Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl
    Hərbi vətənpərvərlik Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Qətllər və acı talelər

    HƏRBCİLƏR KİMLƏRİ QORUYURLAR

    Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda elan olunmamış müharibə gedir. Fövqəladə hərbi vəziyyət saqqallı yaraqlıların təcavüzünü nəinki dayandırmış, onların müasir silahlarla silahlanmasına imkan vermişdir. Erməni quldurlar fövqəladə vəziyyət şəraitində öz mövqelərini möhkəmləndirmiş, azərbaycanlılara qarşı qəsdlər hazırlamaqda davam edirlər. Hərbçilər isə onların “işlərinə qarışmırlar”. Çox vaxt fitvaçıların təsiri altına düşərək azərbaycanlılara hədə-qorxu gəlirlər.
    Bu yaxınlarda bir qrup hərbçi Mardakert rayonunun Talış kəndindən “Azərbaycan” kolxozunun qoyun fermasına basqın etmişdir. Köməyə gələn rayon daxili işlər şöbəsinin əməkdaşları atəşə tutulmuşdur. Nəticədə bir çoban güllə yarası almış, milis rəisinin “QAZ- 24” markalı maşını “BTR-ə” qoşulub aparılmışdır. Hələ də maşın geri qaytarılmamışdır. Hərbçilərin özbaşınalığı yerli əhalini təşvişə salır, köməksiz olduqlarını bir daha yəqin edirlər.
    Dekabrın 14-ə keçən gecə 47 nömrəli səyyar-mexanikləşdirilmiş dəstənin Umudlu kəndinə inşaat materialı aparan maşın karvanı erməni silahlı dəstələri tərəfindən şiddətli gülləyə basılmışdır. Adamların həyatı təhlükə qarşısında qalmışdır. Yük maşınının sürücüsü, 32 yaşlı Adil Məmmədov öldürülmüşdür. Üç körpə uşağı başsız qalmışdır. Maşın karvanını müşayiət edən “BTR”inşaatçıları qoruya bilməmişdir. Daha ətraflı »

  • 24İyn
    Hərbi vətənpərvərlik Redaksiyamızın qonağı üçün şərhlər bağlıdır

     Məhəbbət xanım özü də bir əsgərdir

    Bu günlərdə Birinci Qarabağ müharibəsi veteranı, iki şəhid bacısı, həkim-terapevt Məhəbbət Paşayeva redaksiyamızın qonağı olub.

    Kollektivimizlə söhbət zamanı Məhəbbət  xanım müharibə illərində Tərtər rayon mərkəzi xəstəxanasının baş həkimi kimi fəaliyyətindən, tərtərlilərin vətənpərvərliyindən danışıb. Şəhidlərimizi, yaralılarımızı qarşılayarkən, döyüş meydanında onların köməyinə tələsərkən yaşadığı hissləri dilə gətirib.

    Bir daha qadın ürəyinin böyüklüyünə heyran qaldıq.

    Bu görüşün 26 iyun – Azərbaycan Ordusu Günü ərəfəsində keçirilməsi bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki Məhəbbət Paşayeva özü də bir əsgərdir.  Atası Sabir Paşayev, şəhid qardaşları Ədalət, Evarist kimi hər an Vətən üçün, Azərbaycan Ordusunun hət bir döyüşçüsü üçün canından keçməyə hazır olan əsgər.

    Bizimlə söhbətinndə Məhəbbət xanım dedi:

    –Qəhrəman Tərtərimə, doğma Tərtərimə ayaq basanda qürur hissi keçirirəm. Fəxr edirəm ki, mən azərbaycanlıyam, qarabağlıyam və tərtərliyəm. 44 günlük Qarabağ müharibəsində qazandığımız möhtəşəm Qələbə hər birimizin qəlbini qürurla döyündürür. Bu sonsuz sevinci bizə yaşatdıqlarına görə ilk növbədə müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna, hər bir zabitimizə, əsgərimizə Azərbaycan ana və bacılarının sonsuz təşəkkürünü çatdırıram. Bayramınız mübarək, əzizlərim!

    “Yeni Tərtər”

     

  • 24Okt
    Hərbi vətənpərvərlik Tərtərdə Vətən müharibəsinin cəsur döyüşçüsü, gizir Əhməd İsmayılovun toy mərasimi olub üçün şərhlər bağlıdır

    Tərtər şəhərində keçirilən toy mərasimində onun yaxınları, ailə üzvləri ilə bərabər, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclis sədrinin müavini Adil Əliyev,  Vətən Müharibəsi qaziləri, veteranları, silahdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimdə çıxış edərək, yeni ailə quran gəncləri təbrik edib, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib. Əhməd İsmayılovun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışıb. Onun öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı ailə başçısı olacağını bildirib.

    Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Daha ətraflı »

  • 19Okt
    Hərbi vətənpərvərlik Füzulinin və Zəngilanın işğaldan azad olunmasından 2 il ötür üçün şərhlər bağlıdır

    FÜZULİNİN AZAD OLUNMASI ORDUMUZUN ZƏFƏR YÜRÜŞÜNƏ YOL AÇDI

    Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünü qeyd etdi.
    Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonradan Prezident Heydər Əli-yevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.
    Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. Daha ətraflı »

  • 19Okt
    Hərbi vətənpərvərlik ARXA CƏBHƏNİN QƏHRƏMANLARI üçün şərhlər bağlıdır

