2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təstiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirərən Vətən müharibəsi iştirakçılarına təqdimetmə mərasimi keçirilib.
Yenə gəldi sentyabr, qüssə gəldi, kədər gəldi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə başlamışdır. 44 günlük bu savaş tariximizə Vətən müharibəsi kimi yazıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı və unudulmaz zərbələr endirmişlər.
Tərtər rayonunun Ələsgərli kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən xatirə abidə kompleksinin açılışı olub.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Mehdi Sabirzadə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Elcan Nadirli 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə çağırılıb. Müharibənin ilk günündən son gününədək cəbhə yollarında inamla addımlayıb. Əlində silah düşmən hücumlarının qarşısını alıb. Azərbaycan Ordusunun irəliləməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Müharibə bitsə də, bir əsgər kimi Orduda xidmətini davam etdirib. Dekabrın 1-də doğma Laçın torpağına ilk dəfə ayaq basanlardan biri olub. Bu barədə Elcan müəllim belə danışır:
Zabuxdan olan Əlövsət Əliyevin ailəsindəyik. Laçından didərgin düşəndən sonra onlar çox ünvan dəyişiblər. Əvvəl Cəbrayılda, sonra Bakıda, rayonumuzun Çaylı kəndində məskunlaşıblar. Nəhayət, yaşamaq üçün Evoğlu kəndini seçiblər. Bu kənddə xoş münasibət görüblər, dolanışıqları da pis olmayıb. Ancaq uzun illər ərzində heç vaxt buranı daimi yaşayış yeri hesab etməyiblər. Fikirləri, arzuları daim qoyub gəldikləri yerlərdə olub.
Laçın şəhərinin ermənilərdən təmizlənməsi təkcə laçınlıları deyil, bütün Azərbaycan xalqını ürəkdən sevindirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu münasibətlə xalqımızı təbrik etməsi hər bir ailədə toy-bayram kimi qarşılandı.
Yeni ismarıclar