Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarına uyğun olaraq vətəndaşları növbəti dəfə qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işləri, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciətlər ediblər.
Şəxsi əmlaklara dəymiş ziyanla bağlı müraciət edən vətəndaşlarla təmir şirkətləri arasında olan anlaşılmazlıqlara qəbula dəvət edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin əməkdaşı Vasif Quluyev tərəfindən aydınlıq gətirilib.
Rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
-
10Sen
Müəllif: Redaktor, 10:24