Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,163
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq
    Digər “BALA KİRPİ”nin SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır

    kirpii_jurnaliDSC_4489ÇAYXANA QİYBƏTLƏRİ

    “Bala Kirpi” yaman darıxırdı. Bekarçılıq onu təmiz tıncıxdırmışdı. Bilmirdi ki, hara gedib başını girlətsin, bu ağırayaq vaxtı necə öldürsün.
    Gözünü açanda gördü ki, “Köhnə univermağ”ın yanındakı çayxanadadır. Bura əməlli-başlı tünlük idi. Səs-küy qarışmışdı biri-birinə. Nərdtaxda şaqqıldadan kim, domino çırpan kim, qiybət qıran kim… Ağız deyəni qulaq eşitmirdi.
    “Bala Kirpi” fikirləşdi: “Bu adamların ayrı işi-gücü yoxdurmu? Nəyə görə ya evdə, ya çöldə bir işin qulpundan yapışmırlar, günlərini beləcə havayı keçirirlər? Düşünmürlərmi ki, nə gedirsə ömürdən-gündən gedir?”
    Yayın isti günü olduğundan hamı çöldə ağacların kölgəsinə qoyulmuş çayxana stollarının ətrafında “məzə qılırdı”. “Bala Kirpi” ha göz gəzdirdi, boş bir oturacaq görmədi. Bu ara ortada qoyulmuş stolun ətrafından bir nəfər durub getdi. Yerin boşaldığını görən “Bala Kirpi” özünü tələsik həmin boş stula yetirib əyləşdi. Bundan sonra ətrafdakılara salam verdi. Bu stolda da şıdırğı çayxana qiybəti gedirdi. Biri yana-yana danışırdı: Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Digər SADƏ PEŞƏ ADAMI üçün şərhlər bağlıdır

    BACARIQLI DƏRZİ, NÜMUNƏVİ ANA

    Изображение 099Leyla düşünmürdü ki, həvəsi olmadan öyrəndiyi peşə ömrünün sonunadək onun “çörək ağacına” çevriləcək. El adəti üzrə ata xeyir-duası ilə ailə həyatı qurmuşdu. Xoşbəxt idi. İki ovladı vardı. Lakin onun bu xoşbəxtliyi çox çəkmədi. Ailə bəzi səbəblər üzündən dağıldı. Və Leyla 2 körpəsi ilə yenidən ata ocağına qayıtdı. Doğrudur, doğmaları onu tək qoymadılar. Lakin bir qadın kimi ailənin ağırlığı onun çiyinlərinə düşdü. Övladlarını özü böyütməli oldu…
    Leyla Rəhimova 1993-cü ildə ikiillik dərzilik kursunu bitirmişdi. Rayon məişət xidməti kombinatında dərzi kimi fəaliyyətə başladı. O zamanlar dərzilərə plan qoyulurdu. Əgər o plan yerinə yetirilməsəydi, aylıq əmək haqqına təsir edirdi. Buna görə də öyrəndiyi peşəyə mükəmməl yiyələnirdi. Kombinatda çalışan təcrübəli dərzilərdən bilmədiklərini öyrənirdi. Sifariş verənlərin sayı gündən-günə artdı. Buna görə də qoyulmuş planı da vaxtında ödəyə bilirdi, uşaqların ehtiyaclarını da təmin edirdi. Onunla söhbətimizdə bildirdi ki, 28 ildən çoxdur ki, bu sadə, lakin şərəfli peşə ilə məşgul oluram. Hələ bir nəfər işimdən narazılıq etməyib. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Digər 31 AVQUST QUBADLININ İŞĞALI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Qubadli-rayonunun-isgalindan-22-il-kecir-6565Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan, həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı-arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yaylım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən qubadlıların geri çəkilməkdən başqa çarəsi qalmadı. Daha ətraflı »

    Teqlər:

  • 18Avq

    Digər üçün şərhlər bağlıdır

    026_copy_copyBu ilin altı ayında ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox olub. 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib, 5 milyard investisiya qoyulub. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 18Avq
    Digər SAHİBKARLIQ SÜRƏTLƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    patron-tumlari-alicilari-bel-aldadilir-foto15759c4427a4482e2b9bSon illər regionların sosi-aliqtisadi inkişafı sahəsində böyük nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev bu barədə belə deyib: “Heç vaxt Azərbaycanın tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycanın bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.”
    Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının yerinə yetirilməsində sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur. Bu sahədə bizim rayonda da böyük işlər görülür.
    Belə ki, təkcə cari ilin altı ayı ərzində 542 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçib.
    Köçərli kəndinin ərazisində sahibkar Əhməd Səfərov tərəfindən tikilmiş yeni müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Burada 30 yeni iş yeri açılıb. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər AD GÜNÜN MÜBARƏK, NARAHAT RUHLU ŞƏHİDİM! üçün şərhlər bağlıdır

