Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Okt
    Tərtər RİH-də İCRA BAŞÇISININ NÖVBƏTİ QƏBULU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunublar.
    İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Okt
    Tərtər RİH-də Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                        ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ

    44 günlük Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş Tərtərlilərin xatirəsi həmişə böyük ehtiramla yad edilir, onların ad günlərində, şəhid olduqları günlərdə və il mərasimlərində ruhları hörmətlə anılır. Həmçinin ermənilərin atdıqları mərmilər və raketlər nəticəsində həlak olmuş mülki şəhidlərimiz də diqqətdən kənarda qalmır. Bu günlərdə Vətən müharibəsi şəhidləri Məmmədov Taleh Arif oğlunun, Şahbazov Ruslan Mahir oğlunun, Hacıyev Rüstəm Firqani oğlunun, Aslanlı Orxan Şahmar oğlunun, Bağırlı Mİrsədi Mircəfər oğlunun, Babazadə Mirşəmsi Elşad oğlunun, Həsənli Zəlimxan Rafiq oğlunun, Hüseynov Aslan Malik oğlunun, Məmmədov Elman Bəhmən oğlunun, Rəhimli Bəxtiyar Nəsimi oğlunun, Hacızadə Ceyhun İfrayıl oğlunun, Şirinli Nurlan Qədir oğlunun, Verdiyev İsax Ədalət oğlunun, Abbaslı Elnur Yaşar oğlunun, Ağayev İntiqam Hüseyn oğlunun, mülki şəhidlər Mehdiyeva Ayna Məhəmmədəli qızının, İbrahimov Şahin Mahmud oğlunun, Əliyev Müzəffər Əli oğlunun, Həsənov Zabil Daha ətraflı »

  • 20Okt
    Tərtər RİH-də MEDALLARIN TƏQDİMATI üçün şərhlər bağlıdır

    Tərtər Rayon Dövlət Rəmzləri Muzeyində Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
    Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirib. Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 11 tərtərli şəhidin medalları ailə üzvlərinə, 18 nəfər müharibə iştirakçısının isə medalları özlərinə təqdim olundu.
    Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

     

  • 08Okt
    Tərtər RİH-də VƏTƏNDAŞLAR NÖVBƏTİ DƏFƏ QƏBUL OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunub.
    Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər Sahib Alıyev tərəfindən nəzarətə götürülüb.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

     

  • 08Okt
    Tərtər RİH-də GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
    İştirakçılara (yerli icmaları təmsil edən əlilliyi olan şəxslər, digər icma üzvləri, yerli məşğulluq xidməti nümayəndələri və b.) əlilliklə bağlı beynəlxalq və yerli qanunvericilik, əlilliyin tibbi və sosial modeli, əlilliyi olan şəxslər üçün müstəqil həyat fəlsəfəsi, onların hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər və digər aidiyyatı mövzular üzrə müfəssəl məlumatlar verilir.
    2019-2021-ci illəri əhatə edən layihənin icrasından ümumilikdə 3000-dək benefisiarın (əlilliyi olan şəxsin) qazanc və ictimai yerlərə çıxış imkanlarının birbaşa və dolayı şəkildə dəstəklənməsi gözlənilir.

     

  • 20Sen
    Tərtər RİH-də İCRA BAŞÇISININ QƏBULU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə uyğun olaraq vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunub, icra hakimiyyətinin səla-hiyyətləri çərçivəsində olan bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin ləngidilməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən mühari-bəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri, suvarma, işlə təminat, yeni tikilmiş evlərin işıq, su, qaz ilə təmin edilməsi ilə bağlı müraciətlər olunub.
    İcra başçısı vətəndaşlara onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödəniləcəyini bildirib.
    Rayon sakinləri görülən işlərə görə öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Sen
    Tərtər RİH-də MEDAL SAHİBİNƏ ÇATDIRILDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Qaraağacı kənd sakini, Vətən müharibəsi iştirakçısı Abdullayev İsmət Həmid oğlu Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
    Bu münasibət ilə İsmət Abdullayev rayon icra hakimiyyətinə dəvət olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəis müavini Ramil Qarayev və İctimai Nəzarət Koalisiyasının Tərtər rayon şöbəsinin sədri Nəcmiyyə Zeynalzadə ilə birlikdə Vətən müharibəsi iştirakçısını qəbul edib.
    Rayon rəhbəri İsmət Abdullayevi Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medallı ilə təltif edilməsi münasibəti ilə təbrik edərək medalı sahibinə təqdim edib.

     

  • 20Sen
    Tərtər RİH-də ORDEN VƏ MEDALLARIN TƏQDİMETMƏ MƏRASİMİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hü-quq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, Daha ətraflı »

  • 20Sen
    Tərtər RİH-də YÜKSƏK BAL TOPLAYAN GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər rayonundan qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə Heydər Əliyev adına parkda görüş keçirilib.
    Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Sahib Alıyev, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, rayonun təhsil işçiləri və qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.
    Əvvəlcə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb. Daha ətraflı »

  • 10Sen
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarına uyğun olaraq vətəndaşları növbəti dəfə qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işləri, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciətlər ediblər.
    Şəxsi əmlaklara dəymiş ziyanla bağlı müraciət edən vətəndaşlarla təmir şirkətləri arasında olan anlaşılmazlıqlara qəbula dəvət edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin əməkdaşı Vasif Quluyev tərəfindən aydınlıq gətirilib. Daha ətraflı »