Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,163
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek
    Digər HİKMƏTLİ KƏLAMLAR üçün şərhlər bağlıdır

    скачанные файлыİslam Peyğəmbəri HZ. Mühəmməd (s) buyurub: “Dörd şeyi, dörd şeyə yetişməzdən əvvəl qənimət bil: 1.Cavanlığı qocalmazdan əvvəl.
    2.Sağlamlığı xəstələnməzdən əvvəl. 3.Dövləti kasıblıqdan əvvəl. 4.Həyatı ölümdən əvvəl”.
    İmam Hz.Əli (ə) buyurub: “Dörd şeyin qədrini dörd kəsdən başqa heç kim bilməz: 1.Cavanlığı qocalar. 2.Rahatlığı çətinliyə düşənlər. 3.Sağlamlığı xəstələr. 4.Həyatı ölülər”.
    Cavanlıq, gənclik insan ömrünün ən qüdrətli və çiçəklənən bir dövrüdür. Buna görə də təsadüfi deyil ki, hədislərdə ilk yer alan söz “cavanlıq” sözüdür. Yenə də hədislərdə buyrulur ki, “Qocalıb qolunuz gücdən, zehniniz qüvvədən, gözünüz nurdan düşməmiş cavanlığınızdan qolunuzun gücüylə savab və xeyirxah işlərdə, zehninizin qüvvətiylə hikmətli və nəsihətamiz əhvalatlar və elm öyrənməkdə, gözünüzün nuruyla kitab oxumaqda və bu ibrətli dünyaya diqqətlə baxıb nəsə qazanmaqda istifadə edin”. Hz.Əli (ə) buyurur: “Baxışlar iki cürdür: biriylə baxıb ötmək, o birisiylə baxıb götürmək. Nə xoşbəxtdir o kəslər ki, baxıb götürələr”. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər DOSTLUQ HAQQINDA üçün şərhlər bağlıdır

    Namərdlə dost olma, yaman gündə atar səni.
    Dostunu dar gündə sına.
    Dost-dosta tən gərək, tən olmasa gen gərək.
    Dostunun damına çıxma, torpaq tökulər.
    Unutqanlı adamla dost olma.
    Çörək dostu olma, ürək dostu ol.
    Roma imperiyasının böyük sərkərdəsi Antey torpağa çox bağlı adam olub. Onun təlimçiləri Anteyi torpaqdan aralayanda, qüvvədən düşür. Bu sirri heç kimə açmırlar. Odur ki, Anteyi basılmaz qəhrəman bilirlər.
    Namərd dostun olunca, yağı düşmənun olsun.
    Namərdi özümə mən dost eylədim,
    Yolunda canıma mən qəsd eylədim.
    Söyüddən bağ saldım, piyvəst eylədim,
    Almasın, heyvasın, narın görmədim. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər Şəkililər gülürlər üçün şərhlər bağlıdır

    1111Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
    –Oğlan, siz bu kənddənsooz?
    Oğlan:
    –Mən bu kənddənəm, eşşək Şəkidən.
    Lütvəli:
    –Artıq benzinin varmı?
    Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
    –Nolu göstərir.
    ***
    Qarınqulu ehsandan o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur: Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər Qabrovoluların zarafatları üçün şərhlər bağlıdır

    image_1951Qabrovolu bir qoca evinin damını təmir eləyəndə, ayağı sürüşüb yıxılar. Pəncərənin yanından keçəndə arvadını səsləyib deyir:
    –Xörəyi bir adamlıq az bişir, məndə yeməyə hal qalmayacaq.
    ***
    Bir qabrovolu qayınanası üçün başdaşı sifariş vermək istəyir. Ustanın yanına gəlib deyir:
    –Mənə elə başdaşı lazımdır ki, həm ucuz olsun, həm də qəşəng.
    Usta üstü yazılmamış hamar bir daşı göstərir:
    –Bu daşın qiyməti yüz levdir. Mərhumun adını yazmaq üçün səndən 50 lev alacağam.
    Qabrovolu ustaya yüz lev verib deyir:
    –Ad yazmaq lazım deyil, qayınanam savadsızdır, oxuya bilməyəcək.
    ***
    Qabrovolu Sofiyada oxuyan oğlunu görməyə gələndə oğlan özünü öyüb dedi:
    –Ata, bu gün on stotinq qənaət etmişəm.
    –Sağ ol, oğlum, bir ətraflı danış görək. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər Molla Nəsrəddinin lətifələri üçün şərhlər bağlıdır

    111.Bir gün Molla Nəsrəddin axşam yatırmış. Birdən çöldən səs gəlir. Üşüməsin deyə belinə yorğan bürür. Molla çölə çıxır, sonra evə qayıdır. Birdən görür ki, yorğan yoxdu. Arvad deyir. Molla, o nə səs idi? Molla dedi:
    –Dava yorğan davasıdır.
    ***
    Bir gün Molla Nəsrəddin itini itirir. Görür ki, qızla oglan söhbət edir.
    –Oğlan:
    –Mən sənin gözlərində dünyanı görürəm.
    Molla:
    –A bala, ordan bax gör mənim itim hardadı.
    ***
    Bir gün Molla Nəsrəddin dükana gedir. Satıcıdan soruşur:
    Bu kartofun qiyməti neçəyədi?
    –Səninçün 4 manat. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər Yeni il şənliyi keçirilərkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır üçün şərhlər bağlıdır

     

    Təqvim ilinin dəyişməsi – Yeni il bayramı dünyanın müxtəlif xalqları üçun ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olmuşdur. Hər il dekabr ayının sonu, yanvar ayının əvvəllərində evlərdə, təhsil ocaqlarında, istirahət parklarında və digər obyektlərdə yolkalar qurulur, onlar müxtəlif bəzək əşyaları ilə bəzədilərək işıqlandırılır. İnsanlar, xüsusən uşaqlar yolkanın ətrafında təşkil olunan şənlikdə iştirak edir, əylənirlər.

