Bu günlərdə xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etdi. Müstəqilliyimizin ilk illərini yaşlı nəsilin nümayəndələri yaxşı xatırlayırlar. Əslində həmin dövrdə görülən işlər qurucu yox, dağıdıcı bir xarakter daşıyırdı. Bir tərəfdən ermənilərin bizə qarşı apardıqları işğalçılıq siyasəti, əsassız torpaq iddiaları, digər tərəfdən dövləti idarə edənlərin səriştəsizliyi ölkədə anarxiya və özbaşınalıq yaratmışdı.
Bütün bunların müqabilində ölkə vətəndaş müharibəsi astanasında dayanmışdı.
Məhz belə bir çətin məqamda Azərbaycan xalqı müdriklik və uzaqgörənlik göstərərək, dövlətimizin idarə edilməsini öz xilaskarına–ulu öndər Heydər Əliyevə tapşırdı. Təcrübəli dövlət xadimi, görkəmli siyasətçi ilk növbədə ölkədə sabitlik və vətəndaş birliyi yaradılmasına nail oldu. Bundan sonra isə Azərbaycan Respublikasının qarşısında duran məsələlərin həllinə başladı. Daha ətraflı »
-
08NoySosial SÖZLƏ İŞİN VƏHDƏTİ üçün şərhlər bağlıdır
Teqlər: Sosial
-
08NoySosial Redaksiyaya məktub üçün şərhlər bağlıdır
QAYĞIYA GÖRƏ MİNNƏTDARIQ
Bu günlərdə yaşadığımız Vüqar Həsənov küçəsində abadlıq işlərinə başlanması burada yaşayanlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Belə ki, ərazidə olan 5 ikimərtəbəli ictimai yaşayış binasının dam örtükləri dəyişdirilir, fasad hissələri rənglənib qaydaya salınır. Binaların ətrafına asfalt salınır, yaşıllaşdırma işləri görülür.
Yaşlı insanların arzusu nəzərə alınaraq, binaların arasında istirahət guşəsi yaradılır.
Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Mən öz adımdan, bu 5 binada yaşayan bütün sakinlər adından ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.Billurə ƏBİLOVA,
Vüqar HƏSƏNOV küçəsindəki 5 nömrəli binanın sakiniTeqlər: Sosial
-
29OktSosial 2018-ci İLİN 9 AYINDA TƏRTƏR RAYONUNDA 3240 YENİ İŞ YERİ AÇILIB üçün şərhlər bağlıdır
Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 oktyabr 2018-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 27 min 898 olmaqla 10 min 150 daimi iş yerləri yaradılmışdır. 2018-cı ilin 9 ayı ərzində isə rayonda 3240 yeni, o cümlədən 363 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda olmuşdur. 2018-cı ilin 9 ayı ərzində açılmış daimi iş yerlərinin 12,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 24,3 faizi mövcud müəssisə və təşkilatlarda, 63,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Daha ətraflı »
Teqlər: Sosial
-
19OktSosial TİKİNTİ-QURUCULUQ VƏ ABADLIQ İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır

2018-ci ildə də Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələri və giriş blokları əsaslı təmir olunmuş, bina həyətlərinə 48 min kv.m asfalt örtüyü qoyulmuşdur.
Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov, Mehdi Hüseynzadə və Ədalət Paşayev küçələrində abadlıq və yenidənqurma işləri aparılmışdır. Daha ətraflı »Teqlər: Sosial
-
20AvqSosial TƏRTƏRDƏ XALÇA İSTEHSALI MÜƏSSİSƏSİ TİKİLİR üçün şərhlər bağlıdır
Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və füsunkar bir məkana çevrilir. Yeni istehsal sahələri yaranır, obyektlər tikilir, yollar, küçələr asfaltlanır, yaşıllıqlar salınır. Tərtər son illərdə xeyli genişlənmiş, yeni yaşayış evləri və ictimai binalar inşa olunmuş, çoxmənzilli binalar təmir olunaraq müasir tələbləri uyğun hala salınmışdır.
Məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş 1170 ailəlik yeni qəsəbə Tərtərdə ayrıca bir şəhər təsirini bağışlayır.
Bütün bunlarla yanaşı rayonumuzda əhalinin məşğulluğu üçün müxtəlif tədbirlər görülür.
Nizami küçəsində yeni xalça istehsalı müəssisənin tikintisi davam etdirilir. Daha ətraflı »Teqlər: Sosial
-
10AvqSosial ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ NÖVBƏTİ DƏFƏ MƏNZİLƏR VƏ MİNİK AVTOMOBİLLƏRİ VERİLİB üçün şərhlər bağlıdır

