Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Abdullayev Habil Kalam oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin qəhrəmanlığından söhbət açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışıb. Xalqımızın şəhidlərin qəhrəmanlığını heç zaman unutmadığını və unutmayacağını bildirib. İstər birinci Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsi şəhidlərinin ailələrinə dövlət tərəfindən hər zaman xüsusi diqqəti və qayğının olduğunu vurğulayıb, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial problemlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını, onların həlli istiqamətində mühüm işlər görüldüyünü bildirib. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsi şəhidi-Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə xanımla onun ad günü ərəfəsində görüşüb, şəhid anasını 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını bildirib. İcra başçısı bütün şəhid analarının baş tacımız olduğunu, Vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün onların da Vətən qədər əziz olduqlarınını vurğulayıb, anaya rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.
Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birgə Vətən müharibəsi şəhidi Şamil İsmayıllının rayonun Dəmirçilər kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Bir igidin şərəfinə məclis qurulmuşdu Hacıqərvənd kəndində. Afidə ananın illərlə ürəyində arzusunu yaşatdığı məclis. Buna toy da demək olardı, ad günü də. Ancaq nə bəy-gəlin vardı, nə də təbrikləri qəbul edən o pəhləvan cüssəli oğlan…
Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu günlərdə sosial şəbəkədə litvalı jurnalist Riçards Lapaitsin azərbaycanlı döyüşçü, I Qarabağ müharibəsində şəhid olmuş tibb bacısı Rəhilə Orucova haqqında kövrək bir yazıya rast gəldim. Bu sətirləri yalnız Azərbaycanı və azərbaycanlıları ürəkdən sevən bir insan yaza bilərdi.
1992-ci il sentyabr ayının 1-də Çıldıran yüksəkliyi uğrunda gərgin döyüşlər gedirdi. Batalyon üzvlərinin əhval-ruhiyyəsi çox yüksək idi. Düşmənlər yüksəkliyi qoyub qorxaqcasına qaçırdılar, ancaq ara-sıra ətrafda mərmilər partlayırdı.
Yeni ismarıclar