AGDABAN FACİƏSİ

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavü-zünün ən qanlı səhifələrindən biridir.
Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək, soyqırım aktı törətdilər.
Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür. Daha ətraflı »



Ermənilər tərəfindən törədilmiş hadisələr nəticəsində xalqımızın tarixinə heç zaman unudulmayacaq qanlı səhifələr yazılıb. Bunlardan biri də 31 mart soyqırımıdır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər müxtəlif mərhələlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. 1905-1907-ci illərdə Bakıda törədilən erməni vəhşilikləri Azərbaycan və indiki Ermənistan ərazisindəki soydaşlarımızın tarixi kəndlərini əhatə edib. Bu hadisələr zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib.
Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
“Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnaqları Azərbaycan xalqına qarşı zaman- zaman soyqırım həyata keçirməklə yüzlərlə yaşayış məntəqəsini yerlə – yeksan etmiş, 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. 31 Mart da baş verən qanlı hadisələr Azərbaycan xalqı və dövlətçiliyinin tarixində faciələrin milli yaddaşındakı təzahürü, repressiyalara məruz qalmanın, insanların doğma dədə-baba yurdlarından didərgin salınmalarının XX əsr tarixindəki ən dəhşətli səhifələridir. Baş vermiş soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında , Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, eləcə də Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konflikti nəticəsində də yüz minllərlə azərbaycanlının öz tarixi torpaqlarında qovulmasına səbəb də ermənilərin yüz illərdən bəri “Böyük Ermənistan” yaratmaq xülyalarına xidmət edən faktordur.
Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı.
Yeni ismarıclar