05Sen
Rayonumuzda inkişaf edib, fermerlər üçün gəlir gətirən sahələrdən biri də günəbaxandır. Son 2-3 il ərzində yerlərdə günəbaxan əkini sahələri xeyli genişləndirilib. Əgər rayonun təsərrüfatlarında 2012-ci ildə 654 hektar, 2013-cü ildə 765, 2014-cü ildə 910 hektar sahədə dən üçün günəbaxan becərmişdilərsə, cari “Kənd təsərrüfatı ili”ndə bu sahələr 928 hektara çatdırılıb.
Daha ətraflı »
Teqlər: İqtisadiyyat
26Avq
Biz ta ata-babadan maldarlıqla məşğul oluruq. Bu peşəni indi də həvəslə davam etdiririk. Maldarlığı ona görə seçirik ki, ailəmizin bütün dolanışıq xərcləri bu sahənin hesabına formalaşır. Indi mənim qapımda 30 baş mal-qara var. Bunların 20 başdan çoxu sağılandır. Atam Bayram kişinin də 5 baş sağılan inəyi və 30 baş qoyunu var. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
26Avq
Bir necə ildir ki, təsərrüfatımda cins iribuynuz- lu heyvanların sax- lanması ilə məşğul oluram. Artıq bunların sayı 200 başa yaxın-dır. Cins malların saxlanması həm heyvan mənşəli məhsulların istehsalının artırılması baxımından, həm də fermerə verdiyi mənfəətə görə sərfəlidir. Satdığımız südün və ondan hazırlanan məhsulların kefiyyətinə də söz ola bilməz. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
18Avq
2015-ci ilin birinci yarısında rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 min 449,4 min manat təşkil etmişdir. Onun 26 milyon 628,8 min manatı bitkiçilik məhsullarının həcmi, 11 milyon 821,2 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8,4 faiz artmışdır Daha ətraflı »
Teqlər: İqtisadiyyat
15İyl
Hacıqərvənd kəndində iri taxılçılıq təsərrüfatlarından birinin sahibi Elnurə Əliyevadır. Cari ildə təsərrüfatda 50,5 hektarda buğda, 10 hektarda arpa becərilmişdir. Eyni zamanda heyvandarlığı inkişaf etdirmək məqsədilə 23 hektar sahədə yoncalıqlar yerləşir. Daha ətraflı »
Teqlər: Xəbərlər
15İyl
Kənd təsərrüfatının gəlirli sahələrindən biri də şəkər çuğundurunun becərilməsidir. İnsanlar ona görə bu sahəyə çox maraq göstərirlər ki, şəkər çuğundurunun bazarı var. Belə ki, kənd adamları səpindən əvvəl İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayırlar. Məhsul hasilə gələn kimi onu tədarük edib zavoda təhvil verir və pulunu alırlar. Elə bu səbəbdən də rayonda çuğundur əkininin sahələri ilbəil genişləndirilir. Daha ətraflı »
Teqlər: Xəbərlər
15İyl
Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Aqro” sərgisi keçirilmişdir. Bu il “Caspian Aqro” 2015 sərgisində ABŞ, Almaniya, İspaniya, İtaliya, Fransa, Koreya, Niderland Krallığı, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan, ilk dəfə olaraq Şri-Lanka, İordaniya və bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yerli şirkətlər təmsil olunmuşdur.
Ümumilikdə sərgidə dünyanın 35 ölkəsinin 200-dən çox şirkəti müxtəlif kənd təsərrüfatı texnikası-nı, texnologiyaları, avadanlıqları, cins malları və s. nümayiş etdirmişdir.
Rayonumuzdan “Kaspian Aqro” 2015 sərgisində rayon icra haki-miyyəti aparatının baş məsləhət-çisi Natiq Musayev, “Patron” şir- kətinin rəhbəri Elşad Məmmədov, “Tərtər” MMC-nin təsisçisi Fərman Qurbanov və Hüsənli kəndində yerləşən eksperimental cins damazlıq kəndli-fermer təsərrüfatının rəhbəri Məhərrəm Əliyev iştiak etmişlər
Teqlər: Xəbərlər
15İyl
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il Azərbaycan Res-publikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İhaml Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamından
Aqrar sahənin mühüm istiqaməti
Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlər planına əsasən ölkədə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə də bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə tapşırılmışdır ki, cins heyvanların lizinq yolu ilə satışının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlasınlar. Həmçinin iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
Daha ətraflı »
Teqlər: Digər
15İyl
Tərtər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə ümumi məhsul buraxılışının 41,4 faizi kənd təsərrüfatının hesabına formalaşır. Kənd təsərrüfatının prioritet istiqamətlərindən biri də taxılçılıqdır. 2015-ci ildə rayonda ümumi əkin sahələrinin 41 faizini taxıl məhsulları təşkil edir. Daha ətraflı »
10İyl
Qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyevdən müsahibə götürmüşdür. Aşağıda həmin müsahibəni təqdim edirik.
–Məlumdur ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
–Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiy- yatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında xüsusi yüksəliş dövrü başlandı. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar