| Yaman yada saldı bu gecə səni…
Qəlbimi çəkdiyim həsrət üşüdür Köksüm isitdikcə şəkillərini. Yoxluğun yandıran olmazdı bu cür, Yaman yada saldı bu gecə səni!
Səni xəyalımda tutub gedirəm, Özgə kimim var ki, pənah gətirəm? Qorxuram, özümü elə itirəm; Boynuna sarmanam görüncə səni.
İstəklər kor edib, ümid qırmışam, Şəkil var bozarır, daha yormuşam! Evin bir küncündə evcik qurmuşam, Tapantək çəkəcəm bu küncə səni.
Yuxuda lal-dinməz keçdin yanımdan, Həyatda dözməzdim havalanmadan. İnan ki, canını dırnaqlarımnan Didərəm, yanımdan gedincə sənin.
Məhəbbət seliymiş, nə cür biləydim? Apardı, daşlardan-daşlara dəydim Hərdən düşünürəm: “Bəlkə öləydim, Bu cür heyran olub sevincə səni?…”
|
Ətrimi ətrindən, saçınmı bu cür?
Yaman yada saldı bu gecəm səni. Baxma ki, sevgidən gözüm su içmir, Ölüncə yolunu güdəcəm sənin…
Gözəl… Quşlar boylanmaqda yuvalarından, Aləmə nəğməli payları gözəl. Əfəl gileylənər havalarından, Yurdumun günləri, ayları gözəl.
Çölləri oyadar çağlayan seli, Nəğmələr oxudar çiçəyi, gülü. Şimşəyi, yağmuru, çiskini, yeli, Büllur çeşmələri, çayları gözəl.
Qara daşından da bal çəkər arı, Xarlayıb qurd salar dağların qarı. Nəvələr sayanda ağsaqqalları- Titrək barmaqlarda sayları gözəl.
|
Hansı səsli çatar telli sazına,
Tarın, kamançanın xoş avazına? Göz qoy oğlanına, boylan qızına, Mübarək soyları, boyları gözəl!
Heyranam millətim yaşadan dilə, Var olsun xalqımı oxşadan gülə! Yallısız olanı görmədim hələ, Elin nişanları, toyları gözəl.
Arzusu çin olsun sevənlərinin, Ömrü gülşən olsun qızın, gəlinin. Ellərin boy atan körpələrinin Səsləri-küyləri, hayları gözəl.
Yaşın çoxaldıqca fəsilbəfəsil, Tanı, düşməninlə, dostlarını bil. Payızı qayğıkeş, yazı şirindil, Vətənin qışları, yayları gözəl… |



Cahanşümül və qüdrətli dövlət başçıları tariximizdə silinməz izlər qoyublar. Bunlardan biri də Şah İsmayıl Xətai olub.
Bu gül Tərtər rayonunun Dəmirçilər kəndində yaşayan, uzun illərdən bəri məclislərimizdə əhvalımıza şirinlik qatan tanınmış müğənni İnqilab Əsgərovun ömür bağında açılmışdı–Elməddin gülü…
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Nəsiminin poeziyası çox qiymətli mövqeyə malikdir. O, anadilli ədəbiyyatı zənginləşdirmiş və ədəbi məktəb yaratmışdır. Nəsimi Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir.
Azərbaycan şeir mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Seyid İmadəddin Nəsimi XIV əsrin axırlarında və XV əsrin əvvəllərində yaşayıb yaratmışdır. Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələnin başlanğıcıdır. Nəsimi Yaxın Şərq və xüsusən Azərbaycan ictimai fikri tarixində vaxtına görə tərəqqipərvər mahiyyətdə olan panteizm ideyalarına əsaslanaraq, öz əsərlərində islam dininin dar, məhdud qanun-qaydaları xaricinə çıxmağa can atmış, zülmə, ədalətsizliyə qarşı çıxmış, insanpərvərliyi, əxlaqi-mənəvi təmizliyi təbliğ etmişdir.
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Tərtər” qəzeti redaksiyasında “Əqidə heykəli” mövzusunda tədbir keçirildi.
“Kitabi-Dədə Qorqud” dastanı milli-mənəvi dəyərimizdir. Çünki Azərbaycan xalqının bütün xüsusiyyətləri burada açıq şəkildə göstərilib: yurd sevgisi, ana məhəbbəti, igidlik, böyüklərə hörmət və s. millətimizə xas olan xüsusiyyətlərdir. Bu dastan gənc nəsli vətənpərvərlik və mərdlik duyğularını gücləndirmək, onları xalqımızın igid oğullarının qəhrəmanlıq yolunu, xeyirxahlığını və adət-ənənələrini daha ətraflı öyrənməyə səsləyir. Dastanda təsvir olunan hadisələr Şərur, Dər-bənd, Gəncə, Bərdə, Göyçə və başqa Azərbaycan torpaqlarında baş verir.
“Ayrılır” qəzəli…
Şair-publisist Tofiq Yusif 8 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatıdır.

Hər bir azərbaycanlı öz doğma dilinin zənginliyini və saflığını qorumalıdır.
Yeni ismarıclar