Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,953
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    1968-ci il fevral ayının 1-də Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. Kənd məktəbində 8-ci sinfi bitirdikdən sonra Gəncədə sürücülük peşəsinə yiyələnmişdir. 1986-1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Qarabağ uğrunda müharibə başlanan vaxt yaşadığı Seydimli kəndində N.Nərimanov adına kolxozda işləyirdi. Ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərin qarşısının alınması üçün onlara qarşı mübarizə aparmaq arzusu ilə 1992-ci il mart ayının 1-də Milli Orduya daxil olmuş və Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyun ayının 13-də Seydimli kəndinin yaxınlığında Marquşavan kəndi istiqamətində ağır yaralanmışdır. Bərdə rayon mərkəzi xəstəxanasında müalicə olunmasına baxmayaraq, aldığı yaradan iyunun 7-də vəfat etmişdir. Seydimli kənd qəbiristanlığında dəfn olunub. Seydimli kənd körpələr evi-uşaq bağçası Əli Vəliyevin adına əbədiləşdirilib. 7 bacının bir qardaşı idi.Evli idi. Cavid adlı bir oğlu var. Oğlu ailəlidir. Ailəsi Tərtər rayonunun Seydimli kəndində yaşayır.

     

    Müəllif: Redaktor, 09:53

İsmarıclar bağlıdır.