Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Həmişə görmüşük ki, müəyyən bir çətinlik yarananda camaat birləşib onu aradan qaldırır. İndi də belə bir çətin vəziyyət ölkəmizdə yaşanır. Dünyanı bürüyən iqtisadi böhran getdikcə Azərbaycana da təsirini göstərir.
    Belə bir vəziyyətdən çıxmaq üçün ilk növbədə xalqla dövlətin birliyi vacibdir. İndi biz bu birliyi görür və alqışlayırıq. Prezident İlham Əliyevin antiböhran tədbirləri ilk növbədə əhalinin maddi durumunun stabilləşməsinə yönəldilib.
    Bu günlərdə müxtəlif sahələrdə çalışan insanların, o cümlədən müəllimlərin əməkhaqlarının artırılması barədə sərəncamlar imzalanıb. Əhalinin daha çox qayğıya ehtiyacı olan təbəqəsi də diqqətdən kənarda qalmayıb. Onların da təqaüdləri, müavinətləri artırılıb. Bazar qiymətlərinin tənzimlənməsi diqqət mərkəzində sax-lanılır.
    Düşünürəm ki, bizim birliyimiz, ölkəmizdəki əminamanlıq müstəqillik illərində qazandığımız ən böyük sərvətdir. Bu sərvəti hər birimiz qorumalıyıq.
    Fitat Əliyeva,                                            Qapanlı kənd tam orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 08:57

    Teqlər:

İsmarıclar bağlıdır.