Bu sətirlər şəhər 1 saylı tam orta məktəbin 3 “v” sinif şagirdi Tuncay Fərmanlının şəhidə həsr etdiyi şeirdəndir. Həmin şeiri Tuncay şəhidin doğum günündə onun məzarı qarşısında valideynlərinə müraciət edərək söyləyib.
3 “v” sinfi igid döyüşçü Fuad Məhərrəmlinin adını daşıyır. Burada şəhidə həsr olunmuş guşə var. Şagirdlərin hər biri Fuadın həyatı ilə bağlı məlumatları öyrənərək, müəllimləri Ramilə Heydərli ilə birlikdə onun qısa, lakin şərəfli ömür yolunun səhifələrini vərəqləyiblər.
Şəhidin doğum günündə isə şagirdlər ailəsini ziyarət ediblər. Məktəbin direktor müavinləri Ziyafət Rüstəmova, İntiqam Nuriyev, müəllimlərdən Ramilə Heydərli və Aliyə Balakişiyeva, 3 “v” sinfinin şagirdləri və valideynlər əvvəlcə Evoğlu kəndində ucaldılmış “Şəhidlər abidəsi”ni ziyarət ediblər. Sonra Evoğlu kənd qəbiristanlığına gələrək, Fuad Məhərrəmlinin məzarı önündə şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər. Saf uşaq qəlbindən gələn “Ana, qurban ağ saçına, durma belə qəmli-qəmli”, “Ata, belin bükülməsin” kəlmələri yaralı qəlblərə məlhəm olub.
Məktəbin direktor müavini Ziyafət Rüstəmova ziyarətlərinin məqsədi barədə belə deyib: Daha ətraflı »
-
09DekŞəhidlər “And yerimiz, fəxrimizdir şəhid Fuad Məhərrəmli” üçün şərhlər bağlıdır
-
30NoyŞəhidlər Şəhid Mürşüd Əhmədzadənin ailəsi ziyarət edilib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Evoğlu kəndində Vətən müharibəsi şəhidi Əhmədzadə Mürşüd Müdahil oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Mürşüd Əhmədzadə 2000-ci il yanvar ayının 4-də Evoğlu kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində TalışSuqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 27-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Mürşüd Əhmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhid Əhmədzadə Mürşüdün xatirəsi doğulub boya-başa çatdığı kənddə əbədiləşdirilib. Onun adı Evoğlu kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağa və şəhidlər abidə kompleksinə həkk olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirilər.
Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin! -
21NoyŞəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır
Noyabrda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri
Aslanlı Orxan Şahmar oğlu
Orxan Aslanlı 1992-ci ilin noyabr ayının 20-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub.
Orxan Aslanlı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Səhlabad kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Orxan Aslanlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Quluzadə Elmin Şəmsi oğlu
Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Cəbhənin Ağdam və Tərtər rayonları istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarıı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Məhərrəmli Fuad Habil oğlu
Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.
Fuad Məhərrəmli oktyabrın 12-də Ağdərə istiqamətində “Tülkü dərəsi” adlandırılan ərazidə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Fuad Məhərrəmli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. -
12NoyŞəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə rayonun Umudlu kəndindən olan Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun ikinci ildönümü ilə əlaqədar Bərdə şəhərində yaşayan ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Qeyd edək ki, Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Elvin Abbasov və onun kimi igid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!
-
05NoyŞəhidlər 8 noyabr Zəfər günü ilə əlaqədar rayon rəhbəri Vətən müharibəsi şəhidi Cahangir Surxayzadənin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 8 noyabr Zəfər günü ilə əlaqədar Qaynaq kəndində şəhid Surxayzadə Cahangir Hətəm oğunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda torpağı qanları ilə vətənə çevirən oğulların ruhuna dualar oxuyub.
Sonra icra başçsı 24 yaşlı Cahangirin keçdiyi döyüş yolundan danışıb. Qeyd olunub ki, Cahangir Surxayzadə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa
döyüşlərində şəhid olub. Daha ətraflı »
-
05NoyŞəhidlər Rayon rəhbərinin 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir. İcra başçısı növbəti dəfə əslən Kəlbəcər rayonundan olan Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşmış Vətən müharibəsi şəhidi Rzayev Ülfət Novruz oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, şəhidin ailə üzvləri ilə birgə Ülfətin xatirəsini anıb, bir daha onun döyüş yoluna nəzər salıb.Ülfət Novruz oğlu Rzayev 2000-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Daha ətraflı »
-
05NoyŞəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun rayonun Bəyimsarov kəndində yaşayan ailəsini ziyarət edib, onlara başsağlığı verib, qayğıları ilə maraqlanıb.Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub.
Məmədəli Tural Aqil oğlu 1998-ci il martin 22-də Tərtər rayonnunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Daha ətraflı »
-
05NoyŞəhidlər Rayon rəhbəri Zəfər günü ərəfəsində Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Əliyev Elməddinin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokurou Əli Qurbanov və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Zəfər günü ərəfəsində Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Əliyev Elməddinin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan ordusunun tarixi qələbəsindən danişan icra başçısı Müstəqim Məmmədov ordumuzun erməni ordusunun məglubedilməzliyi haqqında yayilmış “əfsanə”nin əslində yalan oldugunu üzə çıxardıgını, erməni vandalizminə son qoydugunu bildirib. Azərbaycan Ordusunun 44 gündə onları diz çökdürdüyünü, Ermənistanın kaptulyasiya aktına imza atdıgını qeyd edib. Bu qələbənin məhz Elməddin kimi ogulların sayəsində qazanıldıgını, onların sayəsində 30 ildən sonra torpaqlarımızın işgaldan azad olundugunu deyib. Rayon rəhbəri şəhidin valideynlərinə Elməddin kimi ogul böyütdükləri üçün minnətdarlıgını bildirib. Daha ətraflı »
-
05NoyŞəhidlər Zəfər günü ilə əlaqədar Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Aysənan Abbasovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır
Zəfər günü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Vətən müharibəsi şəhidi Abbasov Aysənan Əsgər oğlunun rayonun Seydimli kəndində yaşayan ailəsini ziyarət edib, onun ailəsinin qayğıları ilə maraqlanıb, şəhidin valideynlərinə Aysənan kimi Vətəni sevən, onun ərazi bütövlüyü uğrunda canından keçən oğul böyütdükləri üçün minnətdarlıq edib, Aysənanın evdən deyil, eldən gedən ogul olduğunu bildirib.Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Daha ətraflı »
-
05NoyŞəhidlər 8 noyabr- Şanlı Zəfər günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Elnur Hüseynovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır
8 noyabr- Şanlı Zəfər günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Kəbirli kəndində yaşayan Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Elnur kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.Elnurun keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Elnur kimi oğullarının unudulmadığını bildirib.
Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb. Daha ətraflı »


Yeni ismarıclar