Biz ta ata-babadan maldarlıqla məşğul oluruq. Bu peşəni indi də həvəslə davam etdiririk. Maldarlığı ona görə seçirik ki, ailəmizin bütün dolanışıq xərcləri bu sahənin hesabına formalaşır. Indi mənim qapımda 30 baş mal-qara var. Bunların 20 başdan çoxu sağılandır. Atam Bayram kişinin də 5 baş sağılan inəyi və 30 baş qoyunu var. Daha ətraflı »
-
26AvqKənd təsərrüfatı Rifah halımız yaxşılaşır üçün şərhlər bağlıdır
Teqlər: İqtisadiyyat
-
26AvqKənd təsərrüfatı Təsərrüfatımızı genişləndirəcəyik üçün şərhlər bağlıdır
Bir necə ildir ki, təsərrüfatımda cins iribuynuz- lu heyvanların sax- lanması ilə məşğul oluram. Artıq bunların sayı 200 başa yaxın-dır. Cins malların saxlanması həm heyvan mənşəli məhsulların istehsalının artırılması baxımından, həm də fermerə verdiyi mənfəətə görə sərfəlidir. Satdığımız südün və ondan hazırlanan məhsulların kefiyyətinə də söz ola bilməz. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
18AvqKənd təsərrüfatı Kənd təsərrüfatı dinamik inkişaf edir üçün şərhlər bağlıdır
2015-ci ilin birinci yarısında rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 min 449,4 min manat təşkil etmişdir. Onun 26 milyon 628,8 min manatı bitkiçilik məhsullarının həcmi, 11 milyon 821,2 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8,4 faiz artmışdır Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
15İylKənd təsərrüfatı Taxılçılıq- il ruzili gəlib üçün şərhlər bağlıdır
Hacıqərvənd kəndində iri taxılçılıq təsərrüfatlarından birinin sahibi Elnurə Əliyevadır. Cari ildə təsərrüfatda 50,5 hektarda buğda, 10 hektarda arpa becərilmişdir. Eyni zamanda heyvandarlığı inkişaf etdirmək məqsədilə 23 hektar sahədə yoncalıqlar yerləşir. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
15İylKənd təsərrüfatı Sahələrdən bol məhsul gözlənilir. üçün şərhlər bağlıdır
Kənd təsərrüfatının gəlirli sahələrindən biri də şəkər çuğundurunun becərilməsidir. İnsanlar ona görə bu sahəyə çox maraq göstərirlər ki, şəkər çuğundurunun bazarı var. Belə ki, kənd adamları səpindən əvvəl İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayırlar. Məhsul hasilə gələn kimi onu tədarük edib zavoda təhvil verir və pulunu alırlar. Elə bu səbəbdən də rayonda çuğundur əkininin sahələri ilbəil genişləndirilir. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
15İylKənd təsərrüfatı 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrufatı sərgisi üçün şərhlər bağlıdır
Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Aqro” sərgisi keçirilmişdir. Bu il “Caspian Aqro” 2015 sərgisində ABŞ, Almaniya, İspaniya, İtaliya, Fransa, Koreya, Niderland Krallığı, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan, ilk dəfə olaraq Şri-Lanka, İordaniya və bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yerli şirkətlər təmsil olunmuşdur.
Ümumilikdə sərgidə dünyanın 35 ölkəsinin 200-dən çox şirkəti müxtəlif kənd təsərrüfatı texnikası-nı, texnologiyaları, avadanlıqları, cins malları və s. nümayiş etdirmişdir.
Rayonumuzdan “Kaspian Aqro” 2015 sərgisində rayon icra haki-miyyəti aparatının baş məsləhət-çisi Natiq Musayev, “Patron” şir- kətinin rəhbəri Elşad Məmmədov, “Tərtər” MMC-nin təsisçisi Fərman Qurbanov və Hüsənli kəndində yerləşən eksperimental cins damazlıq kəndli-fermer təsərrüfatının rəhbəri Məhərrəm Əliyev iştiak etmişlərTeqlər: Xəbərlər
-
15İylKənd təsərrüfatı 2015-ci il ” kənd təsərrüfatı ili”dir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il Azərbaycan Res-publikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İhaml Əliyevin 12 yanvar 2015-ci il tarixli SərəncamındanAqrar sahənin mühüm istiqaməti
Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlər planına əsasən ölkədə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə də bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə tapşırılmışdır ki, cins heyvanların lizinq yolu ilə satışının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlasınlar. Həmçinin iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
Daha ətraflı »Teqlər: Digər
-
15İylKənd təsərrüfatı Taxıl biçini başa çatdı. üçün şərhlər bağlıdır
Tərtər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə ümumi məhsul buraxılışının 41,4 faizi kənd təsərrüfatının hesabına formalaşır. Kənd təsərrüfatının prioritet istiqamətlərindən biri də taxılçılıqdır. 2015-ci ildə rayonda ümumi əkin sahələrinin 41 faizini taxıl məhsulları təşkil edir. Daha ətraflı »
-
10İylKənd təsərrüfatı Dövlətin qayğısına əməli işləri ilə cavab verirlər üçün şərhlər bağlıdır
Qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyevdən müsahibə götürmüşdür. Aşağıda həmin müsahibəni təqdim edirik.
–Məlumdur ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
–Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiy- yatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında xüsusi yüksəliş dövrü başlandı. Daha ətraflı »Teqlər: Digər
-
20İynKənd təsərrüfatı Tingçilik gəlirli sahədir üçün şərhlər bağlıdır
KƏND SAKİNLƏRİNİN ƏSAS MƏŞĞULİYYƏTİ
Rayonumuzun iqtisadiyyatı çoxsahəlidir. Kimi taxıl, pambıq əkir, mal-qara bəsləyir, digərləri isə başqa təsərrüfat işləri ilə məşğul olurlar.
Ələsgərli kənd sakinlərinin məşğuliyyəti isə əsasən tingçilik-calaqçılıqdır. Müstəqillik dövründə torpaq islahatı keçiriləndən sonra sahibkarlar və ailə-fermer təsərrüfatlarının üzvləri nəinki həyətyanı sahələrdə, həm də pay torpaqlarında ting əkib becərməklə məşğul olurlar. Kənd sakinlərindən Vahid Allahverdiyevi, Elxan Kazımovu, Mahir Quliyevi, bəzi digər sakinləri hamı usta calaqçı kimi tanıyır. Bu insanların hər biri hər il pay torpaqlarında 15-20 min ting əkib, calayır və satırlar. Ailələrin qazancı əsasən bu sahədən götürülür. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar