Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Noy

    Bu gül Tərtər rayonunun Dəmirçilər kəndində yaşayan, uzun illərdən bəri məclislərimizdə əhvalımıza şirinlik qatan tanınmış müğənni İnqilab Əsgərovun ömür bağında açılmışdı–Elməddin gülü…
    Elməddin doğulduğu kənd məktəbində orta, polis akademiyasında isə ali təhsil almışdı. Fəxri gənclərimiz sırasında olan Elməddin Tərtərdə ixtisası üzrə bir müddət işlədikdən sonra Füzuli rayonuna (Horadiz) göndərilmişdi. Orada çalışdığı iki ay olar-olmaz gözlənilməz maşın qəzası onun bütün arzularına və ömrünə əbədi nöqtə qoydu.
    Hələ gələcək həyatı haqqında düşünməyə macal tapmamış, bir könül həmdəmi seçib, əzizlərini sevindirməmiş həyatını qəfil gələn əcələ əziz dostuymuş kimi verdi.
    Artıq Elməddin haqqında söhbət düşən yerlərdə hər kəsin dilindən bircə söz eşidilir:
    “Təəssüf!!!”
    Mən də böyük Allahdan Elməddinin ruhuna rəhmət, doğmalarına səbr diləyir, “başınız sağ olsun!”–deyirəm.

    OĞUL
    (Atasının dilindən)

    Qəzadan bəxtimiz düz gətirmədi,
    Nəhs işin nə tərsi, avandı, oğul?!
    Apardın dünyamın bala dadını,
    Sənsiz yaşayışım yavandı, oğul!

    Misilsiz səxana olmuşam mayl,
    Cannan özgə paya olmadın qayil.
    Qarğaya bilmirəm, “dostun” Əzrayil,
    Bəlkə sənin kimi cavandı, oğul?!

    Burda zülmət olub evin-eşiyin,
    Qıymaram qarala məzar beşiyin.
    Duam çırağındı, ruhum keşiyin,
    Göz yaşım dərmanın, davandı, oğul!

    Talıb HƏSƏNOĞLU

    Müəllif: Redaktor, 08:51

İsmarıclar bağlıdır.