Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Sen

    Yenə gəldi sentyabr, qüssə gəldi, kədər gəldi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə başlamışdır. 44 günlük bu savaş tariximizə Vətən müharibəsi kimi yazıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı və unudulmaz zərbələr endirmişlər.
    Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən yenə də qəddarlıqla mülki insanları hədəfə almağa başladı. Gəncə şəhərinin 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması, əhalinin, o cümlədən uşaqların, qocaların ölümünə və yaralanmasına səbəb oldu. Nəinki Gəncə, Bərdə, Tərtər, digər rayon və şəhərlərdə də təxribatlar törədildi. Sanki düşmənlər günahsız insanları öldürməkdən zövq alırdılar. Lakin bütün bu təxribatlar Azərbaycan Ordusunun və xalqının gücünü, əzmkarlığını əlindən ala bilmədi. Düşmənə qəhrəmancasına müqavimət göstərən rayonlar sırasında mənim qürur duyduğum doğma Tərtərim də vardı.
    Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000-ə yaxın hərbi qulluqçusu şəhid olmuş, on bir min nəfərdən artıq hərbçimiz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız 44 gün ərzində qəhrəman şəhidlərimizin qanı və canı bahasına azad olunmuşdur.
    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan Ordusunun və şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Səbinə Elxanqızı,
    Naxçıvan Dövlət Universiteti 

    Jurnalistika fakültəsinin
    I kurs tələbəsi

     

    Müəllif: Redaktor, 09:11

İsmarıclar bağlıdır.