Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Apr

    58402-su-kanalina-dusen-2-isci-olduSu həyat mənbəyidir. Kənd təsərrüfatında da, meşə sahələrinin mühafizəsində də su xüsusi əhəmiyyət kəsb edir.
    Ölkə Prezidenti möhtərəm İlham Əliyevin qeyri neft sektorunun inkişafı ilə əlaqədar olaraq verdiyi tapşırıqlar biz suvarma sistemləri idarəsinin kollektivinin də məsuliyyət hissini qat-qat artırıb.
    Ötən il idarəmiz rayon ərazisində fiziki və hüquqi şəxslərə məxsus 27 min 513 hektar əkin sahələrini suvarma suyu ilə təmin edib. Bunun 13376 hektarı Tərtərçay su mənbəyi altında, 13 min 500 hektarı su-bartezian quyuları altında, 400 hektarı isə Borsunlu və Sarov kəndlərindən keçən İncəçayın altında yerləşir.
    İl ərzində hidrotexniki qurğuların saxlanılmasına 5744 manat ayrılmışdır ki, bununla da 25 ədəd qurğu təmir edilmişdir. O cümlədən ayrılmış həmin vəsait hesabına 20 ədəd hidropost və beton kanallar təmir edilmişdir.
    İlin yay fəslində mənfur qonşularımızın Sərsəng dəryaçasından suyun qabağını qəsdən kəsmələri işimizə mane olsa da, çalışırıq ki, su itkisinə yol verməyək.
    Su götürdüyümüz kanal və hidropost qurğularını daim saz saxlamalıyıq ki, suvarmaya ciddi ehtiyac yarananda işlərimizdə ləngimələr olmasın.
    Kanallarda təmir-bərpa işlərini vaxtlı-vaxtında görmək üçün idarəmizdə kifayət qədər maşın-mexanizmlər var.
    Yeni il başlayandan kənd əməkçiləri, həmçinin fermerlər, ailə-fermer təsərrüfatlarının üzvləri taxıl, arpa, yonca sahələrinin suvarılmasını mütəşəkkilliklə davam etdirirlər.
    Kollektivimiz çalışır ki, rayonun əkin sahələrinin suvarılmasını təmin etməklə bu sahədə ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirək.

    Rafiq Təhməzov,
    rayon suvarma sistemləri idarəsinin baş mühəndisi

    Müəllif: Redaktor, 10:17

    Teqlər:

İsmarıclar bağlıdır.