    Bəzi tarixlər heç vaxt unudulmur. Günlər, həftələr, aylar, illər keçsə də. Bu tarix qanla yazılıbsa heç bir zaman unudulmaz, yaddaşlardan silinməz. Sentyabır ayı unudulmayan bir tarix oldu. 2020-ci il sentyabrın 27-də başlayan müharibə xalqın illərdi gözlədiyi an oldu.
    İki il bundan əvvəl olan müharibə bizdən mərd oğullar aldı. Bununla belə, II Qarabağ müharibəsi bizə həyatda birliyi, cəsurluğu, qorxmazlığı göstərdi. Ön cəbhəyə yollanan hər bir hərbçinin, əsgərin ürəyi vətən eşqiylə döyünürdü. Gözlərini qırpmadan torpaq, vətən uğrunda canlarından keçən cəsur oğullarımız sözdə deyil, əməldə cəsurluqlarını göstərdilər. 30 il əvvəl işğal olunan torpaqların həsrətiylə yaşayan insanlar bu müharibədə Vətən üçün əllərindən gələni etdilər.
    Sakini olduğum Tərtər rayonunun sakinləri də bunun ən bariz nümunəsidir. Müharibə sözü əslində bizə ağır gəlirdi. Ancaq qələbə sevinci yaşadan müharibə qorxulu müharibə ol-madı. İnsanların neçə il çəkdiyi yurd-yuva həsrətinə son qoyan müharibə Azərbaycan xalqının iradəsini, birliyini, cəsurluğunu və qorxmazlığını bütün dünyaya göstərdi. Müharibə dövründə ön cəbhədə silahla vuruşan mərd oğullarımızla yanaşı, arxa cəbhədə də birlik yaradan xalqımız da qəhrəmandır. O kəslər ki, səngərdə olan əsgərlərimizə güvənib bir an belə yurd-yuvalarını tərk etmədilər. Xəstəxanalarda, cəbhədə yaralı əsgərlərimizin şəfa tapması üçün əlindən gələni edən tibb bacılarımız, həkimlərimiz, müharibənin başlanğıcından sonunadək rayonlarımızda, cəbhədə gərgin anların olmasına baxmayaraq, vəziyyətdən asılı olmayaraq hər bir anı çəkib ictimaiyyətə təqdim edən jurnalistlərimiz də arxa cəbhənin qəhrəmanlarıdır. Çəkilişlərdən və canlı şəkildə də şahidi olurduq ki, atəş açılanda heç bir kəs qorxub qaçmır, əksinə, mərmi düşən əraziyə yaxınlaşırdı. İnsanların gözündən qorxmazlıq, neçə il düşmənə qarşı ürəklərində saxladıqları kin, nifrət açıq-aydın görünürdü. Daha ətraflı »

  • 18Okt
    Hərbi vətənpərvərlik Qələbə Prezident İlham Əliyevin siyasətinin şah əsəridir üçün şərhlər bağlıdır

    2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

    Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

    Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad Daha ətraflı »

  • 12Okt
    Hərbi vətənpərvərlik Tərtərdə Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təstiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirərən Vətən müharibəsi iştirakçılarına təqdimetmə mərasimi keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib və 12-13 sentyabr tarixindən başlayaraq ermənilərin dövlət sərhəddində törətdikləri genişmiqyaslı təxribatdan da danışıb. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq. Daha ətraflı »

  • 30Sen
    Hərbi vətənpərvərlik SENTYABR BİZƏ KƏDƏRLƏ YANAŞI, QÜRUR GƏTİRDİ üçün şərhlər bağlıdır

    Yenə gəldi sentyabr, qüssə gəldi, kədər gəldi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə başlamışdır. 44 günlük bu savaş tariximizə Vətən müharibəsi kimi yazıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı və unudulmaz zərbələr endirmişlər.
    Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən yenə də qəddarlıqla mülki insanları hədəfə almağa başladı. Gəncə şəhərinin 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması, əhalinin, o cümlədən uşaqların, qocaların ölümünə və yaralanmasına səbəb oldu. Nəinki Gəncə, Bərdə, Tərtər, digər rayon və şəhərlərdə də təxribatlar törədildi. Sanki düşmənlər günahsız insanları öldürməkdən zövq alırdılar. Lakin bütün bu təxribatlar Azərbaycan Ordusunun və xalqının gücünü, əzmkarlığını əlindən ala bilmədi. Düşmənə qəhrəmancasına müqavimət göstərən rayonlar sırasında mənim qürur duyduğum doğma Tərtərim də vardı.
    Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000-ə yaxın hərbi qulluqçusu şəhid olmuş, on bir min nəfərdən artıq hərbçimiz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız 44 gün ərzində qəhrəman şəhidlərimizin qanı və canı bahasına azad olunmuşdur.
    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan Ordusunun və şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Səbinə Elxanqızı,
    Naxçıvan Dövlət Universiteti 

    Jurnalistika fakültəsinin
    I kurs tələbəsi

     

  • 28Sen
    Hərbi vətənpərvərlik Tərtərin Ələsgərli kəndində şəhidlərin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılışı olub üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Ələsgərli kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən xatirə abidə kompleksinin açılışı olub.

    Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin Deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ələsgərli kəndinin şəhidlərindən söhbət açıb. Qeyd olunub ki, Ələsgərli kəndi Birinci Qarabağ müharibəsində 6, Vətən müharibəsində isə 2 nəfər şəhid verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə kompleksi şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür. Məhz onların sayəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün mən rayon rəhbəri kimi belə igid oğullar dünyaya gətirdikləri üçün bütün şəhid valideyinləri qarşısında baş əyirəm, qazilərimizə can sağlığı diləyirəm. Daha ətraflı »

  • 27Sen
    Hərbi vətənpərvərlik Dəmir yumuruq düşmənə öz yerini tanıtdı üçün şərhlər bağlıdır

    Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

    Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Daha ətraflı »