| Dünyama dünya
Bir dünyam varydı–könül dünyası, Əcəb ad vermişdim dünyama–Dünya. Saldı öz gününə, viranə qoydu, Yaman əl gəzdirdi dünyama dünya.
Sənnən güclüydümü bir para qansız? Kim dedi qan ağla, kim dedi qan sız? Görəndə şad-xürrəm, görəndə qansız, Həsədmi apardın dünyama, dünya?!
Dağıtdın , bələndi ömür-gün aha, Talıb sahib idi hansı günaha? İndi ha boylanım ötən günə, ha, Bir də abad olmaz dünyam, a dünya.
Dəyən dəydimi Dağlar, o ləzətlər, yaylaq, o dəmlər Sıx alaçığında, dəyəndəydimi? Dərədə baldırğan baş qaldıranda, Döşdə dağ moruğu dəyəndəydimi?!
Gəldi bədnəzərin yaman gözünə, Xəyanət də qatdı yaman gözünə. İti bir ox kimi yaman gözünə Alaçığın dəydi, dəyən dəydimi?
Oldum o çağlar ki, qonaq mən sizə Doğmatək sarmaşan məndim, mən sizə. Mən sizsizə döndüm, siz də mənsizə, Talıbtək sizə də dəyən dəydimi?! |
Düzgünə Talıb
Dövran avamlığa dönüşdü hələ, Nadana nizam nə, düzgü nə, Talıb? Deyinmə, dərd verən verib çəkməyə, Böl aya, həftəyə, düz günə, Talıb.
Dərdə libas deyib ulu köhnələr, Mərdanə geyin ki, sən də köhnəl ər. Qüssədən nəm çəksə solar, köhnələr, Sər təmiz havaya, düz günə, Talıb.
Nə qəza ötüşməz, nə qədər hələ, Nə qədər “bəlkə” var, nə qədər “hələ”. Hədəf olacaqsan nə qədər hələ, Bəşər əyri deyir düzgünə Talıb.
Yetişdirməz çəmən sözü, düz sözü, Qəlbinnən dər bişmiş sözü, düz sözü. İnci kimi, sədəf kimi düz sözü, Qanan qiymət verər düzgünə Talıb.
Acı var Təzadlıdı bu həyatda nə varsa, Həm şirin var, həm gərəkli acı var. Şirininə dodaq büzən toxları, Acısına möhtac olan acı var.
“Tozdu” deyib, “çirkdi” deyib tox una, İstəyər ki, ac qəlbinə toxuna. Bu dünyanın vara həris toxuna Əziz cannan şirin oldu acı var.
|
Qoy eşitsin qınayan da, yazan da, Dediyini de məqamda, yaz anda. Deməyin ki, Talıb haqlı yazanda Acıdildi, sözlərində acı var.
Gözəli gözəl Qələmim, dövrana, filana uyma, Çirkini çirkin yaz, gözəli gözəl. Canlıdı, cansızdı, fərqinə varma, İlahi yaradıb gözəli gözəl.
Şahid olsa belə göz oxşamağa, Gərək aldanmasın göz, oxşamağa. Könül oxşamağa, göz oxşamağa Quruca daşın da gözəli gözəl.
Qələm qələm olmaz, billəm yazmadan, Günəşi Ay yazıb, Ayı yazma Dan. Saxta görülmədən, saxta yazmadan Qorusa əl gözü, göz əli, gözəl.
Talıb, şeriyyəti bir gözəl yaz san, Gül sözlə özün də bir gözəl yazsan. Bir sadə, bir şirin, bir gözəl yazsan, Oxunar şerin də gözəli gözəl. |



Cahanşümül və qüdrətli dövlət başçıları tariximizdə silinməz izlər qoyublar. Bunlardan biri də Şah İsmayıl Xətai olub.
Bu gül Tərtər rayonunun Dəmirçilər kəndində yaşayan, uzun illərdən bəri məclislərimizdə əhvalımıza şirinlik qatan tanınmış müğənni İnqilab Əsgərovun ömür bağında açılmışdı–Elməddin gülü…
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Nəsiminin poeziyası çox qiymətli mövqeyə malikdir. O, anadilli ədəbiyyatı zənginləşdirmiş və ədəbi məktəb yaratmışdır. Nəsimi Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir.
Azərbaycan şeir mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Seyid İmadəddin Nəsimi XIV əsrin axırlarında və XV əsrin əvvəllərində yaşayıb yaratmışdır. Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələnin başlanğıcıdır. Nəsimi Yaxın Şərq və xüsusən Azərbaycan ictimai fikri tarixində vaxtına görə tərəqqipərvər mahiyyətdə olan panteizm ideyalarına əsaslanaraq, öz əsərlərində islam dininin dar, məhdud qanun-qaydaları xaricinə çıxmağa can atmış, zülmə, ədalətsizliyə qarşı çıxmış, insanpərvərliyi, əxlaqi-mənəvi təmizliyi təbliğ etmişdir.
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Tərtər” qəzeti redaksiyasında “Əqidə heykəli” mövzusunda tədbir keçirildi.
“Kitabi-Dədə Qorqud” dastanı milli-mənəvi dəyərimizdir. Çünki Azərbaycan xalqının bütün xüsusiyyətləri burada açıq şəkildə göstərilib: yurd sevgisi, ana məhəbbəti, igidlik, böyüklərə hörmət və s. millətimizə xas olan xüsusiyyətlərdir. Bu dastan gənc nəsli vətənpərvərlik və mərdlik duyğularını gücləndirmək, onları xalqımızın igid oğullarının qəhrəmanlıq yolunu, xeyirxahlığını və adət-ənənələrini daha ətraflı öyrənməyə səsləyir. Dastanda təsvir olunan hadisələr Şərur, Dər-bənd, Gəncə, Bərdə, Göyçə və başqa Azərbaycan torpaqlarında baş verir.
“Ayrılır” qəzəli…
Yeni ismarıclar