    İnsanların bir yerə toplaşdıqları bu Yeni il şənliklərində onların təhlükəsizliyinin qorunması vacibdir. Xüsusən atəşfəşanlıqla müşaiyət edilən belə şənliklərdə yanğın təhlükəsi ehtimalı şox olduğundan yanğın təhlükəsizliyi qaydalarını bilmək və ona əməl etmək çox vacibdir. Ona görə də Yeni il şənliyi keçirilən obyektlərin rəhbərləri, şənlik iştirakçıları bilməlidirlər kı, mülkiyyət formasından asılı olmayaraq bütün obyekt və müəssisələrdə (sahibkarlıq subyektlərində və s.) yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür! Daha ətraflı »

    Teqlər:

  • 20Dek

    Digər üçün şərhlər bağlıdır

    91_1462395600Nə qədər ki Azərbaycan var, Mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

    Heydər Əliyev

    Teqlər:

  • 20Dek
    Digər KƏND TURİZMİNİN İNKİŞAFI üçün şərhlər bağlıdır

    14708135702929829483_1000x669İnsanların şəhər mühitində yaşanan gərginliklərini və iş mühitinin streslərini aradan qaldırmaq üçün yollardan biri kənd turizmidir. Bu növ xiddmətdən istifadə edənlər öncə kənd mühitində yerli əhalinin evlərində və ya kənd tipli yaşayış məskənlərində yerləşdirmə obyekti (gecələmə) ilə təmin olunurlar.
    Kənddə olan turistlər qidalanmada kənd təsərrüfatı məhsullarından istifadə edirlər. Burda kənd əhalisi əlavə evi varsa, icarəyə verərək əlavə gəlir qazanır, həm-çinin kənd təsərrüfatı ilə məşğul olan əhali məhsul-ları turistə satmaqla gəlir əldə edir.
    Turistlər həmçinin kənd təsərrüfatı işləri ilə əyani tanışlığı sevirlər. Bu da onların zövqünə uyğun olarsa, təmin etmək lazımdır. Həmçinin əyləncə və mənəvi zövq üçün kənd folkloru ilə turistləri tanış etmək olar. Kəndlərin yerləşdiyi əraziyə uyğun olaraq özü-nəməxsus mətbəxi olur və turistləri bu mətbəxlə tanış edərək əlavə gəlir götürmək mümkündür. Bunun üçün əvvəlcədən kənd əhalisi maarifləndirilməlidir. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər MİKROORQANİZMLƏRİN YETİŞDİRİLMƏSİ ÜÇÜN QİDALI MÜHİT TƏKLİF EDİLİR üçün şərhlər bağlıdır

    новый-11“Tibb qəzeti”nin əməkdaşı Ü. Fərzəliyevanın professor Rasim Axundovla söhbətindən.
    * * *
    Məlumdur ki, dünyada mikroorqanizmlərin yetişdirilməsi üçün müxtəlif qidalı mühitlərdən istifadə olunur. İndi ölkəmizdə də ilk dəfə belə mühitin alınması üsulu kəşf edilib.
    Professor Rasim Axundovun bu ixtirası, məhz mikrobiologiya sahəsində istifadə olunan qidalı mühitlərin əsasının alınması üsullarına aiddir. Təklif olunan ixtirada əsas məqsəd mikroorqanizmlərin geniş dairəsinin identifikasiyası və fərqləndirilməsi üçün qidalı mühitin işlənib hazırlanması, onun ucuzlaşdırılması və xammal bazasının genişləndirilməsidir. Qeyd edək ki, indiyədək belə analizlərin aparılması üçün qidalı mühit xaricdən idxal olunurdu. Azərbaycan alimi isə mikroorqanizmlərin yetişdirilməsi üçün ciftdən alınan bulyon əsasında yeni qidalı mühit yaradıb.
    Rasim Axundov qidalı mühitin alınması üsulunun Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 26 aprel 2007-ci il tarixində qeydiyyata alındığını bildirdi: “Mikrob kulturalarının yetişdirilməsi üçün, təklif olunan yeni qidalı mühitin istehsalını təşkil etmək məqsədi ilə onun texniki şərti işlənib hazırlanıb və normativ sənəd kimi 7 aprel 2008-ci il tarixində qeydiyyata alınıb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər İSTİRAHƏT VAXTLARINDA üçün şərhlər bağlıdır

    новый-1-7-204x300Həmyerlimiz professor Rasim Axundov “Yeni Tərtər” qəzetinin yaxın dostudur. Bakıda yaşayır. Tez-tez onun üçün çox doğma və əziz məkan olan Tərtəri ziyarət edir. Cəbhə bölgəsi olan rayonumuzda ermənilər tərəfindən törədilən hər bir təxribat onu da narahat edir, hər bir atəş səsi onda da düşmənə qarşı güclü qəzəb doğurur.
    Rasim Axundov hər Tərtərə gələndə mütləq redaksiyamıza baş çəkir, vəziyyətimizlə və qayğılarımızla maraqlanır.
    Professor bu dəfəki gəlişində redaksiyamıza müxtəlif səpkili xeyli yazı təqdim etdi. Biz də o qənaətə gəldik ki, bu maraqlı yazıları qəzetimizdə vaxtaşırı dərc edək.

    Teqlər: