Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Mar

    6D3DD637-E46E-47A1-9339-BD96BAB2F614_w1023_r1_sHər fəslin öz gözəlliyi var. Yaz fəslinin gözəlliyi ondadır ki, bu zaman torpaq oyanır, təbiət cana gəlir. İnsanlar hamılıqla tarlalara çıxıb yaz tarla işlərinə başlayırlar. Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, burada həyat daim qaynayır. İstər həyətyanı, istər pay torpaqları, hamı əkin sahələrində çalışır, bol məhsulun əsasını qoyur.
    Hər yanda yazlıqların səpininə başlanıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, qeyri neft sektorunun inkişaf etdirilməsi məsələsi rayonumuzun kənd təsərrüfatında çalışan fermer və ailə fermer təsərrüfatları üzvlərinin məsuliyyət hissini daha da artırmışdır. Taxılçılıq, baramaçılıq, pambıqçılıq, şəkər çuğunduru sahələrinin inkişaf etdirilməsi rayon rəhbərliyinin də xüsusi diqqət mərkəzindədir.
    Cari ilin məhsulu üçün ötən payız 6873,9 hektar sahədə buğda, 2645 hektar sahədə dənlik arpa bitkisi əkilərək suvarılıb. Hal-hazırda sahələrdə vegetasiya suvarması ilə yanaşı bitkilərə gübrə verilir.
    Xeyli vaxt unudulan sahəyə çevrilmiş pambıqçılıq rayonumuzda yenidən inkişaf etdirilir. Elə buna görə də son iki ildir ki, ayrı-ayrı ərazi dairələrində pambıq əkini sahələri getdikcə artırılır. Bu il 3 min hektara yaxın sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bunun üçün 785 nəfər torpaq mülkiyyətçisi MKT “Qarabağ” MMC və CTS “Aqro” şirkətləri ilə müqavilə bağlayıb. Şumlanmış sahələrdə arat aparılıb.
    Qiymətli məhsul olan şəkər çuğundurunun əkini üçün 518 nəfər istehsalçı İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayıb. Şəkər çuğunduru əkiləcək sahələr də vaxtında gübrələnib, şumlanıb, əkin üçün yararlı hala salınıb. Bu sahədə Azadqaraqoyunlu, Qaynaq, Yuxarı Qapanlı, Bəyimsarov və digər təsərrüfatların fermerləri xüsusilə fərqənmişlər.
    Hazırda rayon üzrə 600 hektardan çox sahəyə şəkər çuğunduru toxumu səpilib.
    Ötən il rayonumuzda fermerlərin əkib becərdikləri pambıq və şəkər çuğunduru sahələrindən nəzərdə tutulduğundan xeyli çox məhsul istehsal olunub.
    İpəkçiliyi inkişaf etdirmək məqsədi ilə Çin Xalq Respublikasından 30 min ədəd çəkil tingi gətirilərək istehsalçılara əvəzsiz olaraq paylanıb. Bu da gələcəkdə baramaçılığın inkişaf etdirilməsi, insanların yaxşı gəlir əldə edib ailə büdcələrinin möhkəmləndirilməsi üçün ən yaxşı vasitədir.

    Bayram Əliyev,
    Tərtər rayon Kənd Təsərrüfatı İdarəsində Bitkiçilik Sektorunun müdiri

    Müəllif: Redaktor, 11:40

    Teqlər:

İsmarıclar bağlıdır.