11İyl
Mənim hər dərdimə şərik olursan,
Ömrümə xoş arzu, diləksən, ata!
Çox şükür, nə yaxşı yanımda varsan!
Sən mənə arxasan, dirəksən, ata.
İstəsən, canımı sənə verərəm,
Daim gözlərində qayğı görərəm.
Yanımda olmasan mən nə edərəm?
Sən mənə hər zaman köməksən, ata!
Məni candan sevən qardaşım olsa,
Nə qədər yoldaşım, sirdaşım olsa,
Lap qocalsam belə, yüz yaşım olsa,
Yenə də sən mənə gərəksən, ata.
Zərifə ƏSGƏRZADƏ,
Tərtər şəhər 1 saylı tam orta məktəbin üçüncü sinif şagirdi
Teqlər: Ədəbiyyat
08May

Tərtər Rayon Gənclər Mərkəzində “Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini, “Qızıl Qələm” mükafatı laureatı Svetlana Bağırovanın əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Ömrün mətbuatda keçən 50 ili” adlı tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə birgə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin Qarabağ Bürosunun sədri Ziyəddin Sultanov, “Yeni Tərtər” qəzetinin kollektivi, jurnalistin keçmiş iş yoldaşları və ailə üzvləri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Digər, Ədəbiyyat
09Fev
NƏ İŞİM VARDI
Atam istəmişdi. Anam gətirdi,
Mənim bu dünyada nə işim vardı?
Ömrüm varaqlarda sətir-sətirdi,
Mənim bu dünyada nə işim vardı?
Kimisə tamladı – yarı göndərdi,
Bir ballı çiçəyə arı göndərdi.
Gəlməyim yox idi, Tanrı göndərdi,
Mənim bu dünyada nə işim vardı?
Tapdı qılığımın çəmin kimisi,
Heyranım kimisi, qənim kimisi.
Burda arta bilməz mənim kimisi,
Mənim bu dünyada nə işim vardı?
Varmı bir bəxtəvər özünnən əmin?
Qoy durum başına dolanım həmin.
Yavanlıq olmadı dişimə mənim,
Mənim bu dünyada nə işim vardı? Daha ətraflı »
Teqlər: Ədəbiyyat
31Yan
CAVİD ÖMRÜ
Cavid ömrü. Tufanlara sinə gərib, şaxtalarda donan ömür. Qürbət eldə qürub edən, qərib kimi bitən ömür. Vətən adlı, xalq adlı bir sevdaya tutuşan, atəş ilə qovrulan, həsrət ilə yanan ömür.
Xəyal!… Əvət. Yaşatan yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
(H. Cavid)
Bəli, Cavid ömrü də azad bir ölkənin, əsarətin pəncəsində əzilməyən bir xalqın xəyalı ilə yaşadı. Lakin onu yaşadan bu arzu, bu xəyal onun ölüm fərmanına çevrildi. Bir şair və yazıçı kimi rəğbət qazanan, dövrünün qabaqcıl ziyalılarından olan, əsərlərində gözəlliyi, sevgini, azad ruhu vəsf edən, qaranlığa işıq tutan Hüseyn Cavid nədənsə sovet hökumətinin gözünə batmağa başladı. Hələ sağlığında yaradıcılıq gecələri təşkil olunan, dəyər verilib sağalması üçün Almaniyaya göndərilən şair birdən-birə düşmən qüvvəyə çevrildi. Təqiblərə məruz qaldı. Nəhayət, varlığından xofa düşənlər fətvasını verdi. İmperiyanın quzğun caynaqları Cavidi vətənin bağrından sökərək onun od nəfəsini, azad ruhunu dondurmaq üçün Sibirin şaxtasına təslim etdi. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
31Yan
BİR OCAĞIN ŞÖLƏLƏRİ
Şairliyi Tanrı hər kəsə qismət eləmir və bu, həyatda qazanılan vərdişlərdən deyil. Şair gərək anadangəlmə şair olsun. Yəni Allahın bəxş etdiyi fitri istedad ana bətnində ikən lütf olunmalıdır, süddən və qandan qaynaqlanmalıdır, yoxsa sonradan şair olmaq mümkün deyil, istəyirsən on universitet bitir, məhşur alim ol, akademik ol. Şairlik sənə fitrən verilməyibsə, özünü yorub biabır eləmə, çıx get bacardığın işlə məşğul ol.
Bir isti ocağın bir şair oğlu ilə tanışam. Onunla bir yerdə olanda rahatlıq tapıram, yazdığı şeirləri dinlədikcə poeziyaya ac qalan mənəvi dunyam doyur, qəribə duyğular çulğalayır məni, hisslərimə sığal çəkilir.
Yurdumuzun bu şair oğlu hazırda Tərtər rayonunun İrəvanlı kəndində yaşayan əslən Qərbi Azərbaycandan olan Talıb Məmmədlidir (Həsənoğlu). Mənəviyyatı o qədər zəngindir ki, belə “var-dövlət” dünyanın ən varlı adamlarında ola bilməz. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Yan
“ÖMRÜN MƏTBUATDA KEÇƏN 50 İLİ”

İllərin qovuşuğunda “Yeni Tərtər” qəzeti redaksiyasında maraqlı bir tədbir keçirildi. Bu tədbir məzmun etibarı ilə əvvəlkilərdən bir qədər fərqlənirdi. Buraya kollektivə doğma olan insanlar dəvət olunmuşdular.
“Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini Svetlana Bağırovanın çapdan çıxmış “Ömrün mətbuatda keçən 50 ili” kitabının təqdimatı keçirildi. Kitabda olduğu kimi, tədbirdə də ön sözü həm “Yeni Tərtər” qəzetinin, həm də kitabın redaktoru, şair–publisist Tofiq Yusif söylədi. O, Svetlananın ilk tərtərli qadın jurnalist kimi fəaliyyətindən, ailədəki və cəmiyyətdəki rolundan, istedadlı qələm sahibi olduğundan ətraflı söhbət açdı. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Yan
PAYIZ YARPAĞI
Bu gün sən budaqdan ayrılıb ehmalca yerə düşdün. Ətrafına baxıb özün kimi saralmış yarpaqları gördün və dərin fikrə getdin.
Gözəl bahar günündə siz hamınız bar ağaclarının budaqlarında dünyaya gəlmişdiniz. Əsən bahar mehi sizə sakitcə laylay çalırdı, yaz yağışlarında islanıb daha da gözəlləşirdiniz. Sizi görənlər bu mənzərəyə heyranlıqla tamaşa edirdilər, Sizdən sonra budaqlarda dünyaya gələn çiçəklər aranızda gizlənərək ətirli meyvələrə çevrilirdilər. Bu meyvələri dərən insanlar hərdən sizi incidirdilər. Bəziləriniz hətta qırılan budaqlarla kənara atılırdınız. Amma sən yaşamısan, gözəlliklər içində yaşamısan, həyatından zövq almısan, payız yarpağı.
İndi rəngin dəyişsə də, yenə göz oxşayırsan. Fərq bircə ondadır ki, daha heç kimə, heç nəyə gərək deyilsən. Bir zaman səndən həyat eşqi alan insanlar indi ömrün payızını xatırlamamaq üçün yanından tələsik ötüb keçirlər. Sanki siz heç olmamısınız. Amma, bu, mümkündürmü?
Svetlana BAĞIROVA
Teqlər: Ədəbiyyat
10Yan
Payız
Köçüb getdi el-obası,
O dağlar marala qaldı.
Meşələrin rəngi soldu,
Çəmənlər sarala qaldı.
***
Xəzəllər–payızın şeiri,
Qonaq duman döndü geri.
Çobanların ocaq yeri
Qarala-qarala qaldı.
***
Başlandı göylərin toyu,
Kiridi bulağın suyu.
Qısaldı günlərin boyu–
Darala-darala qaldı. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
20Dek
Şeyx Sədi Şirazi farsdilli ədəbiyyata çox ciddi yeniliklər gətirmiş, müəyyən baxımdan inqilab etmiş nəhəng sənətkardır.
Firdovsi, Xəyyam, Hafiz, Nizami, Fizuli kimi Şeyx Sədi Şirazi də dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutan cahanşümul və görkəmli şairlərdəndir. İran mədəniyyətinin dünya ədəbiyyatına vermiş olduğu bu qüdrətli söz ustasının ölməz əsərləri yüz illərdir əhəmiyyət və təsirini itirməyərək, oxuyucalarına faydalı nəsihətlər verir, bəşəri düşüncələr, nəcib duyğular aşılayır.
Sədinin sözlərinin əksəriyyəti sevinc gətirən və məftun edəndir. Odur ki, gözü götürməyənlər öz tənəli dillərini işə salıb deyirlər ki, nahaq yerə beyni yormaq və faydasız olaraq çıraq tüstüsünü udmaq ağıllı adamların işi deyil. Lakin arif adamlara aydındır ki, şəfaverici nəsihət inciləri zərif ibarə sapına düzülmüş və acı məsləhət dərmanları şirin zarafat balına qarışdırılmışdır ki, insanın yorğunluğa mail olan təbiəti bu sərvəti qəbul etməkdən məhrum qalmasın. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar