Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunub.
Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər Sahib Alıyev tərəfindən nəzarətə götürülüb.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.