Azərbaycan Prezidenti İlham Əliyev müharibə əlillərinə və şəhid ailələrinə 35 mənzilin, 136 avtomobilin açarlarını təqdim etdi.
Mərasimdə birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdi.
* * *
Tərtər rayonunda da bu qəbildən olan insanlara daim böyük diqqət və qayğı göstərilir. Son 5 il-də rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bir 6 mərtəbəli, 54 mənzilli yaşayış binası və 14 ədəd isə fərdi ev tikilib onların istifadəsinə verilmişdir.Teqlər: Sosial
-
10AvqSosial TƏRTƏR RAYONUNDA XALÇA İSTEHSALI EMALAT-XANASININ TİKİNTİSİ,TƏCHİZATI VƏ İNFRASTRUKTURUNUN YARADILMASI İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2018-ci il.Teqlər: Sosial
-
10AvqSosial TƏRTƏR RAYONUNDA 2108 YENİ İŞ YERLƏRİ AÇILMIŞDIR üçün şərhlər bağlıdır
2018-ci ilin birinci yarısı ərzində Tərtər rayonda 2108 yeni iş yerləri açılmışdır ki, onun 211 daimi iş yerləridir. Daimi iş yerlərinin 29-u və ya 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28-i və ya 13,3 faizi mövcud müəssisə və təşkilatlarda, 154-ü və ya 73 faizi fiziki şəxslər tərəfindən yaradılmışdır. Bundan başqa 2018-ci ilin 6 ayı ərzində 1897 mövsümi iş yerləri açılmışdır.
2013-2017-ci illərdə və 2018-ci ilin 6 ayı ərzində rayonda 14155 yeni iş yerləri açılmışdır ki, onun da 4804-ü daimi iş yerləridir.
Tərtər Rayon
Statistika İdarəsiTeqlər: Sosial
-
10AvqSosial YENİ QANUNLARIMIZ üçün şərhlər bağlıdır
İŞSİZLİKDƏN SIĞORTAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “İşsizlikdən sığorta haqqında” Qanun 1 yanvar 2018-ci il tarixdən qüvvədədir.
Bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qanun 26 maddədən ibarətdir. Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin, yaxud ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Lakin siyasi vəzifə tutan şəxslərə şamil edilmir.
Daha ətraflı »Teqlər: Sosial
-
20İylSosial Şəhərimizin gözəlliyi aktual məsələdir üçün şərhlər bağlıdır
YENİLƏŞƏN TƏRTƏRİMİZLƏ ÜZ-ÜZƏ, GÖZ-GÖZƏYƏM

Bu gün doğma şəhərim, hər daşı-divarı bir tarix danışan, qoynundakı sakinlərinə sədaqətlə qucaq açan, yaşı qədər sirli-sehirli, möcüzəli bir dünyası olan müstəqil məmləkətin gözəl guşələrindən biri–qürur yerimiz Tərtərimizlə üz-üzə, göz-gözəyəm. Gözlərim önündə fərqli, gündən-günə dəyişən, yeniləşən, abadlaşan, gözəlliyindən heyrətləndiyim bir şəhər canlanır. Gündüzləri cənnəti, gecələri ulduzlu göyün möcüzəli bir parçasını xatırladır. Sayrışan işıqlar ulduzlarla bəhcə girərək qaranlığın bağrını yarır, hər yanı nura qərq edir. Bu gözəlliklərdən göz doymur.
Etiraf etməliyik ki, Tərtərin hərtərəfli inkişafı gözlərimiz önündə davam edir. Şəhərin girəcəyindəki əzəmətli Bayraq meydanı gözəlliyin ən böyük nümunəsidir. Şəhərlə kəndləri birləşdirən geniş asfalt yollar, hər iki tərəfdən sıralanmış ağaclar, bəzək kolları, gül-çiçəklər rayonumuza xüsusi yaraşıq verir. Daha ətraflı »Teqlər: Sosial


Yeni ismarıclar