
Hüseynov Aslan Malik oğlunun ata-anası rusiyanın Orenburq şəhərində müvəqqəti yaşadıqları üçün o 1988-ci il oktyabrın 6-da orada doğulsa da, boya-başa Tərtər rayonunun Qaradağlı kəndində çatmışdı. Burada orta təhsil almış, əsgəri xidmətə çağrılmışdı. Əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yazılır. Hərbi sirləri qoruyub saxlamaqda və əsgəri qulluqda öz nümunəviliyi ilə fərqlənib.
7 il idi ki, müddətdən artıq xidmət edirdi.
Aslan ailəli idi. Aysu adında qızı, Kənan adında oğlu vardı. Aslangil özləri isə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. Son zamanlarda qardaşı İsgəndər də müddətdən artıq hərbi xidmətə yazılmışdı.
Aslan həmişə torpaqlarımızın işğaldan azad olunmasından danışardı. Ərazilərimizin işğal altında inləməsi ona çox pis təsir edirdi. Daha ətraflı »
- 
                        20OktHərbi vətənpərvərlik KAŞ Kİ, BELƏ OLMAYAYDI!… üçün şərhlər bağlıdır
 - 
                        20OktHərbi vətənpərvərlik SONUNCU MƏZUNİYYƏTDƏN SONUNCU MƏNZİLƏ üçün şərhlər bağlıdır

Ofisdə hamımızın işlətdiyimiz əşyaları yığdığımız səbət var. Bir səbət var ki, 1 ildir toz basıb, bir qələm var ki, bir ildir əl vurulmur ona ofisdə. Elə bilirik ki o qələmi götürüb işlətsək, Pərviz deyəcək: “Kim götürdü yenə mənim qələmimi”.
Adi iş günlərindən biri idi – 21 sentyabr 2020-ci il. İş yoldaşımız Orucov Pərviz Novruz oğlu məzuniyyətə çıxdı. Bir həftəlik. 28 sentyabr 2020-ci ildə işə qayıtmalı idi. Amma….
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Tərtər və tərtərlilər şanlı döyüş yolu keçən ordumuza, xalq-ordu birliyinə, Qarabağ uğrunda canını və qanını əsirgəməyən cəsur Azərbaycan oğullarının qəhrəmanlığına, Daha ətraflı » - 
                        30SenHərbi vətənpərvərlik 27 Sentyabr- Anım Günü üçün şərhlər bağlıdır
TARİXİMİZİN YENİ ZƏFƏR SƏHİFƏSİ


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Daha ətraflı » - 
                        30SenHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
ANANIN YUXUSU

44 günlük Vətən müharibəsi başa catdıqdan sonra şəhidlərimizin müqəddəs ruhları hər yerdə anılır, adlarına müxtəlif abidə kompleksləri ucaldılır. Belə abidə-komplekslərindən biri də Seydimli kəndinin yaxınlığında şəhid Aysənan Abbasovun adına ucaldılmış möhtəşəm, hər tərəfi gülçiçəklərlə əhatə olunmuş abidə-kompleksidir. “Tərtər-Gəncə” magistral avtomubil yolu ilə hərəkət edən bütün nəqliyyat vasitələrindəki insanlar bu abidə- kompleksinin qarşısında dayanıb hörmət əlaməti olaraq ziyarət edib burada xatirə şəkilləri çəkdirir, şəhid Aysənanın ruhuna dualar oxuyurlar. Demək olar ki, bu möhtəşəm abidə hər gün ziyarət olunaraq yad edilir.
Aysənan Abbasovun kimliyi ilə maraqlanıb ailəsini ziyarət etdik və onun haqqında məlumat toplayaraq, Daha ətraflı » - 
                        20SenHərbi vətənpərvərlik BİR AİLƏNİN İKİ AĞIR İTKİSİ üçün şərhlər bağlıdır

Sənanın atası Birinci Qarabag müharibəsindən danışanda onun ürəyindən keçirmiş ki, böyüyəndə mən hərbiçi olub, torpaqlarımızı geri qaytaracağam. Evdə ata-ana isə düşünürdülər ki, oğullarını hərbiçi olmağa qoymayacaqlar. Çünki yaxşı bilirdilər ki, müharibəsiz torpaqların azad olunması mümkün deyil.
Bu ailədə 3 övlad böyüyürdü – 2 oğlan, 1qız.
İllər ötürdü hərə bir sahəni seçdi. Sənan da hərbiçi olmaq arzusunun dalınca getmişdi. Anası nə qədər narazılıq etsə də, onu yolundan döndərə bilməmişdi. 9-cu sinfi bitirdikdən sonra Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2016-cı ildə isə oranı bitirdikdən sonra Bakı Ali Komandirlər məktəbində təhsilini davam etdirmişdi. Daha ətraflı » - 
                        10SenHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
“HƏYATDA QƏHRƏMANLIĞA HƏMİŞƏ YER VAR”

Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin doğum gününə həsr olunmuş “Həyatda qəhrəmanlığa həmişə yer var” adlı vətənpərvərlik tədbiri keçirilib.
Bakı şəhərində ikinci Şəhidlər xiyabanına toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun, Tərtər və Kəlbəcər rayonlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və məktəblilər əvvəlcə şəhidin məzarını ziyarət edib, qarşısına əklillər qoyub, güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Vətən uğrunda, Daha ətraflı » - 
                        30AvqHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
“ŞƏHİD BULAĞI” İSTİFADƏYƏ VERİLİB
Əvvəlcə Tərtər rayonunun Kəbirli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Elnur Əhliman oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Elnur Hüseynovun qısa, lakin şərəfli həyat yolundan danışıb, ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib.
Göstərib ki, şərəfli döyüş yolu keçən və noyabrın 14-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Elnur Hüseynov və onun kimi Daha ətraflı » - 
                        30AvqHərbi vətənpərvərlik HÜSƏNLİ KƏNDİNİN ŞƏHİDLƏRİ üçün şərhlər bağlıdır
Şəhid qapısı–qürurla döydüyümüz, şəhid evi fəxrlə daxil olduğumuz ocaqdır. Şəhid ata-anası–qarşısında daim baş əydiyimiz insanlardır. Şəhidlik – Allah tərəfindən lütf olunmuş və bəxş edilmiş ən uca zirvədir! Şəhid adı bir ömür boyu borclu olduğumuz müqəddəs addır. Bir sözlə, şəhidlər qürurumuz və fəxrimizdir! Bütün bunlarla yanaşı, daim axtardığımız, yolunu hər an gözlədiyimiz, əksi gözlərimizdən silinməyən, ürəyimizin həsrət yarası olan igidlərimizdir! Sizin etdiklərinizin qarşılığında bizlərin axıtdığı göz yaşlarımız, sözlərimiz acizdir. Bəlkə də çatdığınız məqamları görəndə yenidən doğularaq qəhrəmanlıq, şücaət göstərmək istərdiniz. Axı, sizin canınızda-qanınızda qəhrəmanlıq, igidlik olmasaydı bu uca adı qazana bilməzdiniz. Hər birinizdən yazanda, haqqınızda sizə layiq söz axtarıram ki, söylədiyim, yazdığım sizin Şəhid ruhunuza yaraşan olsun.
Bu gün də şəhidlər haqqında yazacağam. Rayonumuzun erməni təcavüzündən tez-tez zərər görən Hüsənli kəndinin şəhidlərindən. 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərmiş 2 şəhidini xatırlayacağam.Məmmədov Taleh Arif oğlu.

Doğum tarixi 1999-cu il yanvarın 16-sı. Uşaqlığı və yeniyetməliyi bu kənddə – Hüsənlidə keçib. Həmin kəndin tam orta məktəbinin yetirməsi olub. Uşaqlıqdan bir arzusu vardı – idmançı və hərbiçi olmaq. Böyüdü, hərbi xidmət dövrü çatdı. Vətən qarşısındakı borcunu ödəmək üçün əsgəri xidmətə yollandı. İl yarım nə idi ki?! Bir göz qırpımında gəlib keçdi. Xidmətdən geri qayıdanda ata-anasının yanına təşəkkürnamə ilə döndü. Hamı qürurlandı. Valideynlərinə gözaydınlığı verənlər də çox oldu. Xidmət müddətində hərbiçi olmaq istəyi bir az da çoxaldı.Elə çoxaldı ki, onun yolunu yenidən hərbi hissəyə gətirdi. Müddətdən artıq xidmətə yazıldı. Ata-anasının təkidinə baxmayaraq, hərbiçi oldu. Elə xidmət etdi ki, ilk günlərdən  Daha ətraflı » - 
                        30AvqHərbi vətənpərvərlik üçün şərhlər bağlıdır
Hüseynov Eşqin Cəsarət oğlu

1998-ci il yanvarın 20-də böyüdüyü, Tərtərin Hüsənli kəndində doğulub. Uşaqlığından ailəsinin dəli-dlu övladı olub. Əsgərlik vaxtı çatanda kənddəki həmyaşıdları kimi xidmətə yollanıb. Hərbi xidməti Bakı şəhərində keçib. Fövqəladə hallar bölməsində əsgəri xidmətini ləyaqətlə başa vurub. 2018-ci ilin aprel ayında doğma kəndinə qayıdıb. Boş-bekar qalmayıb, ticarətlə məşğul olub. Sonra müddətdən artıq hərbi xidmətə yazılıb. Həm əsgərlik vaxtı həm də müddətdən artıq xidmətdə hərbi hissənin sevimlisinə çevrilib.Komandirlərin verdiyi tapşırıqları ləyaqətlə yerinə yetirməyə çalışıb. Həm də elə burada xidmət müddətində talehini bağlayacaq bir el qızı ilə sövdələşib. 2020-ci il sentyabrın 17-də 5 günlük məzuniyyət götürərək evlərinə gəlib ki, ata-anası gedib həmin qızın razılığını alsınlar. El adəti ilə nişan aparılasıydı…
Məzuniyyət müddəti başa çatdıqdan sonra Eşqin hərbi hissəyə döndü, hərbiçi yoldaşlarına yaxınlarda nişan qoyduracağından danışdı. Daha ətraflı » - 
                        20AvqHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
GÖZÜ YAŞLI ANA İLƏ GÖRÜŞ

“Şərəfsiz yaşamaqdansa, şərəflə ölmək yaxşıdır”. Bu sözləri yalnız qeyrətli, vətənpərvər, qorxub-çəkinməyən oğullar deyirlər.
Əjdər Sabirli valideynlərinə deyərmiş : “Müharibə başlasaydı, bu şərəfsiz erməniləri qırardıq!”
İllərdir xalqın çəkdiyi vətən həsrəti, yurd ayrılığı mərd oğullarımızın gözləri qarşısındadır. Sabirli Əjdər Xanlar oğlu rayonumuzun Hacallı kəndində yaşayırdı. Onun amalı belə idi: “Vətənin qəhrəman oğluna çevrilərək Vətən torpağı uğrunda ya şəhid, ya qazi olmaq!”.
Əjdərin də qismətinə şəhidlik düşdü, – ən uca zirvə, ən uca məqam! Ömrünün təravətli, Daha ətraflı » 


Yeni ismarıclar