20Dek
TƏRTƏRLİLƏR BÖYÜK EHTİRAM VƏ SEVGİ İLƏ ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNİ YAD ETDİLƏR
Dekabrın 12-si Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, ağsaqqallar, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, müharibə veteranları, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar.
Burada keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Ölkənin müstəqil, Daha ətraflı »
20Dek
Dünya liderləri onu mübaliğəsiz siyasət nəhəngi adlandırırdılar. Bir sıra rəsmi görüşlərdə hamımız bu sözlərin şahidi olmuşuq. Hər ilin 12 dekabrında Ulu Öndəri anmaqla biz həm də Azərbaycanın keçdiyi tərcümeyi-hala nəzər salırıq. O deyirdi ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Və məhz o, Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyət olaraq tarixə adını böyük hərflərlə yazdı. O, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra parçalanmış Azərbaycanı həm xaricdən olan düşmənlərdən, həm daxili düşmənlərdən birmənalı şəkildə qoruya bildi. Tarix həmişə hər şeyi öz yerinə qoyur deyirdi. 1969-cu ildən Azərbaycanı, xalqını işıqlı gələcəyə aparmaq yolunda savaşdı. Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz deyirdi bu böyük adam və Azərbaycanın müstəqilliyi uğrunda necə ağır yolun yolçusu olduğunun hamımız şahidiyik. Sonunda zəfər olacağını, xalqının hürr olacağını bilirdi və savaşdı bu yolda. Bəzən təkbaşına qaldı, ancaq qələbə çaldı!
Heydər Əliyev hər şeydən əvvəl şəxsiyyət idi. O, fəaliyyəti çərçivəsində ən yüksək zirvələrin hamısını fəth edərək, istər Sovetlər dönəmində, istər Amerikada, istərsə də Avropada dünya miqyaslı siyasətçi kimi adını tarixə yazdırdı. 1997-ci ildə Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının “1997-ci ilin adamı” mükafatına layiq görüldü. Onun titullarını sadalamaqla bitməz.
Tək Azərbaycan xalqı üçün yox, bütün dünya liderləri üçün o, sadəcə fiziki olaraq dünyada yoxdur. Əslində müstəqil Azərbaycanın adı çəkilən bütün beynəlxalq arenalarda ilk xatırlanan ad məhz Heydər Əliyevdir! Azərbaycanın Heydər Əliyevin dövlətçilik sahəsindəki təcrübəsinə hələ çox ehtiyacı vardı. Onun dünyadan tez köçməsi elə gərgin işinin, keçirdiyi sarsıntıların nəticəsi idi. Faktiki olaraq 24 saat fəaliyyət göstərirdi. Daha ətraflı »
20Dek
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatı ərazi partiya təşkilat sədrləri, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf pers-pektivləri” mövzusunda tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini dərin ehtiramla anıblar.
Tədbir rayonun Heydər Əliyev Mərkəzində davam etdirilib.
İştirakçılar mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Heydər Əliyev Daha ətraflı »
29Noy
İBADƏT NƏDİR?
İbadət Allaha təzim etmək, sayğı göstərmək və onun bizə verdiyi saysız-hesabsız nemətlərə qarşı minnətdarlıq borcunu yerinə yetirməkdir.
Nə üçün ibadət edirik?
Bizi yoxdan var edən və yaşadan Allahdır. Böyük Allah vücudumuzu görən gözlər, eşidən qulaqlar və danışan dil kimi mükəmməl orqanlarla təmin etdi. Digər canlılardan fərqli olaraq bizə ağıl verdi və varlıqlar arasında bizi seçkin bir vəziyyətə gətirdi. Bundan başqa yaşaya bilməyimiz üçün tənəffüs etdiyimiz havadan içdiyimiz suya qədər bizə saysiz-hesabsiz nemətlər verdi.
Ayrıca bizi tək qoymadı, Peyğəmbərlər və kitablar göndərərək dunyada Daha ətraflı »
19Noy
CADU-TİLSİM-SEHR
Din ilə əlaqəsi olmayan dualar və hərəkətlərlə ruh üzərinə təsir etmək. Buna ərəbcədə “sehr” adı da verilir. Bir insanı istənilən şeyi etməyə sövq edən gizli qüvvət, təbiətə zidd hallar meydana gətirən təsirlər. Bunları edənlərə “cadugər” deyilir. Cadunu belə təsvir etmək mümkündür hər hansı bir mənfəət uğruna başqasına zərər verməyə yönəlik məşru olmayan yollarla bir sıra gizli qüvvələri istiqamətləndirərək edilən və həqiqətə uyğun gəlməyən göz bağlıcılıq, hoqqabazlıq, oyunçuluq şəklindəki işlər. Gözbağcılıq, hoqqabazlıq kimi oyunlarla insanları aldadan şəxsə cadugər, bu kəslərin etdiyi işə cadu, bu işin peşə halına gətirilməsinə də cadugərlik deyilir. Cadugərlik, İslamdan öncə Ərəblərdə, Rumlarda, Hindlilərdə, Misirlilərdə məşhur idi. Xüsusilə Hz. Musa zamanında cadugərlik etibarlı bir peşə idi. Hz. Süleyman zamanında da məşhur idi. Sehrin özünə görə xüsusiyyətləri və növləri vardır.
Qara cadu: Əsl sehr bu olub bəzi kimsələr, pərilərin və xüsusilə Daha ətraflı »
29Okt
DİNDƏ OĞURLUĞA MÜNASİBƏT
Oğurluğun maddi və mənəvi zərərləri, bu hadisəyə görə insanların duyduğu iztirablar, keçirdiyi qorxu və təşvişlər yəqin ki, hər bir insan üçün eynidir. Oğurluq hadisəsi sadəcə hər hansı bir malın oğurlanması deyil, həm də insanların zəhmətinin, əməyinin, alın tərinin, illərinin oğurlanması kimi də başa düşmək olar.
Bu hadisə sadəcə oğurluq edilən bir evin, dükanın, ya da iş yerinin təhdid altında qalması ilə kifayətlənmir. Bu həm də o məhəllə və küçədəki bütün evlərin, dükanların təhdid altında qalması deməkdir. Belə bir hadisədən sonra insanlar: “görəsən qonşunun başına gələn mənim də başıma gələrmi?” – deyə, düşünməyə başlayarlar. Beləcə oğurluğun meydana gəldiyi məhəllədə hər kəs özünü təhlükədə hiss edər.
Oğurluq hadisəsinin çoxu cinayətlə də nəticələnir… Neçə-neçə cavanlar oğurluq hadisəsinə görə həbsə gedir, nə qədər cinayətin, adam öldürmənin altında oğurluq hadisəsi yatır. Daha ətraflı »
20Okt
DİNLƏ İNANCLARIN ƏLAQƏSİ
Azərbaycan folklorunda inanclara rast gəlmək mümkündür. Məsələn, folklorda deyilir ki, açarı oynadanın evinə dava düşər. Yaxud da inanca görə axşam süpürülən evdən bərəkət əskilər, aynanın şövqünü evə salanda evdən ölü çıxar…
İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır:
Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar.
Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranıb. Məsələn, bir ulduz axanda Yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar.
Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən kimsə bir kərə asqırarsa, “Tək səbr gəldi, gözlənilsin, səbr edilsin”, iki kərə asqırılarsa “cüt gəldi, xeyirlidir” – deyə yola çıxarlar. Daha ətraflı »
08Okt
İSLAMDA ŞƏHİDLİK ZİRVƏSİ
Vətən, millət uğrunda döyüşərkən həlak olanlara şəhid, sağ qalanlara isə qazi deyilir. “Şəhid” ərəb mənşəli kəlmə olub xəbər verən, bildiyini söyləyən, hazır olan və hadisəyə şahidlik edən anlamını ifadə edir. İslam alimlərinin fikrincə, ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və əhalisinin mühafizəsini, malını, şərəf və namusunu müdafiə zamanı canını fəda edənlər şəhiddirlər. Tanrı dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. Şəhidlərin Allah qatındakı məqamı ilə bağlı Qurani-Kərimdə buyurulur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə, 154).
Şəhidlik, həmçinin günahların bağışlanmasına vəsilə olan fəzilətli əməldir. Bununla bağlı Həzrət Məhəmməd (s) demişdir: “Şəhidin qul borcundan başqa, bütün günahlarını Allah bağışlayır”.
Rəbbimiz müqəddəs amallar uğrunda canını qurban verən salehlərlə yanaşı, vuruşub öldürən möminləri də cənnətlə müjdələyir. İslam alimləri şəhidliyi iki növə bölmüşlər:
Sevimli Peyğəmbərimiz (s) qeyd edir ki, mən qiyamət günündə şəhidlərin Allah yolunda canlarını sevərək fəda etdiklərinə şahidlik edəcəyəm. Bəşər tarixində ilk şəhid Həzrət Adəmin (ə) oğlu Həzrət Habildir (ə). Əbədi ölməzlik və kamil şəhidlik zirvəsi isə İmam Hüseynə (ə) məxsusdur. Daha ətraflı »
30Sen
ZƏKAT NƏDİR?
On şey nisab həddinə çatdıqda, zəkat verilməlidir
İslam təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq, bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. Həmin təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən biri, zəkatdır.
Şəksiz ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə vəzifəli olan imkanlılar uyğun vergini ödəyərlərsə, ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz. İmam Sadiq (ə) buyurur: «Bütün xalq malının zəkatını ödəyərsə, bir dənə də olsun fəqir müsəlman qalmaz. İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-eşiksiz qalır». Elə bu səbəbdən də, İslamda zəkat vacib buyurulmuşdur: Daha ətraflı »
20Sen
PİR VƏ OCAQLARA İNAMIN ƏSAS SƏBƏBLƏRİ
Əsrlər keçməsinə baxmayaraq insanların pir və ocaqlara inamı azalmır.
Bu inama əsas səbəb kimi pirlərin möcüzəvi qüvvəyə malik olması göstərilir. Elə buna görə də belə yerlərə üz tutanlar, daha çox özünü çarəsiz, ümidsiz hiss edənlər olur.
Pir və ocaqlara illər keçməsinə baxmayaraq, gedənlərin sayı niyə azalmır?
Psixoloqlar bildiriblər ki, pir və ocaqlara inamın əsas səbəbi, rahatlıq verməsidir və burada qəbahətli bir iş yoxdur: “Hər insanın mütləq bir inam yeri olmalıdır. Bəzi insanların inam yeri dinə sığınmaqdır. Ümid və inam yeri olmayan insanlarda müəyyən psixoloji problemlər üzə çıxır. Dinə inamı olan insan qarşısına çıxan hər çətinliyə dözə bilir. Bu baxımdan pir və ocaqlara ziyarət edən insanlar duasının Tanrıya bir pillə daha tez çatacağına inanır. Bu inanc bir az da qədim dövrə məxsus miflərə əsasən formalaşıb. İnanc məsələsində insanın təhsil səviyyəsi, dünyagörüşü və böyüdüyü mühitinin təsirləri yüksəkdir. Daha ətraflı »
Yeni ismarıclar