-ci sinfinə getmiş və 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1982-ci ildə bu məktəbi bitirərək Səmərqənd şəhərində Ali Hərbi Məktəbə daxil olmuşdur. 1987-ci ildə bu ali hərbi məktəbi bitirdikdən sonra hərbi hissədə xidmət üçün Dalnereçensk şəhərinə təyinatla göndərilir və 1992-ci ilin sonunadək burada qulluq edir. Erməni işğalçıları tərəfindən 1988-ci ildən başlayaraq torpaqlarımızda törədilən vəhşiliklərə dözməyərək onlara qarşı mübarizə aparmaq üçün vətənə qayıdaraq Daxili İşlər Nazirliyinə müraciət etmiş və ən gərgin cəbhə bölgəsinə göndərilməsini xahiş etmişdir. 1992-ci il oktyabr ayının 14-də Qubadlı rayon Polis Şöbəsinə rəis təyin edildi. Təyin edildiyi gündən Qubadlının müdafiəsinin təşkilində əsil hərbçi kimi xüsusi fəallıq göstərmişdir. 1993-cü il avqust ayının 31-də Qubadlının müdafiəsi zamanı həlak olmuşdur. Bakı şəhərində “Şəhidlər Xiyabanı”nda dəfn olunub.
Subay idi. Valideynləri rəhmətə gedib.

