Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05Mar

    Züleyxa Mustafayeva, Tərtər rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən

    Hüquqşünas olmaq Züleyxa xanımın uşaqlıq arzusu idi. İstəyinə çatmaq üçün ciddi çalışaraq, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.
    2011-2018-ci illərdə Go-ranboy rayon məhkəməsində hakim köməkçisi işləyib.
    2018-ci ildən rayonumuzda qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edir. Öz işini ürəkdən sevən Züleyxa xanım az müddətdə tərtərlilərin hörmətini qazanıb.
    Özü bu barədə belə deyir:
    – Vətəndaşların sənədlərinin qeydiyyatı çox məsuliyyətli və vacib bir sahədir. Bəzən insanlar bunu unudurlar və uzun illər keçəndən sonra lazımi sənədlərin axtarışına başlayırlar. Yaxud erkən yaşda qızların nikaha daxil olması ilə bağlı müraciət edirlər. Yeni doğulmuş uşaqlara ad seçimində də müxtəlif düz olmayan yanaşmalar var. “Hüquqi yardım” vasitəsilə biz vətəndaşlarla maarifləndirmə işləri aparırıq.
    Xüsusən də 18 yaşı tamam olmayan qızların ailə qurması ilə bağlı valideynlərlə izahat işləri aparılır. Bu cür ailələrin əksəriyyəti sonda dağılır. Çünki hələ özləri də uşaq olan qızlar ailə həyatının çətinliklərinə tab gətirə bilmirlər.
    Züleyxa xanım deyir ki, əvvəllər ailələrin dağılmasının əsas səbəbi uşağın olmamasıydı.İndi belə hallar yenə də var, ancaq çox deyil. Əksər hallarda gənclər valideynlərin, qohumların lazımsız müdaxiləsi səbəbindən ayrılırlar.
    Heç bir valideyn bilə-bilə övladlarının taleyinin uğursuz olmasını istəmir. Lakin bəzən gənclərə bir-birini yaxşı tanımaları üçün vaxt verilmir, elə ilk narazılıqdan sonra boşanmaq haqqında qərara gəlinir ki, bu da yolverilməzdir.
    –İşlədiyiniz müddətdə ən çox yadınızda qalan hansı hadisə olub? – sualına isə o, belə cavab verdi. Əlbəttə ki, 44 günlük Vətən Müharibəsi və qazandığımız möhtəşəm Zəfər!
    –Həmin günlərdə çox böyük həyəcan keçirirdik. Şəhərimiz fasiləsiz olaraq düşmənin atəşinə məruz qalsa da, işdən ayrılmırdıq. Vətəndaşların sənədlərini, arxivimizi qorumaq üçün əlimizdən gələni edirdik. Nəhayət, Böyük Qələbəmizin sevincini xalqımızla birlikdə yaşadıq və buna görə özümü xoşbəxt hesab edirəm.
    Züleyxa xanım bir oğul anasıdır. Arzu edirik ki, övladı ilə bağlı ürəyindəki bütün istəkləri həyata keçsin, dünyanın çətinliklərini onun yanında unutsun.

    Müəllif: Redaktor, 09:56

İsmarıclar bağlıdır.