Cari ilin may ayının 18-də Litva Respublikasının Prezidenti cənab Gitanas Nausedanın ölkəmizə rəsmi səfərə gəlmişdir. Səfər zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış etmişdilər. Möhtərəm Prezidentimiz çıxışı zamanı Litva ilə ölkəmiz arasında olan münasibətlərə toxunaraq qeyd etdi ki, ölkələrimiz uzun müddətdir ki, strateji tərəfdaş olaraq fəaliyyət göstərirlər. Ölkə başçımız bildirdi ki, ölkələrimiz arasındakı güclü siyasi əlaqələr mövcuddur. Məhz bu siyasi əlaqələr hər iki dövlətin bir çox məsələlərin həllində yaxınlaşmasına müsbət təsirini göstərir.
Qeyd etmək lazımdır ki, bu cür yaxınlaşma hər iki dövlətin iş adamları arasında biznes əlaqələrinin inkişafında son dərəcə təsir göstərir. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi əsasında işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yarandı. Forumdakı çıxışında dövlət başçımız vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirərək hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Bu gün Azərbaycan dövlətində biznes inkişf etdirmək, ölkədə iqtisadi əlaqələri qurmaq mühiti çox əlverişlidir.
Prezident cənab İlham Əliyev ölkəmizin hazırkı vəziyyətini analiz edərkən bildirdi ki, – “Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz işğalçı Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. Müharibənin başa çatmasından keçən dövr ərizndə sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır. Təəssüf ki, Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistanın razılaşdırılmış görüşü ləğv etməsi artıq prosesin davamlı olmasına əngəl kimi qiymətləndirilməlidir”.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunda sülhün, digər dövlətlərlə əməkdaşlığın, qarşılıqlı əlaqələrin qurulması üçün bütün imkanlardan maksimum istifadə edir ki, bu da ölkəmizin regionda olan yüksək nüfuzundan xəbər verir.
Təəssüflə qeyd etmək lazımdır ki, 10 noyabr 2020 –ci il tarixli koputaliyasına imza atmış Ermənistan bölgədə yaranmış reallıqlara əməl etmək fikrindən müxtəlif bəhanələrlə qaçmaq istəyir. Ancaq Ermənistan gec-tez Azərbaycanın onların qarşısında qoyduğu şərtlərlə razılaşıb, sülh müqaviləsinə imza atacaq.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatın sədri


Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Zəngilan rayonuna xüsusi nümayəndə təyin olunması ilə bağlı videoformatda qəbul edib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.
Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var.
Bu gün müasir cəmiyyətimizi internetsiz təsəvvür etmək qeyri mümkündür. İnternet vasitəsi ilə çoxsaylı informasiyalar alınır. Bunun üçün müəyyən texnologiyalardan istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Bəzən bu texnologiyalardan istifadə çətinləşir, peşəkarlara müraciət etməli oluruq. Belə peşəkarlardan biri Tərtər Telekommunikasiya qov-şağında çalışan, həm iş yoldaşları, həm də rayon ictimaiyyəti tərəfindən hörmətlə qarşılanan Taleh Hüseynovdur.
Aprelin 29-da ADA Universitetində “Cənubi QAfqaz: İnkişaf və əməkdaşlıq mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.
O, baharın ən gözəl çağında – aprelin 28-də anadan olmuşdu. Özü də elə bahar kimiydi – zərif, gözəl, eyni zamanda güclü və qüdrətli.
Səfərov Surxay Umud oğlu 1922-c- ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1941-ci ildə Evoğlu kənd orta məktəbinin X sinfini bitirmiş, ehtiyac olduğuna görə rayonun müxtəlif kəndlərində müəllimlik etmişdir. Atası Səfərov Umud 1937-ci il repressiya qurbanlarından biri olmuşdur (1956-cı ildə bəraət almışdır). Odur ki, Surxay hərbi xidmətə çağırılmamış, müharibəyə göndərilməmişdir. Gənc yaşlarından yaradıcılığa başlamış, şeirləri müəllimlərinin və kənd əhalisinin diqqətini cəlb etmişdir.
Yeni ismarıclar