Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    0101Azadqaraqoyunlu kənd İn-zibati Ərazi Dairəsi üzrə nümayəndəlik Qapanlı, Ilxıçılar və Azadqaraqoyunlu kəndlərini əhatə edir. İcra nümayən- dəsi Nazim Xəlilov hesabat məruzəsində bildirdi ki, ərazimizin 769 təsərrüfatında 2635 nəfər yerli və 78 ailədə 259 nəfər məcburi köçkün məskunlaşıb.
    Nümayəndəliyin ərazisində tam orta məktəb, ibtidai məktəb, xəstəxana, feldşer-mama məntəqəsi, uşaq bağçası, kitabxana, poçt, rabitə şöbəsi, 200 nömrəlik elektron tipli ATS, 20 ticarət obyekti, 5 iaşə obyekti fə-aliyyət göstərir.
    Rayonumuzun digər təsərrüfatlarında olduğu kimi bu kəndlərdə də əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazi dairə-sinin əkin sahələri 1019 hektardır. Təsərrüfatlardakı 21 subartezian quyusunun hamısı işləkdir. Fermerlər və ailə fermer təsərrüfatlarının başçıları torpaqda buğda, arpa, pambıq, kartof, tərəvəz, malqara üçün yonca, qarğı-dalı, şəkər çuğunduru, lobya əkib becərirlər. İribuynuzlu mal-qaranın baş sayı 960 ədəd, xırda buynuzlular isə 1110 başdır.
    İcra nümayəndəsi hesabat məruzəsində qeyd etdi ki, yola saldığımız 2015-ci ildə həm əkinçilik, həm də maldarlıq sahəsində qazanılan uğurlar əv-vəlki illə müqayisədə xeyli artıb. Möhtərəm Preziden-timiz cənab İlham Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı ili”elan etməsi adamlarda ruh yüksəkliyi yaratmışdı. Fermerlərə subsidiyalar, güzəştli şərtlərlə mineral gübrələr verilir. Qazanılan nailiyyətin başlıca səbəbi də bundadır.
    Hesabat yığıncağında çıxışlar oldu. Azadqaraqoyunlu kənd xəstəxanasının baş həkimi Tofiq Quliyev, Azadqaraqoyunlu kənd tam orta məktəbinin direktoru Elmira Hüseynova, ibtidai məktə-binin direktoru Sona Zeynalova, körpələr evi-uşaq bağçasının müdiri Aybəniz Hüseynova, kitabxabaçı Rübabə Məmmədova, kənd ağsaqqalları Arif Hüseynov, Umudvar Ələsgərov və başqaları çıxış etdilər.
    Kənd sakinləri öz çıxışlarında həllini gözləyən bir sıra problemlərdən danışdılar. Azadqaraqoyunlu kənd tam orta məktəbinin yararsız binada olmasını, kənddə içməli su və suvarma suyu üçün subartezian quyularının çatışmadığını bildirdilər. İlxıçılar kəndində feldşer-mama məntəqəsi üçün yeni binanın tikintisinin, kənd mədəniyyət evinin əsaslı tə-mirinin, hər üç kənddə vaxtı keçmiş elektrik dirəklərinin dəyişdirilməsinin vacibliyini diqqətə çatdırdılar.
    Hesabat yığıncağında rayon icra hakimiyyətinin məsul nümayəndəsi Natiq Musayev iştirak etdi.
    “Yeni Tərtər”.

    Müəllif: Redaktor, 09:03

    Teqlər:

İsmarıclar bağlıdır.