Bu il rayonumuzun təsərrüfat
larında 550 hektar sahədə pambıq becərilib. Bir neçə gündür ki, fermerlər sahələrdə məhsul toplanışına başlayıblar.
Rayon statistika idarəsinin məlumatına əsasən oktyabrın 12-dək qəbul məntəqələrinə 235,9 ton pambıq təhvil verilmişdir.
Qaynaq kəndində 61 ton, Azadqaraqoyunluda 52 ton, Regional Aqrar Elm Mərkəzində 26 ton, Qarağacı və Buruc kəndlərinin hər birində 19 ton məhsul tədarük olunmuşdur.
Pambıq tədarükü davam edir.
“Yeni Tərtər”