07Yan
Yanvarda doğulan şəhidlərimiz
Hüseynov Eşqin Cəsarət oğlu- 20 yanvar 1998-ci ildə Hüsənli kəndində doğulub.
Hüseynov Anar Rəhim oğlu- 9 yanvar 1997-ci ildə Tərtər şəhərində doğulub.
Məmmədov Taleh Arif oğlu- 1 yanvar 1999-cu ildə Hüsənlidə dünyaya göz açıb.
İsmayıllı Şamil Kamil oğlu- 4 yanvar 1993-cü ildə Dəmirçilər kəndində doğulub.
Əhmədzadə Mürşüd Müdahil oğlu- 4 yanvar 2000-ci ildə Evoğlu kəndində anadan olub
07Yan
DÖYÜŞÇÜ XƏYYAM
Xəyyam Hüseyinli 1994-cü il iyun ayının 26-da Tərtərdə anadan olub. 1 saylı tam orta məktəbdə oxuyub. Əskəri xidmətini başa vurduqdan sonra bir müddət Rusiyada yaşayıb. Lakin doğma el-obadan ayrı qala bilməyib.Yenidən boya-başa çatdığı Tərtərə qayıdıb. Qərarlaşdırıb ki, müddətdən artıq xidmətə yazılsın. General Polad Həşimovun şəhid olması xəbəri Xəyyamın bu istəyini, mənfur erməniyə qarşı nifrət hissini birə-on artırıb. Odur ki, rayon hərbi komissarlığına müraciət edərək könüllü hərbi hissəyə müddətdən artıq xidmətə yazılır. 18 iyul 2020-ci il tarixdən qeydiyyata götürülür, lakin hərbi hissəyə təyin olunması biraz ləngidilmişdi. Bəlkə də ananın yeganə övladı olduğu üçün təyinatı gecikdirilirdi.
27 sentyabr 2020-ci il. Qəddar ermənilər öz məkrli siyasətlərini yeritməyə başladılar.Ərazilərimizi iriçaplı silahlarla atəşə tutdular. Atılan top və raketlərin səsindən qulaq tutulurdu. Elə ilk anlardan dinc əhaliyə ziyanlıq vurulur, dağıntı və itkilər olurdu. Xəyyam isə hələ də hərbi hissədə deyildi. İki gün şəhərdən kənara çıxmayan sakinlərlə bərabər qalır. Könüllü olaraq yaralı və şəhid olmuş sakinlərin daşınmasına öz köməkliyini göstərir. 29 sentyabrda onu könüllü olaraq “N” saylı hərbi hissənin həmlə bölüyündə qumbaraatan komandiri təyin edirlər. Bir neçə gün təlim keçdikdən sonra oktyabrın 3-dən mənfur düşmənlə döyüşə qatılır. Talış, Suqovuşan və Ağdərə istiqamətində gedən qanlı döyüşlərin fəal iştirakçısına çevrilir. Ürəyindəki nifrətini düşmənə göstərməyin artıq vaxtı idi. Odur ki, döyüş yoldaşlarını tək qoymayaraq igidliklə vuruşurdu.
Oktyabrın 7-də Ağdərə istiqamətində aparılan döyüş zamanı snayper gülləsindən yaralanan Xəyyamı hərbi hospitala çatdırırlar. Bir neçə gün müalicə götürdükdən sonra yarası sağalmamış 12 oktyabrdan hərbi hissəyə qayıdıb, döyüşünü davam etdirir. Özü bu barədə deyir: Daha ətraflı »
07Yan

Şəhər 6 saylı tam orta məktəbində 44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant, Murov fatehi, Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Qənbər Qənbərlinin adına verilmiş sinfin açılışı olub.
Tədbirdə Qənbər Qənbərlinin valideynləri, şəhid ailələri, qazilər, veteranlar, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəbin dil-ədəbiyyat müəllimi, V “b” sinfinin rəhbəri, Əməkdar müəllim Tahirə Quliyeva bildirib ki, məqsəd şəhidimizin adını əbədiləşdirmək, bugünkü şagirdlərimizə Qənbər Qənbərlinin və onun timsalında minlərlə şəhidimizin keçdiyi ömür yolunu tanıtmaq, böyüyən nəsli vətənpərvərlik Daha ətraflı »
07Yan
Daim özünün xeyirxah ənənələri ilə seçilən şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivlərinin üzvləri, valideynlər qazi və şəhid ailələrində olublar. Direktor əvəzi İntiqam Nuriyevin, müavinlərdən Ziyafət Rüstəmovanın, Tofiqə Ələkbərovanın, Ələmdar Eminovun, müəllimlərdən Ramilə Heydərovanın, Aliyə Balakişiyevanın, Ülviy-yə Məmmədovanın, Mehriban Məmmədovanın və başqalarının, həmçinin şagird və valideynlərin bu təşəbbüsdə yaxından iştirak etmələri həmrəyliyimizin daha bir nümunəsi oldu. Onlar həmin ailələrdə olaraq bu insanlara unudulmamaq hissini yaşatdılar, şagirdlərə isə unutqan olmamağı aşıladılar.
Məktəbin direkitor müavini Ziyafət Rüstəmova deyir ki, şəhidlərimizin ruhu qarşısında, qazilərimiz qarşısında mənəvi borcumuzu azacıq da olsa ödədiyimiz üçün rahatlıq tapdıq.
Şəhid ailələrinin üzvləri və qazilər isə qonaqlara öz təşəkkürlərini bildirərək söyləyiblər ki, dövlətimiz onlara hər cür maddi və mənəvi dəstək göstərir. Bununla yanaşı, şəhid analarının da, qazilərimizin də bu həmrəyliyə böyük ehtiyacı var. Çünki ən böyük dərd birlikdə çəkiləndə bir az yüngülləşir. Belə görüşlərin şagirdlərin vətənpərvərlik tərbiyəsinə də böyük təsiri var.
Bu cür tədbirlər yalnız bayramlarda deyil, ilboyu davam etdiriləcək.
“Yeni Tərtər”
29Dek
Bütün həyatını Azərbaycanın çiçəklənməsinə həsr edən Ulu Öndərin indi ruhu şaddır. Onun ən müqəddəs arzuları həyata keçib. Qarabağımız azaddır. Ölkəmizin ərazi bütövlüyü təmin edilib. Bu torpaqlarda bərpa-quruculuq işləri aparılır. Tezliklə məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması təmin ediləcək. Dünya heyranlıqla Azərbaycanda görülən işləri izləyir. Çünki atılan addımlar, xüsusilə Zəngəzur dəhlizinin açılması təkcə Azər-baycanın tranzit və logistika imkanlarını genişləndirmir, Zəngəzur dəhlizinin açılma-sı ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyəti daha da artacaq.
2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram”.
Zaman bu sözlərin nə qədər doğru olduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan Ümummilli Liderimizin layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən parlaq dövrünü yaşayır.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi münasibəti ilə xalqa müraciətində demişdir: “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır”.
Ulu Öndər Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev isə bu Ordunu dünyanın ən güclüləri sırasına çıxararaq, illərlə ürəyimizdə bəslədiyimiz arzuları gerçəkləşdirdi. Vətənimizin güçünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Verdiyi vədə şərəflə əməl edən sevimli Prezidentimizə əbədi minnətdarıq.
“Yeni Tərtər”
29Dek
2021-ci ili yola salmağa hazırlaşırıq. Hamımız əminliklə deyə bilərik ki, bu il xalqımız üçün çox uğurlu və əhəmiyyətli oldu. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə diplomatik sahədə qazandığı uğurlar Qələbəmizi daha da möhkəmləndirdi. Xüsusilə onun dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindəki unudulmaz çıxışı, Azərbaycanın xeyrinə qəbul olunmuş Bəyannamə sevimli Prezidentimizin daha bir parlaq diplomatik qələbəsidir.
Kəndimizin sakinləri uzun illər müharibə şəraitində ermənilərlə üz-üzə yaşayırdılar. Ona görə də 30 ildən artıq bir müddətdə biz heç bir bayramı keçirə bilmirdik. Kənd daim atəşə tutulurdu. Şəhid verirdik, yaralananlar olurdu.
Vətən müharibəsində də həmkəndlilərimizdən qazilər oldu, evlərimiz dağıldı, amma qalib xalq kimi qürurumuz artdı, həyatımız başdan-başa dəyişdi.
Dağılmış evlər möhtərəm Prezidentimizin qayğı və diqqəti nəticəsində bərpa olunur, insanların həyatı öz axarına düşür.
2021-ci ildən xoş hisslərlə ayrılırıq. Əminik ki, 2022-ci il daha gözəl olacaq. İşğaldan azad edilmiş torpaqlarımızda sürətlə aparılan tikinti-quruculuq işləri, Zəngəzur dəhlizinin açılması doğma Azərbaycanımızın qüdrətini artıracaq.
Fitat Əliyeva,
Qapanlı kənd tam orta
məktəbinin direktoru
29Dek
44 günlük Vətən müharibəsində ermənilərin ən çox atəşə tutduqları rayonlardan biri bizim Tərtər idi. Təsadüfi deyil ki, buranı “ikinci Stalinqrad” adlandırırlar. İnsanlar evlərində, küçələrdə, hətta öz doğmalarını dəfn edərkən qəbristanlıqda həlak olur, yaralanırdılar. Evlər dağılır, küçələr, obyektlər, müəssisələr bərbad hala düşürdü. Lakin qəddar düşmən istəyinə nail ola bilmədi. Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın sonsuz qayğısı və diqqəti sayəsində qəhrəman tərtərlilər müharibədən sonrakı dövrdə həm əmək meydanında, həm tikinti-quruculuq işlərində daha böyük həvəslə çalışaraq, bir sıra uğurlara imza atıblar.
