Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ Müharibəsi şəhidi Mustafayev Maarif Hüseyn oğlunun anasının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
    Şəhid Maarif Mustafayev 1968-ci ildə Tərtər şəhərində anadan olub. 1988-1990-cı illərdə Tümendə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçdikdən sonra Tərtər şəhər Maşınların Təmiri Stansiyasında işləmişdir. 1992-ci ildə Ağdərə polisi yarandıqdan sonra polis nəfəri kimi bu şöbəyə işə qəbul edilmişdir. Hərbçilərlə birgə er-məni işğalçılarına qarşı döyüşmək tapşırığı almış Ağdərə polisinin digər əməkdaşları ilə birgə Maarif Mustafayev də Ağdərə bölgəsindəki döyüşlərdə iştirak edirdi. 1992-ci il dekabr ayının 5-də döyüş tapşırığını yerinə yetirən polis işçiləri Vəng istiqamətində avtobusla gedərkən yolda onların maşını ermənilər tərəfindən atəşə tutulmuşdur. Bu atəşdən avtobusda olan digər əməkdaşlarla bərabər Maarif Mustafayev də şəhid olmuşdur. Subay idi. Tərtər şəhər qəbiristanlığında dəfn edilib.
    Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.