…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
2017-Cİ İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN HESABAT MƏRUZƏSİ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyindən, tarixə çevrilmiş 2017-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qalmış, tariximizə sürətli və uğurlu inkişaf ili kimi düşmüşdür.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, respublikamız son bir il ərzində rəqabətədavamlılıq qabiliyyətinə görə dünya sıralanmasında daha iki pillə irəliləyərək, 138 ölkə arasında 35-ci yerdə qərarlaşmış, MDB ölkələri arasında liderlik mövqeyini qoruyub saxlamışdır. Daha ətraflı »




Rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatdırılmışdır. Bundan başqa Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərdə fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Şıxarx kəndi ərazisində “Marağa-150” tarixi abidə – kompleksinin ətrafında abadlıq işləri başa çatdırılmışdır.
Sevindirici haldır ki, rayon üzrə 2017-ci ildə pambıqçılıqdan 5,5 milyon manat, şəkər çuğundurundan 4,5 milyon manat, günəbaxandan 3 milyon manat gəlir əldə olunmuşdur. Bu da əhalinin rifah halının yüksəlməsinə təkan vermişdir.
Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 23 min 106 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 441 min 396 manat məbləğində kommunal xidmət göstərilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonumuzda yüksək səviyyədə əməl olunmuşdur. 2017-ci ilin fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin 57 min 845 nəfəri tibbi müayinədən keçirilmiş, onlardan 3658 nəfəri ambulator, 47 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
İl ərzində “Yeni Tərtər” qəzetinin elektron saytı da fəaliyyət göstərmişdir. Saytın məlumatına görə, hazırda qəzet 20 xarici ölkədə oxunur və izlənir. Xarici ölkələrdə onun minlərlə oxucusu vardır. İl ərzində “Yeni Tərtər” qəzeti öz fəaliyyətini zamanın tələbi səviyyəsində qurmağa çalışmış və əksərən buna nail olmuşdur. Qəzetin baş redaktoru Tofiq Yusif və foto müxbiri Kənan Hüseynzadənin xidmətləri nəzərə alınaraq “Vətən naminə” medalı ilə təltif olunmuşlar. Baş redaktorun müavini Svetlana Bağırova Azərbaycan Mətbunat Şurasının Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqədə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun respublika üzrə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş, təşəkkürnamə və pul mükafatları almışdır. 
Rayon icra hakimiyyəti başçısının 7 dekabr 2017-ci il tarixli, 198 nömrəli əmri ilə 2018-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilmişdir. Cədvəl Tərtər Rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər. 
Bu münasibətlə Heydər Əliyevin adını daşıyan şəhərin Mərkəzi meydanında izdihamlı bayram tədbiri keçirildi. Yeni ilin atributu olan uca şam ağacının ətrafına tərtərlilərlə birlikdə rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkünlər, torpaqlarımızın keşiyini çəkən igid əsgərlərimiz toplaşmışdılar. Üzlərdə sevinc, razılıq, şadlıq ifadəsi vardı. Axı, yola saldığımız 2017-ci il çox əlamətdar hadisələrlə yadda qaldı, rayonumuzun tarixinə unudulmaz səhifələr yazdı. 
Tərtərlilər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad etdilər. Minlərlə rayon sakini Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etdi.
Yeni ismarıclar