Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    imagesSon illərdə Azərbaycan Res-publikasında torpaq islahatı-nın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində yeni torpaq münasibətləri meydana gəlmiş, torpaq münasibətlərinin hüquqi tənzimetmə sistemi formalaşmış, torpaq üzərində fiziki və hüquqi şəxslərin hüquqları genişlənmişdir. Belə ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur.
    Torpaq münasibətləri dinamik və uzunmüddətli xarakter daşıdığından belə münasi-bətlərin nizamlanmasında dövlət geniş imkanlarından və səlahiyyətlərindən istifadə edir.
    Azərbaycan Respublikasında vahid torpaq fonduna daxil olan torpaqların səmərəli istifadəsi üçün kifayət qədər normativ-hüquqi aktlar mövcüddur. Belə aktlar bir tərəfdən torpaqdan isti-fadəni stimullaşdırır, digər tərəfdən isə torpaq sahələrindən qanunsuz istifadə və özbaşına tikintilərlə mübarizə aparmaqla torpaqdan istifa-dəyə geniş imkanlar yaradır. Xüsusilə qeyd edilməlidir ki, qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bir sıra maddələr məhz torpaq sahələrindən qa-nunsuz istifadə və özbaşına tikintilərlə mübarizə aparmağa yönəlmişdir. Belə normaların bir qismi inkişaf edən torpaq münasibətlərinin dinamikası nəzərə alınmaqla dəyişikliyə məruz qalmış və zamanın tələblərinə uyğun redaksiyada qəbul edilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23.11.2015-ci il tarixdə imzalanmış sərəncamla təsdiq edilmiş və 24.11.2015-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun»la torpaq üzərində mül- kiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanun-suz qərar vermə ilə əlaqədar cəzalar sərtləşdirilmişdir. Qüvvəyə minmiş bu dəyişik-likdən sonra torpaqların təyinatı ilə bağlı qanunvericiliyin tələblərinin qorunması istiqa-mətində tədbirlər dövlət or-qanları tərəfindən gücləndirilmiş, yaradılmış yüksək ixti-saslı mütəxəssislərdən təşkil edilmiş monitorinq qrupları tərəfindən respublikanın müx-təlif bölgələri, eləcə də Bakı və Abşeron üzrə torpaq reyd-lərinə start verilmişdir. Belə qruplar paralel olaraq bütün ölkə üzrə torpaqların özba-şına zəbt olunması, qanunsuz tikintilərin aparılması, təyina-tına zidd istifadə və torpaq sahələri barədə qanunsuz qərarların verilməsi faktlarını araşdırır. Kənd təsərrüfatlı təyinatlı torpaqlarda qanunsuz yaşayış evi və ya digər obyektlərin tikintisi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, dövlət torpaq-larının zəbt olunması kimi hallar müəyyən edilir. Belə monitorinq və yoxlamaların aparılmasında məqsəd respublikada torpaq qanunvericiliyinin daha ciddi şəkildə qorunması ilə dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır.
    Qeyd edilməlidir ki, adıçəkilən sərəncam Azər-baycanda Torpaqların Elek-tron Kadastr Uçotu Sisteminin yaradılmasında da mühüm əhəmiyyətə malikdir. Belə ki, Sistemdə hər bir torpaq sahəsinin təyinatı, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, mühafizə zonaları, tikintilər və onların xarakteristikası barədə müfəssəl məlumatlar toplanacaq ki, bu da mükəmməl hüquqi baza və ciddi nəzarət mexanizmi olmadan çox çətindir. Belə Sistemin yaradılması məqsədilə hazır-da təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların elektron kadastr uçotuna alınması işi həyata keçirilir. Ərazilərin rəqəmsal xəritələri hazırlanır, torpaq informasiya bankı formalaşdırılır. Bu sərən-camın verilməsi ilə torpaq sahələri barədə yol verilən qanunsuzluqlar və özbaşı-nalıqların qarşısı alınacaq ki, bu da Sistemin yaradılması işini sürətləndirəcək. Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastruktu-runun formalaşmasında mü-hüm rol oynayacaq.
    Sərəncamın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyətini digər aidiyyəti qurumlarla da əlaqələndirir. Yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaq qanunvericiliyinin ölkə üzrə daha effektiv qorunmasına imkan verir.
    Qeyd edək ki, sərəncamla mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tut-maya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cə-zası tətbiq edilir. Habelə qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə-, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.
    Dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan tor-paq sahələri barədə qəbul edilən qanunsuz qərarlara da aiddir. Belə ki, dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiy-yətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qa-nunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilə-dək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və öz-gəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cina-yət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir. Qanunda Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar barədə yol verilən qanunsuz əməllərə qarşı da cəza tədbirləri müəyyən edilib. Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər belə sahilboyu torpaqlarda törədilərsə, 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Eyni zamanda belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilir.
    Bütün bu fəaliyyətlər nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, is-tifadəsiz və ya təyinatına zidd istifadədə olan torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin ediləcək. Dövlət, bələdiyyə və özəl mülkiyyət barədə hər hansı qanunsuz qərarların qəbul edilməsi, qeyri-qanuni sənədlərin verilməsi aradan qaldırılacaq. Bununla da respublikada torpaq münasibətlərinin səmərəli şəkildə tənzimlənməsinə və mülkiyyət hüquqlarının yük-sək səviyyədə təmin olunmasına böyük dəstək veriləcəkdir.

    Samir Abbasov, Tərtər rayon pr
    okurorluğunun

    müstəntiqi, II dərəcəli hüquqşünas

    Müəllif: Redaktor, 08:54

    Teqlər:

İsmarıclar bağlıdır.