Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Изображение 033Изображение 021Şəhər 6 saylı tam orta məktəbində 20 Yanvar faci-əsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbir 20 Yanvar faciəsində həlak olmuş şə-hidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Məktəbin təşkilatçı müavini Zülfiyyə Abdullayeva qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də xalqımızın mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub.
    Məktəbin psixoloqu Dürdanə Quliyeva canlı şahid kimi yaddaşını vərəqləyib, hadisələrin gedişini tədbir iştirakçılarına olduğu kimi çatdırıb.
    Tədbir iştirakçıları həm də 20 Yanvar faciəsinin gedişinə aid filmi monitordan izləyiblər. Məktəbin şagirdlərindən Lamiyə Nəcəflinin, Nəzrin Qurbanlının, Arzu Xanlarzadənin, Əfruz Vəliyevanın, Nigar Kərimlinin, Ayşən Məmmədzadənin və başqalarının söylədikləri “20 Yanvar”, “Ağla, qərənfil, ağla”, “Qanlı Yanvar”, “Şəhidlər”, “Qarabağdan əlini çək” şeirlər kədər və qürurla səslənib.
    Tədbir iştirakçıları uşaqların Qanlı Yanvara aid çəkdikləri rəsmlərə də maraqla baxıblar.
    Yanvarın 19-da bütün məktəblərdə keçirilən ilk dərs “20 Yanvar”a həsr olunub.
    Sonda tədbiri yekunlaşdıran Zülfiyyə Abdullayeva təkcə 20 Yanvar faciəsinin deyil, bütün tarixi həqi-qətlərin dünya ictimaiyyətinə çatdırılmasında möhtərəm Prezidentimiz İlham Əliyevin səylərini əsirgəmədiyini, bu istiqamətdə gərəkli addımların atıldığını vurğulayıb.
    Əvəz Nəsir

    Müəllif: Redaktor, 09:35

    Teqlər:

İsmarıclar bağlıdır.