Ananın boxçasındakı «qara kağız»lar
Keçmiş Sovet İttifaqına daxil olan ökələrin hər birində olduğu kimi, Azərbay-canda da Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 70 illiyinə geniş hazırlıq işləri görülür. Bu münasibətlə Azərbaycan Respublikası Prezi- denti İlham Əliyevin sərəncamı ilə geniş “Tədbirlər planı” hazırlanmış və təsdiq olunmuşdur. Həmin tədbirlərdə II Dünya müharibəsi illərində xüsusi rolu olan qadınların yada salınması nəzərdə tutulur. Bu yazıda Böyük Vətən müha-ribəsinin bir ailənin həyatına gətirdiyi faciələrdən və Azərbaycan qadınının fədakarlığından söhbət açacağıq.
Onlar Lacın rayonunun Baldırqanlı kəndində yaşayırdılar. Həmin kənd kiçik Qafqaz dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının şimal tərəfində, iki dağın arasındakı gözəl bir ovalıqda yerləşir. Alış Vəliyevin və Əsmər Vəliyevanın ailəsində 11 uşaq dünyaya gəlmişdi. Onlardan 2-si körpəikən vəfat etmiş, qalanları isə vali-deynlərinin qayğı və məhəbbəti ilə təbiətin bu füsunkar güşəsində xoşbəxt günlər yaşayırdılar.
Müharibənin elə ilk günlərindən Alış Vəliyevin özü, oğlanları Talış və Bəhmən cəhbəyə gedirlər. Ailənin bütün ağırlığı ananın və 12 yaşlı Səttarın üzərinə düşür. Daha ətraflı »
Yeni ismarıclar