    55Mənim iş otağımın pəncərəsindən sizin həyət darvazanız, sənin bir zamanlar bəy-gəlin otağı kimi bəzəmək arzusunda olduğun evin pəncərəsindən isə indi məzarın görünür, əziz Nicat! Bilirəm ki, ruhun çox narahatdır, Lələ Təpənin qəhrəman oğlu! Bu narahatçılıq sənin doğmalarına söylədiyin son sözlərində də var. İndi ata-ananın, bacının, bütün doğmalarının dönə-dönə, təkrar-təkrar dinlədikləri son telefon danışıqlarında.
    Axı, necə də narahat olmayaydın? Sən torpaqlarımızı yağı düşməndən azad etməyə gedirdin. Qələbəyə inanırdın. Amma bununla belə ətrafındakı əsgərlərin həyatını qorumağa can atırdın. Ona görə də ilk olaraq öz ömrünü qurban verdin…
    Vətən şirindir, əziz Nicat! Sənin kimi minlərlə şəhidimiz öz qəhrəmanlıqları ilə bunu sübut ediblər. Elə buna görə də indi sizin ruhlarınız narahatdır. Çünki hələ də canınızdan artıq sevdiyiniz torpaqlar düşmən tapdağı altındadır. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ UŞAQ QATİLLƏRİDİR üçün şərhlər bağlıdır

    05b00a2ab2d0fc504ff5abab35d0a6a1Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən yanına mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb. Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyəti nisbi yaxşıdır.
    Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıdan başlamış uşaq qətlləri 25 ildir ki, davam edir. Bu vəhşiliyin son təzahürlərindən biri Füzuli rayonunun Alxanlı kəndində bir az əvvəl öldürülən 1 yaş 6 aylıq körpə Zəhradır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Avq
    Digər “Yeni Tərtər”in 12 yaşı tamam olur üçün şərhlər bağlıdır

    QƏZETİN İLK REDAKTORU İLƏ MÜSAHİBƏ

    DSC_4464DSC_4474–Tofiq müəllim, mən mətbuata təxminən sizinlə eyni vaxtda, yəni ötən əsrin 60-cı illərinin sonunda gəlmişəm. Yaxşı xatırlayıram, mən korrektor, siz isə yerli radio verilişlərinin təşkilatçı müxbiri işləyirdiniz. O dövrdə, bir rayonun radio verilişlərinin məktəb partası arxasından yenicə ayrılmış gəncə tapşırılması böyük məsuliyyət idi. Bu, necə mümkün olmuşdur?
    –Bəli, razıyam ki, bu verilişlərin hazırlanması məsuliyyət tələb edirdi. Lakin o biri məsələlərə gəldikdə isə, təcrübəm olmasa da, bu sahəyə kifayət qədər marağım vardı. Orta məktəbi medalla bitirmişdim. Azərbaycan ədəbiyyatını gözəl bilirdim. Üstəlik özüm də yaradıcılıqla məşğul olurdum. Yəni şeir, hekayə yazırdım. Odur ki, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində həm müsahibədən müvəffəqiyyətlə keçdim, həm də verilən tapşırığı lazımi səviyyədə yerinə yetirdim. Ona görə də həmin vəzifədə işləmək üçün əmrim verildi, o zaman 17 yaşım vardı. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər YAXŞI TANIYIN, GÖRÜN BİZ KİMİK? üçün şərhlər bağlıdır

    Baş redaktor Tofiq Yusif.“Yeni Tərtəri” öz övladı qədər sevir.Həm də “Yeni Tərtər”lə Tofiq Yusifi ən etibarlı dostlar hesab etmək olar. Qəzetin yaşaması üçün bəzən istəmədiyi adamlardan belə xahiş edir. Dizaynını heç kəsə etibar etmir.Əsəbi adamdır. Lakin bu, anidir, ötərgidir. Əslində hər bir əməkdaşı ürəkdən sevir, onlara böyük hörmət və qayğı bəsləyir. Vay o günə ki, kimsə kənar bir şəxs qəzetin hər hansı işçisi haqqında xoşagəlməz söz desin, onda bütün varlığıyla “üsyan”a qalxır.Hər bir işçinin dərdi-səriynən ayrıca maraqlanır, imkanı daxilində köməklik göstərir.İlk baxışdan sərt görünsə də, çox kövrək, həssas və səmimi bir şair ürəyi var.

    Qələminə isə söz ola bilməz. Satirik yazıları dipçəkdə bitən bibər kimi zəhər-zəqqum, publisist yazıları isə maraqlı və oxunaqlıdır… Bunlara görə də qələmi ona böyük hörmət qazandırıb. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər YALANÇILIQ üçün şərhlər bağlıdır

    (Satirik qələmlə)

    20138161115“Yalançı Allahın düşmənidir”, “Yalan, Allah yanında ən böyük günahlardan-dır”, “Yalançının evi yandı, heç kim inanmadı”, “Yalançı dəyirmandan başı unlu gəldi, inanmadılar”, “Yalançının vicdanı olmaz”, “Yalan ayaq tutar, amma yeriməz”, “Yalanla qurulan ev tez dağılar”, “Yalançını mənzilinə qədər qovarlar”…
                                                               * * *
    Yalan haqqında bu hikmətli sözlər zamanın sınaqlarından keçib gələrək bu günümüzə çatıb və hər birində böyük bir ibrətamizlik var. Amma… İndiki zamanda kimdir ki, belə ağıllı kəlamlara əhəmiyyət verən?! Yalan olmasın, hamı yalan danışır. Ər arvadını aldadır, arvad ərini, qardaş bacını aldadır, bacı qardaşı, valideynlər övladlarını, övladlar valideynlərini, ailədə hamı bir-birinə yalan danışır. Cəmiyyətdə bir çox hallarda məmur vətəndaşa yalan danışır, vətəndaş məmura. Beləliklə aldatma vərdişləri get-gedə kütləvi hal almağa başlayıb. Daha ətraflı »

    Teqlər: