Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

    DSC_9432 (Копировать)02Bu münasibətlə Heydər Əliyevin adını daşıyan şəhərin Mərkəzi meydanında izdihamlı bayram tədbiri keçirildi. Yeni ilin atributu olan uca şam ağacının ətrafına tərtərlilərlə birlikdə rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkünlər, torpaqlarımızın keşiyini çəkən igid əsgərlərimiz toplaşmışdılar. Üzlərdə sevinc, razılıq, şadlıq ifadəsi vardı. Axı, yola saldığımız 2017-ci il çox əlamətdar hadisələrlə yadda qaldı, rayonumuzun tarixinə unudulmaz səhifələr yazdı.0103Şən mahnılar, rəqslər bir-birini əvəz etdi. Meydana Şaxta Baba və Qar Qız daxil olub, bayram iştirakçılarını salamladılar .
    Bundan sonra tədbir iştirakçılarını Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı, Yeni il ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək ordeni”nə layiq görülən Müstəqim Məmmədov təbrik etdi. O dedi:
    – Ötən ilin dekabr ayında biz bu meydanda dövlətimizin başçısı İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı qarşılamışdıq. Bu ilin noyabr ayında möhtərəm Prezidentimiz İlham 0605Əliyev yenə də rayonumuza səfər edərək, bir sıra mühüm obyektlərin açılışında iştirak etdi. O, tərtərlilərin müxtəlif sahələrdə qazandığı uğurları yüksək qiymətləndirdi.
    Rayon rəhbəri bildirdi ki, onun Vətənin yüksək mükafatı – 2-ci dərəcəli “Əmək ordeni” ilə təltif edilməsi də məhz Tərtərə və tərtərlilərə göstərilən yüksək qiymətin bariz nümunəsidir.
    Müxtəlif nemətlərlə bəzədilmiş masaların arxasında əyləşən qabaqcıl əmək adamlarının hər birinin öyünməyə haqqı vardı. Çünki ötən il məhz Tərtər pambıqçıları hektarın məhsuldarlığına görə respublikada birinci yerə çıxmış və 0407onların təcrübəsinin yayılması Prezident İlham Əliyev tərəfindən tövsiyə olunmuşdur. Digər sahələrdə – şəkər çuğunduru, barama istehsalı, heyvandarlıq, bağçılıq sahəsində də yüksək nailiyyətlər əldə olunmuşdu.
    Tərtər şəhəri daha da abadlaşmış və gözəlləşmişdi. Burada 1170 məcburi köçkün ailəsi üçün qəsəbə, Tarix-Diyarşünaslıq Muzeyi, respublika əhəmiyyətli Goranboy –Tərtər yolu istifadəyə verilmişdir.
    Tərtərlilərin əmək meydanında qazandıqları uğurları saymaqla qurtaran deyil. Bütün bunlara görə Tərtər Rayon İcra 08Hakimiyyəti və YAP Tərtər Rayon Təşkilatı qabaqcılların böyük bir qrupunu Fəxri Fərmanlarla təltif etdi, onlara hədiyyələr bağışlandı. Ən unudulmaz dəqiqələri isə Şaxta Baba və Qar Qızdan hədiyyə alan balacalar yaşadılar.
    Masaların üzərindəki tortlar arasında birinci yerə layiq görülən, üzərində Tərtərin Bayraq Meydanı əks olunan tort isə əsgərlərimizin Yeni il hədiyyəsi oldu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:23

    Teqlər:

İsmarıclar bağlıdır.