ƏN UNUDULMAZ HADİSƏ

Cari ilin oktyabr ayının 3-də ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Tərtər rayonuna səfəri rayon sakinləri üçün ilin ən yaddaqalan hadisəsidir.
Dövlətimizin başçısının Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltması şəhid analarının yaralı ürəklərinə bir məlhəm oldu. İllərlə bu torpaqların həsrəti ilə yaşayan insanların qəlbini sevindirdi, qurub-yaratmaq, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində yorulmadan çalışmaq əzmini artırdı.
Səfər zamanı dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi. Doğma yurdlarından məcburi köçkün düşən insanlar 30 ildən çox bir müddətdə bura həsrətlə baxaraq, nə zaman həmin yollarla geri dönəcəkləri barədə düşünmüşlər. Prezidentimiz həmçinin Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu. Daha ətraflı »
29Dek
“ATAMIZA LAYİQ ÖVLAD OLACAĞIQ”

Müharibə başlayanda, Azər 4 övladını və həyat yoldaşını Bakıya göndərmişdi. Düşünürdü ki, belə daha yaxşı olar. Yoldaşı Nailə xanım deyir ki, döyüşlərarası imkan tapdıqca zəng vururdu. Çox nikbin danışırdı. Onun səsindəki sevinc hissi hamıya sirayət edirdi. Hətta uşaqlar da həyətdə oynayanda yoldaşlarına deyirdilər ki, tezliklə atamız torpaqlarımızı azad edib, Qələbə ilə geri dönəcək. Bu fikri Azər körpəlikdən uşaqlarına aşılamışdı. Hər dəfə işdən evə gələndə onlara deyirdi: “ Dağları görürsünüz? Tezliklə biz o yerləri ermənilərdən təmizləyəcəyik. Qarabağ azad oluna-caq. Bu yükü sizin çiyinlərinizə qoymayacağıq”.
Anası ilə son görüşü isə oktyabrın 15-də oldu. Daha ətraflı »
29Dek

44 günlük Vətən müharibəsi tariximizə zəfərlə yazılsa da, yüzlərlə oğullarımızın şəhid olmasına, bədən üzvlərinin itirilməsi ilə əlil qalmasına səbəb oldu. Yüzlərlə oğullarımızın arzuları yarımçıq qaldı, ömürlərinin parlaq günəşi gözlərində qaraldı. Vətənin, xalqın bütövlüyü uğrunda yüzlərlə ailənin tamlığı pozuldu, yarım qaldı. Belə oğullardan biri də Umudludan olan Bağırlı Mirsədi Mircəfər oğludur. Mirsədinin ailəsi Umudlu kəndinin hörmətlə adı çəkilən ailələrindən biri olub. Onlar da erməni məkrindən ziyan çəkənlərdən, yurd-yuvalarından didərgin düşənlərdəndirlər. Mirsədi 2000-ci il iyunun 12-də bu kənddə doğulub. Orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Bərdə rayonunda peşə liseyində çilingər və sürücülük peşələrinə yiyələnib. Hərbi xidmətini Zaqatala rayonundakı “N” saylı hərbi hissədə çəkib. Əsgəri borcunu yerinə yetirdikdən sonra hərbidə çalışmaq qərarına gəlir və Bakı şəhərində gizirlik kursu keçir. 2020-ci ildə gizir kimi müddətdən artıq xidmətə başlayır. Daha ətraflı »
29Dek
Şəhidlik hər kəsə nəsib olmayan ən uca zirvədir. Hətta müharibələrdə də nəsib olmur bəzi insanlara. Şəhidliyi ömrün sonrakı yaşamı hesab etmək olar. Bəzi insanlar dünyalarını dəyişdikdən bir müddət sonra unudulur, yaddan çıxır. Şəhidlər isə heç zaman unudulmur, insanların xatirələrində əbədi yaşayırlar. Elə Vətən müharibəsi şəhidləri kimi.
44 günlük Vətən müharibəsi şəhidlərindən biri də Aslanov Xəyal Qüdrət oğludur.
Xəyalın ata-anası I Qarabağ müharibəsində doğma yurd-yuvalarından didərgin düşənlərdən olub. Mənfur ermənilərin vəhşiliyinə tab gətirə bilməyərək, Ağdərə rayonunun Kərəmli kəndindən qaçqın düşüb, Tərtərdə məskunlaşıblar. Çardaxlı kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Xəyal 1994-cü ildə Tərtərdə doğulub. Şəhər 5 saylı tam orta məktəbdə ilk təhsilini alıb. Ailədə 2 övlad – 1 qardaş, 1 bacı olublar, Xəyal və Xəyalə.
İllər bir-birini əvəz edirdi. Ata-ana oğlunun böyüməsinə baxdıqca fəxr edirdi. Qüdrət də, Nəzakət də rayonumuzun camaatı ilə doğmalaşmışdılar.
Xəyalın əsgəri xidmətə getmə vaxtı çatmışdı. Daha ətraflı »
Yeni ismarıclar