Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə dövlət dəstəyi gücləndirilir. Cari ildə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının I respublika müşavirəsində bu sahənin inkişaf etdirilməsi ilə bağlı qarşıya yeni vəzifələr qoyulub. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir”.
Ölkə başçısı tərəfindən ixracın təşviq edilməsi sahəsində ötən il imzalanmış fərman və sərəncamlar rayonumuzda da bir çox sahələrin, o cümlədən bağçılığın inkişafına yeni təkan verib. Daha ətraflı »
-
30MayKənd təsərrüfatı BAĞLARIN BARI GÖZƏL… üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
19MayKənd təsərrüfatı “HEYDƏR ƏLİYEV AQRAR SEKTORUN İNKİŞAFININ MEMARIDIR” üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev aqrar sektorun inkişafının memarıdır” mövzusunda tədbir keçirib. Rayonun aidiyyəti idarə və təşkilat rəhbərlərinin, fermerlərin, sahibkarların iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə və hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələyə qədəm qoyması üçün hazırlanıb həyata keçirilən milli ideologiyadan, inkişaf strategiyasından danışıb. Kənd Təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, həmin idarənin sektor müdiri Bayram Əliyev, baytarlıq idarəsinin müdir əvəzi Elmar Xəlilov, Bölgə Təcrübə Sahəsinin baş aqronomu Firdovsi Hüseynov, bitki mühafizə stansiyanın rəisi Fizuli Əzimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə çalışan insanların əməyinə düzgün və dəyərli qiymətin verilməsi, ölkədə bitkiçiliyin, heyvandarlığın, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı sahələrinin gəlirli sahəyə çevrilməsi üçün həyata keçirdiyi işlərdən danışdılar.
“Yeni Tərtər”
Teqlər: Kənd təsərrüfatı
-
27AprKənd təsərrüfatı ÇİYİD SƏPİNİ DAVAM EDİR üçün şərhlər bağlıdır
2017-ci ilin aprel ayının 8-dən Tərtər rayonunda çiyid səpininə başlanılıb. Emal müəssisələri ilə istehsalçılar arasında 3068 hektar sahədə çiyid əkilməsi ilə bağlı müqavilələr bağlanıb. 3068 hektarda şum aparılıb, arat edilib, mala çəkilib. 24 aprel 2017-ci il tarixə 2721,5 hektar sahədə çiyid səpilib. Səpin uğurla davam etdirilir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Kənd təsərrüfatı
-
27AprKənd təsərrüfatı İLHAM ƏLİYEV: “TOXUMDAN TUTMUŞ HAZIR MƏHSULADƏK AZƏRBAYCANDA İSTEHSAL OLUNMALIDIR” üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəllərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması sahələrində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
Hazırda respublikamızda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi prioritet vəzifələrdən hesab olunur.
Son dövrlərdə ölkə başçısının kənd təsərrüfatında strateji məhsul hesab edilən pambıq əkininin genişləndirilməsi və bu sahənin inkişafı ilə bağlı verdiyi sərəncamlar əməkçilərdə marağın artmasına səbəb olmuşdur. Bu sahənin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, respublikamıza valyuta axınına səbəb olur. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
27AprKənd təsərrüfatı TORPAQDAN HƏYAT BOY ATIR üçün şərhlər bağlıdır
Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Elə buna görə də hələ ötən ilin payızında rayonun təsərrüfatlarında 6874 hektar sahəyə taxıl, 2645 hektar sahəyə arpa səpilmişdir. Bol məhsul götürmək məqsədilə birinci veketasiya suvarması, gübrə verilməsi bütün təsərrüfatlarda keyfiyyətlə həyata keçirilmişdir.
Mal-qaranın yem bazasını möhkəmləndirmək, ət, süd istehsalını artırmaq üçün 368,7 hektara yonca toxumu səpilib. Bu işdə bir sıra təsərrüfatlar xüsusilə fərqlənib. Belə ki, Borsunlu və Hacıqərvənd kəndlərinin hər birində 60, Sarovda 20 hektar sahəyə yonca səpilib. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
12AprKənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır
AQRAR YÜKSƏLİŞ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN ƏSAS ŞƏRTLƏRİNDƏN BİRİDİR
Son illər kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən islahatlar bu sahədə çalışan insanların zəhmətinin səmərəliliyinin artırılmasına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə təkan vermişdir. Tərtər rayonunda da aqrar sektorda işlər günü-gündən inkişaf edir. Nəticədə istehsal olunan məhsullar nəinki rayonda, eləcə də paytaxt bazarlarında həvəslə alınır. Hazırda tərtərli sahibkarlar xarici bazarlara məhsul çıxarmaq üçün yeni layihələr hazırlayır, bu məqsədlə əkin sahələrini genişləndirirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar rayonumuzda uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
12AprKənd təsərrüfatı SU HƏYAT MƏNBƏYİDİR üçün şərhlər bağlıdır
Su həyat mənbəyidir. Kənd təsərrüfatında da, meşə sahələrinin mühafizəsində də su xüsusi əhəmiyyət kəsb edir.
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin qeyri neft sektorunun inkişafı ilə əlaqədar olaraq verdiyi tapşırıqlar biz suvarma sistemləri idarəsinin kollektivinin də məsuliyyət hissini qat-qat artırıb.
Ötən il idarəmiz rayon ərazisində fiziki və hüquqi şəxslərə məxsus 27 min 513 hektar əkin sahələrini suvarma suyu ilə təmin edib. Bunun 13376 hektarı Tərtərçay su mənbəyi altında, 13 min 500 hektarı su-bartezian quyuları altında, 400 hektarı isə Borsunlu və Sarov kəndlərindən keçən İncəçayın altında yerləşir.
İl ərzində hidrotexniki qurğuların saxlanılmasına 5744 manat ayrılmışdır ki, bununla da 25 ədəd qurğu təmir edilmişdir. O cümlədən ayrılmış həmin vəsait hesabına 20 ədəd hidropost və beton kanallar təmir edilmişdir.
İlin yay fəslində mənfur qonşularımızın Sərsəng dəryaçasından suyun qabağını qəsdən kəsmələri işimizə mane olsa da, çalışırıq ki, su itkisinə yol verməyək. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
31MarKənd təsərrüfatı YAZIN GƏLİŞİ TARLA İŞLƏRİNİ SÜRƏTLƏNDİRİB üçün şərhlər bağlıdır
Hər fəslin öz gözəlliyi var. Yaz fəslinin gözəlliyi ondadır ki, bu zaman torpaq oyanır, təbiət cana gəlir. İnsanlar hamılıqla tarlalara çıxıb yaz tarla işlərinə başlayırlar. Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, burada həyat daim qaynayır. İstər həyətyanı, istər pay torpaqları, hamı əkin sahələrində çalışır, bol məhsulun əsasını qoyur.
Hər yanda yazlıqların səpininə başlanıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, qeyri neft sektorunun inkişaf etdirilməsi məsələsi rayonumuzun kənd təsərrüfatında çalışan fermer və ailə fermer təsərrüfatları üzvlərinin məsuliyyət hissini daha da artırmışdır. Taxılçılıq, baramaçılıq, pambıqçılıq, şəkər çuğunduru sahələrinin inkişaf etdirilməsi rayon rəhbərliyinin də xüsusi diqqət mərkəzindədir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
07MarKənd təsərrüfatı 2017-ci İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA MAL-QARA VƏ QUŞLARIN TAM UÇ OTA ALINMASININ YEKUNLARI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2017-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır.
İribuynuzlu mal-qara. 2017-ci il yanvarın 1-i vəziyyətinə rayonda 26 min 777 baş iribuynuzlu mal-qara, o cümlədən 11 min 946 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olararq 0,8 və 0,7 faiz artmışdır.
İribuynuzlu mal-qaranın rekord həddə çatması ilə yanaşı, onların sayı 2003-cü il yanvarın 1-nə nisbətən 7645 baş və ya 40 faiz, 2010-cü ilə nisbətən isə 2534 baş və ya 10,5 faiz çoxalmışdır.
Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son on il ərzində inək və camışların sayı 10 min 249 başdan 11 min 946 başa çatmaqla 16,6 faiz artmışdır. Mövcud iribuynuzlu mal-qaranın 11 min 867 başı və ya 44,6 faizi inək və camışlar, 1266 başı və ya 4,7 faizi düyələrdir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
27FevKənd təsərrüfatı 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA ÜMUMİ MƏHSUL BURAXILIŞI 46,4 FAİZ ARTIB üçün şərhlər bağlıdır
2016-cı ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 181,6 milyon manat olmuşdur. Məhsul və xidmətlərin 72,6 faizi istehsal sahələrinin, 27,4 faizi xidmət sahələrinin payına düşmüşdür. 2016-cı ildə Tərtər rayonunun da daxil olduğu Yuxarı-Qarabağ iqtisadi rayon üzrə ümumi məhsul buraxılışının həcmi 25,7 faiz, Tərtər rayonunda isə 46,4 faiz artmışdır.
2015-ci ildə ümumi məhsulun 49,8 milyon manatlıq və ya 27,5 faizi qədər kənd təsərrüfatı sahəsində, 46,7 milyon manatlıq (25,7 %) ticarət və xidmət sahəsində, 76,6 milyon manatlıq (42,2 %) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 5,5 milyon manatlıq (3%) sənayedə, 2,4 milyon manatlıq (1,3%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0,6 milyon manatlıq (0,3%) informasiya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar