Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2017-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır.
    İribuynuzlu mal-qara. 2017-ci il yanvarın 1-i vəziyyətinə rayonda 26 min 777 baş iribuynuzlu mal-qara, o cümlədən 11 min 946 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olararq 0,8 və 0,7 faiz artmışdır.
    İribuynuzlu mal-qaranın rekord həddə çatması ilə yanaşı, onların sayı 2003-cü il yanvarın 1-nə nisbətən 7645 baş və ya 40 faiz, 2010-cü ilə nisbətən isə 2534 baş və ya 10,5 faiz çoxalmışdır.
    Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son on il ərzində inək və camışların sayı 10 min 249 başdan 11 min 946 başa çatmaqla 16,6 faiz artmışdır. Mövcud iribuynuzlu mal-qaranın 11 min 867 başı və ya 44,6 faizi inək və camışlar, 1266 başı və ya 4,7 faizi düyələrdir.
    Mövcud iribuynuzlu mal-qaranın 26 min 585 baş və ya 99,3 faizini inək naxırı, 192 baş və ya 0,7 faizini camış naxırı təşkil edir.
    Qoyun və keçilər. Qoyunçuluq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2017-ci il 1 yanvar vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 71 min 48 baş qoyun və keçi (o cümlədən 69 min 380 baş qoyun, 1668 baş keçi) mövcud olmuşdur.
    Qoyun sürüsünün tərkibində ana qoyunların, 1 yaşda və böyük şişəklərin xüsusi çəkisi 55,1 faiz, keçi sürüsünün tərkibində isə anoloji göstərici 55,7 faiz təşkil etmişdir.
    Quşlar. Uçot məlumatlarına görə, cari ilin yanvarın 1-i vəziyyətinə bütün növdən olan quşların ümumi sayı əvvəlki ilə nisbətən 0,3 faiz və ya 669 baş artaraq 262 min 478 başa çatmışdır.
    Atlar. 2017-ci il yanvarın 1-i vəziyyətinə atların ümumi sayı rayon üzrə 726 baş təşkil etmişdir. Atların ümumi sayının 99,2 faizi və ya 720 başı ailə-kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur.
    Arılar. Arıçılıq sahəsində də ciddi inkişaf müşahidə edilməkdədir. Belə ki, cari il yanvarın əvvəlinə rayonda 2874 arı ailəsi qeydə alınmışdır. Onların sayı 2016-cı ilin yanvarın 1-i ilə müqayisədə 2 faiz artmışdır. Hazırda rayonda 212 təsərrüfat arıçılıqla məşğul olur.
    Mal-qara və quşların mövcudluğuna görə kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli ev təsərrüfatlarının qruplaşması məlumatlarına əsasən cari ilin əvvəlinə onların 46,3 faizində iribuynuzlu mal-qara, o cümlədən 44,3 fai-zində inək və camış, 11,6 faizində qoyun, 2,1 faizində keçi, 76,2 faizində quş saxlanılır. Bir təsərrüfata düşən qaramalın sayı 4,2 baş, o cümlədən inək və camışların sayı 1,9 baş, qoyunların sayı 42,5 baş, keçilərin sayı 5,9 baş, quşların sayı 24,9 baş təşkil etmişdir.
    2017-ci il yanvarın 1-i vəziyyətinə kənd yerlərində iribuynuzlu mal-qarası olan fərdi sahibkar, ailə kəndli ev təsərrüfatlarının 226-da (3,6 faizində) qaramalın sayı 10 başdan, qoyun saxlayan təsərrüfatların 426-da (27 fai-zində) qoyunların sayı 50 başdan, ondan 14-də (3,2 faizində) isə 200 başdan yuxarı olmuşdur.

    TƏRTƏR RAYON
    STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 09:18

    Teqlər:

İsmarıclar bağlıdır.